27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

Rusiya: Rusiya bu layihənin gerçəkləşməsində Amerikanın bu dörd

ölkə içində ən az güvəndiyi ölkədir. Sadəcə Rusiyanın bölgədə tək başına bir

güc mərkəzi olması, Amerikanı onunla hesablaşmağa məcbur edir. Ancaq

Rusiyanın Qərb ilə qurmaq istədiyi əlaqələr, Amerikanın bu ölkəyə olan

güvəninin yaxşıya doğru dəyişəcəyindən xəbər verir. Amerikanın gələcəkdə

layihənin reallaşmasında, Rusiyaya da əhəmiyyərli rollar vercəyi indidən hiss

edilmədəkdir. Bu isə bu şərtlə mümkündür ki, Rusiya bölgə ölkələrinə qarşı

imperialist xarakterli niyyətlərini bir kənara qoysun.

Göründüyü kimi Amerika dünyada tək güc mərkəzi olmaq üçün yalnız

Böyük Orta Şərq layihəsi ilə deyil, həm də inkişaf etdirilmiş və daha

böyük bir ərazini əhatə edən ―Qlobal Balkanlar‖ layihəsi ilə Avrasiyanı

nəzarətə götürmək niyyətindədir. [6, s. 40-86 ]

Amerika Birləşmiş Ştatlarının Avrasiya ilə, dolayısı ilə Qlobal Balkanlar

ilə bağlı müəyyən stratejik hədəflərinin olması ilə yanaşı, Avropa Birliyinin bu

bölgə istiqamətində planlarının olduğu bilinməkdədir. Beynəlxalq Balkanlar

Komisiyasının hazırladığı ―Avropanın Gələcəyində Balkanların yeri‖ adlı

hesabatda, Balkan Ölkələrinin Avropa Birliyi içindəki yeri geniş müzakirə edilmiş

və gələcək prespektivlər nəzərdən keçirilmişdir.

Hesabat, Avropa Birliyinin Balkanlarda keçmişdə həyata keçirdiyi siyasətin

uğursuzluqla nəticələniyini xüsusi vurğulayaır. Beynəlxalq Balkanlar

Komisiyasının sədri, İtaliyanın keçmiş Baş Naziri Giuliano D`Amotonun

sözlərinə görə, Avropa Birliyi qapılarını Balkan ölkərinin ―üzünə açması‖ mütləq

mənada uzun müddətli prosses olacaqdır. Balkan yarımadası ölkələrinin Avropa

Birliyinə problemsiz şəkildə integrasiyası üçün 10 illik siyasi prosseslərin həyata

keçirilməsini planlaşdıran Beynəlxalq Balkanlar Komisiyası, xüsusilə Kosovanın

Avropa Birliyinə üzvülük prossesinin addım-addım aşağıdakı kimi həyata

keçirilməsi nəzərdə tutulur: [1, s. 112-145]

A) Birinci mərhələdə, problemli olsa da xalqın hakimiyyətinin bərqərar

olduğu bir ölkədə, Avropa Birliyinə bölgənin idarə edilməsi səlahiyyəti verilir;

B) İkinci mərhələdə, Avropa Birliyi səlahiyyətlərinin böyük bir qismini

regional idarə etmə orqanlarına həvalə edir.

C) Üçüncü mərhələdə Avropa Birliyi ilə Kosova arasında quruma üzvülük

müzakirələrinin başlanılması nəzərdə tutulur.

Ancaq bu genişlənmə prossesində Avropa Birliyinin, Balkan yarımadasında

yerləşən ölkələrə daha çox diqqət ayırması, bu dövlətlərin üzvülüklə bağlı xüsusi

siyasi avantajlarla təmin ediməsi nəzərlərdən qaçmamalıdır. Görünürdə qısa

müddət keçməyəcək ki, bu regionda yerləşən ölkələr, Avropa Birliyinin ―üzvülük

kartı‖nı mənimsəmiş olacaqlar. Ənənəvi üzvülük prinsiplərini dəyişdirməyi

qarşısına məqsəd qoyan Avropa Birliyi, Balkan yarımadasında yerləşən ölkələrlə

bağlı xüsusi siyasi planlarının da olduğu artıq dünya ictimayyətinə yaxşı

519

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!