27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

olunması tələbatdan irəli gələcək gərginlikləri aradan qaldırmaq məqsədi güdür.

Bu nümunənin ənənənlivliyi situasiyanın ənənənlivliyindən doğur. Bu da toy

ritualının tərkib hissəsi kimi çox vacib və gənclərin gələcəkdə xoşbəxt olması

üçün zəruri bir mərhələdir. Burada həm qız, həm də oğlan evi çalışır ki, yerinə

yetirilməsi vacib olan bu işlərin heç birisi xüsusi narahatlığa səbəb olmasın.

Məsələnin başqa bir tərəfi də diqqətimizi cəlb etdi. Belə ki, zahirdə bu

işlər maddi təminata xidmət edirsə, alt qatda bu mərhələlərin sakral-mifoloji

dəyəri yatır. Belə ki, toyun müqəddəs bir mərasim olduğuna inanan qədim insan,

sanki bu mərhələlərdən birinin buraxılmasının bədlik gətirəcəyinən qorxmuşdur.

Məhz buna görə bugünün özündə belə toy edən hər bir ailə bu mərhələləri yerinə

yetirməklə kosmik nizamı yaratmış olur. Çünki, mifoloji düşüncədə subaylıq

xaotiklik, nizamsızlıq, törəməzlik anlamı daşıyır. İnsan ailə qurmaqla cəmiyyətin

bərabərhüquqlu üzvü olmaq üçün ilkin addımı atır və bundan sonra övlad sahibi

olaraq nizamlı aləmə daxil olur. Biz hələ bunun ən qədim nümunəsinə ana

abidəmiz olan ―Kitabi-Dədə Qorqud‖ dastanında rast gəlirik. Belə ki, dastanın

―Dirsə xan oğlu Buğac‖ boyunda övladı olmayan Dirsə xan qara çadırda

oturdulur. Bunun oğuz düşüncəsində yeri isə cəmiyyətin bərabərhüquqlu üzvü

olmaqdan kənarlaşdırılmadır. Dirsə xan bunu özünə böyük təhqir hesab edir.

Bu gün də xalqın yaddaşında ailə qurmaq, övlad sahibi olmaq ən vacib

şərtlərdən hesab olunur. Sanki ailə qurmaqla yeni bir mərhələyə keçid baş verir.

Daha sonra toy zamanı qız və oğlan adamı arasında bu gün şən zarafat

kimi qəbul olunan lakin vaktı ilə ritualın tərkibi olan deyişmə baş verir. Bu mətn

isə əslində mövsüm mərasim nəğmələrində olan qış və yazın deyişməsini

xatırladır. Fikirimizi izah etmək üçün aşağıdakı mətinə diqqət yetirək:

Ana

Mən gəlinin anasıyam

Axar sular sonasıyam.

Süd pulunu kəm eyləsəz

Od tutuban yanasıyam

Ata

Mən gəlini atasıyam

Qızıl gülün butasıyam

İpək köynək gətirməsəz

Sizi itə atasıyam. [s. 39].

Əslində bu mətnlərin hər ikisi semantik baxımdan bir mənanı ifadə edir.

Şirvanlılar arasındakı ―qız evi xan evi‖ deyimi fəlsəfəsindən doğan məna ifadə

olunub. Hər iki mətndə tələb vardır. Düzdür, bu tələb özü kontekstdə zarafat,

acıtma xarakteri daşısada, mahiyyəti etibarı ilə xalqın ritual qəlibindən doğur.

Bundan əlavə bu mətndə poetik oynaqlıq, axıcılıq özünü göstərir ki, bu da bir

tərəfdən yuxarıdakı dediyimiz gərginliyi ―yumuşaltmağa‖ xidmət edirsə, digər bir

180

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!