27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

MEMMEDOV, Cabir ve Sabir, REHİMOV (2000), Turizm (Turizm ve Onunla

Elageli Sahelerde İşledilen Temrin

SEFEROV Rehman ve Tapdıg HESENOV, Azerbaycan'ın Turizm Potansiyeli ve

Turizm Etkinliklerinin Değerlendirilmesi, TÜRKİYAT

ARASTIRMALARI DERGİSİ,

TAVMERGEN İge Pınar, Turizm Sektöründe Kalite Yönetimi, Seçkin Yayınevi,

Ankara, 2002

ZENGİN Eyüp, Piyasa Ekonomisine Geçiş Sürecinde Azerbaycan,‖ İTO Yayını,

İstanbul, 2010

Seyidova ġahnaz Ġsmayıl qızı

Bakı Slavyan Universiteti

Ġ. ġIXLININ «DƏLĠ KÜR» ROMANINDA DAXĠLĠ MONOLOQ

Bildiyimiz kimi, xarakterin açılmasında daxili monoloq xüsusi əhəmiyyət

kəsb edir. Bu zəmində «Dəli Kür» romanındakı qəhrəmanların,

Cahandar ağanın, Zərnigarın, Şahnigarın, Şamxalın daxili monoloqları

onların xarakterinin açılmasında mühüm rol oynayır.

Yazıçı xarakterlərin daxili aləminin təlatümlərini böyük ustalıqla

göstərə bilmişdir. Bu baxımdan Cahandar ağanın daxili monoloqları xüsusi

əhəmiyyət kəsb edir. Daxili monoloq bədii xarakterin yaradılmasında

mühüm vasitələrdən biridir. Qəhrəmanın iç dünyası onun bütün iztirabları

daxili monoloqlarda aydın şəkildə əks olunmuşdur. Daxili monoloq obrazın

daxili aləminin açılmasına xidmət edir, onun bütün ziddiyyətliyini və

mürəkkəbliyini aşkara çıxarır. A. Boçarov yazır: «Müasir nəsrdə daxili

monoloq o zaman yaranır ki, dialoqlu səviyyəyə malik olsun, onun məzmununda

konflikt ifadə edilsin… Əgər qəhrəmanda iki təsəvvür və anlayış

üz-üzə gəlirsə, əgər insan öz-özü ilə, yaxud xəyalən başqaları ilə gərgin

mübahisə edirsə, daxili monoloq meydana çıxır» [2, 216].

Bədii əsərdə daxili monoloq zərurəti, qəhrəmanın iç dünyasının

açılması üçün həqiqətən də, vacib elementlərdəndir. Cahandar ağanın da

daxili monoloqları onun xarakterini, mənəvi dünyasını, fikir və

həyacanlarını əks etdirir.

Buna əyani nümunə olaraq onun bacısı Şahnigarı qətlə yetirdiyi anda

keçirdiyi sarsıntıları ifadə edən daxili monoloqunu gətirmək olar: «Bəlkə də

ona heç nə olmayıb, tərtəmizdir. Amma kimi inandıracaqsan. Bundan sonra

mən camaat arasına necə çıxacam? Başıma papaq qoyub necə gəzəcəm?

Mərəkədə oturub necə söhbət edəcəm?» [4, 186].

546

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!