27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

olmuş demokratiya istiqamətini, ümumbəşəri tərəqqinin həm də Şərq meyillərini

özündə birləşdirmək kimi çətin bir problemin həlli prosesi başlandı.

Respublikanın yarandığı dövrdən Azərbaycan diplomatiyasının keçdiyi

tarixi yola nəzər salıb, onun uğurları və buraxdığı səhvləri təhlil etmək, onun

beynəlxalq münasibətlərinin inkişafına və beynəlxalq hüququn subyektinə

çevrilməsi prosesinin qanuna uyğunluqlarını, meyllərini və mərhələlərini

müəyyən etmək elmi və tarixi əhəmiyyətə malik olmaqla yanaşı, siyasi baxımdan

da xüsusi aktuallıq kəsb edir.

İkitərəfli dövlətlərarası münasibətlər baxımından dünya siyasətini əslində

müəyyən edən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Çin, Yaponiya

kimi dövlətlərin və qonşularımız Rusiya, Türkiyə, İran, Gürcüstan və mənfur

qonşumuz Ermənistanın xarici siyasətində Azərbaycan amilini və ona qarşılıqlı

Heydər Əliyevin formalaşdığı qlobal – tarazlıq siyasətini araşdırmaq və öyrənmək

son dərəcə faydalı və zəruridir.

Tarixi təcrübə göstərirki müstəqilliyi əldə etmək nə qədər mühüm

əhəmiyyətə malik olsada, onu qoruyub saxlamaq bir o qədər mühüm həm də

çətindir.

Heydər Əliyev fenomeninin siyasi iradəsi, düşüncəsinin dinamizmi,

dünyada gedən prosesləri anlamaq, təhlil edib modelləşdirmək və siyasi

davranışın ən əlverişli sxemlərini reallaşdırmaq qabilliyyəti Azərbaycanı xaos və

anarxiya mühitindən, vətəndaş müharibəsi təhlükəsindən xilas etmiş.

Respublikanı milli müstəqilliyini itirilməsi təhlükəsindən qurtarmış, çağdaş

tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur.

Heydər Əliyevin Azərbaycanın xarici sıyasətində qlobal tarazlıq siyasəti

lokanik şəkildə 2000 – ci il sentyabrın 6 – 8 – də Nyu – Yorkda dünyanın 189

ölkəsinin nümayəndə heyətlərinin təmsil olunduğu ―Minilliyin zirvə görüşü‖ndəki

çıxışında bildirmişdir ―İki sistemin qarşıdurmasının tarixə qovuşması,

demokratiya və sərbəst bazar ideyalarının üstünlük qazanıb yayılması elə bir

dünyanın qurulmasına kömək etməlidir ki, orada bütün dövlətlərin mənafeləri

nəzərə alınacaq və həqiqətən bərabər hüquqlu tərəfdaşlıq sahmana salınacaqdır.

Amma beynəlxalq vəziyyətin inkişafının təhlili bizi belə bir acı nəticəyə gətirir

ki, rəqabət stereotiplıəri hələ də mövcuddur. Biz çox çətin dövrdə yaşayırıq,

düzgün olmayan bircə addım vəziyyəti alt – üst edə və keçmişə faciəli qayıdışa

səbəb ola bilər. Ədalətli və təhlükəsiz dünya qaydası yaratmaq üçün çətin yol

keçmək lazım gələcək və biz hamımız bu məqsədə can atmalıyıq‖. [1; s.284]

Heydər Əliyev müasir dünyanın inkişafının başlıça meylinin qloballaşma

olduğunu və onun inkişafına Azərbaycanın töhvəsindən fəxrlə danışır: ―Mənim

ölkəm dünya miqyasında geostrateji əhəmiyyətə malik öz çoğrafi mövqeyindən,

ehtiyatlarından və potensialından istifadə edərək Şərq ilə Qərb arasına zəngin

tarixi keçmişdən başlanan və gələçəyə istiqamətlənən körpü rolunu səmərəli

süratdə həyata keçirir. Biz böyük İpək yolunun bərpası, Avropa – Qafqaz – Asiya

437

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!