27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

və sintaktik əlamətlərilə digər nitq hissələrindən fərqlənən müstəqil bir nitq

hissəsidir. [4, 125].

Məlum olduğu kimi türk sistemli dillərdə zərflər hər şeydən əvvəl

semantik cəhətdən digər nitq hissələrindən ayrılır. Buna görə də hər hansı bir sözü

zərfə aid etmək istədikdə ilk növbədə onun semantikasından çıxış etmək lazımdır.

Zərflərin yuxarıda qeyd etdiyimiz semantik xüsusiyyətləri bu kateqoriyanı tam

əhatə edə bilmir. Məhz buna görə də zərflərin morfoloji baxımdan izahı, onların

morfolji əlamətlərinin tədqiqi zəruri bir hal kimi meyadana çıxır. Zərflər sabit

semantik əlamətlərdən başqa morfoloji xüsisiyyətlərə də malikdir. Məsələn,

zərflərin özünəməxsus, onları başqa nitq hissələrindən fərqləndirən xüsusi

sözdüzəldici şəkilçiləri vardır. Zərflərin morfoloji xarakterinə bir də onların

dəyişməməzliyini əlavə etmək lazımdır. Zərflərin sintaktik xüsusiyyətlərinə

gəlincə, məsələ bir qədər mürəkkəbləşir. Başqa nitq hissələri kimi zərflərin də

sintaktik əlaməti adı altında onların cümlələrdə yeri və vəzifəsi nəzərdə tutulur.

Sintaktik əlamətinə görə təsnif aparmaq həm natamamdır, həm də

ümumiyyətlə zərf kateqoriyasının təbiətinə xas olmayan bir haldır. Hər bir nitq

hissəsinin istənilən cümlə vəzifəsini ifadə etməsi halı sintaktik cəhətdən geniş

təsnif aparmağı və bu əsasda da sözləri zərf kateqoriyasına ayırmaq işini

məhdudlaşdırır. Məlumdur ki,sifət geniş sintaktik fəaliyyətə malik olduğundan fel

qarşında da zərflik kimi çıxış edə bilir. Lakin bu heç də sifətin digər nitq

hissəsinə, məsələn zərflərə çevrilməsi demək deyildir. Belə olsaydı, dilçilikdə nitq

hissələri və cümlə üzvləri deyə xüsusi bölgələr aparmağa heç bir ehtiyac da

qalmazdı. Bir sözün sifət və zərf kateqoriyasına aid olub olmamasını onun

cümlədəki vəzifəsi ilə müəyyən edən dilçilər belə iddia edirlər ki, eyni bir söz

isimləri təyin edəndə sifət, felləri təyin edəndə isə artıq zərf kateqoriyasına aid

olur.

A.Kazımbəydən başlayaraq gələn bu fikir bir çox türk dillərində və eləcə

də Azərbaycan dilində indi də mühafizə olunmaqdadır [6,318]. A.Borovkov yazır

ki, sifətlər fel qarşısında məna və vəzifəsinə görə zərflərə çevrilir [5, 77].

F.Zeynalovun fikrincə, belə meyar zərf kateqoriyasını və eləcə də sifət

kateqoriyasını müəyyənləşdirməkdə əsas ola bilməz. [4, 126]. Bildiyimiz kimi

sifətlər əşyanın əlamətini, zərflər isə geniş mənada hərəkətin və əlamətin əlamətini

bildirir. Bəzi dilçilərin həm sifət, həm də zərf deyə qəbul etdikləri sözlər (məsələn,

yaxşı, gözəl, boş, dolu və s.) isə öz daxili semantikası etibarı ilə əşyanın əlamətini

bildirməyə xidmət edir. F.Zeynalova görə bu sözlər ancaq sifətə məxsus

qrammatik xüsusiyyətlərə malikdir [4, 120).

Zərfləri digər nitq hissələrindən, xüsusilə sifətlərdən fərqləndirən sintaktik

əlamətlərdən biri də budur ki, əsli zərflər (məsələn, indi, tez, gec, sonra və s.)

əşyanın təyini ola bilmir. Məsələn, indi adam, gec kitab və s. Zərflər də sifətlər

kimi dərəcə əlamətləri qəbul edə bilir. Lakin bu dərəcə əlamətləri sifətlərdən

semantik cəhətdən fərqlənməklə bərabər, həm də onlara nisbətən çox məhduddur.

394

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!