27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

bayraqda durmaq, nə isə demək istəyirdi. Qədir kimsəsiz qoyub getdiyi ailəsinə

qollarını açmağa tələsirdi” (M.İbrahimov)

Verilən misal üç komponentdən ibarət mətndir və onların üçü də ―Qədir‖

leksemi ilə başlayır; Qədirlə bağlı fikirlər bir-biri ilə bu sözlə bağlanılır, sanki,

Qədir mətndəki cümlələri-komponentləri mərkəzə- mürəkkəb sintaktik bütövün

mərkəzinə çəkməklə mərkəzəqaçma qüvvənin idarəçiliyinə daxil edir,nəticədə də

mətni təşkil edən komponentlərin üzvi bağlılığı-sistemi yaranır (3, 58).

Təkrarları aşağıdakı şəkildə qruplaşdırmaq olar:

1.Morfoloji təkrarlar;

2. Leksik təkrarlar;

3. Sintaktik təkrarlar

Mətndə təkrar kimi bütöv cümlə strukturu özünü göstərə bilər. Belə olan

halda – cümlə təkrar olunarkən mətn daxilində təbii şəkildə o cümlə öz

müstəqilliyini kifayət qədər itirmiş olur və təbii şəkildə cümlənin struktur dəyəri

azalır. Məşhur rus dilçisi V.V.Vinoqradov məhz bu cür halları nəzərə alaraq qeyd

edirdi ki, hətta bütün cümlə sintaqm kimi özünü göstərə bilir, hətta belə olduqda

biz onu öz-özlüyündə deyil, daha böyük mürəkkəb birliyin komponenti və ya

hissəsi kimi görürük (4, 23). Bu vaxt onun mənası mürəkkəb sintaktik bütöv

kontekstində dərk edilməyə başlanılır. Digər tərəfdən bir vacib məqama da nəzər

salaq: tekstdə elə məqamlar olur ki, özünəməxsus düyün nöqtələrində məhz

cümlənin təkrarı özünəməxsus rol oynayır. Bu düyün nöqtələrini bir-birinə

bağlamaq ehtiyacı zamanı söz birləşmələrindən və ya ayrı-ayrı sözlərdənsə,

cümlədən istifadə etmək daha vacib olur.

Bununla yanaşı, təkrarlıq hadisəsi qrammatikaya aid fakt, yəni qrammatik

mədəniyyət kimi nəzərədən keçirilir. Qeyd etmək lazımdır ki, mətnyaradıcı amil

kimi qəbul olunan üslubi eynilik leksik siniflərin yardımı ilə təsvir olunan

mətndəki leksik əlaqəliliyin pozulmasına gətirib çıxarır. Bu ümumi semantik

xüsusiyyətlər əsasında, yəni paradiqmatik səviyyədə formalaşan leksik siniflər ilə

formal distribütiv təhlil vasitəsi ilə, yəni sintaqmatik səviyyədə yaradılan

ekvivalentlər və yaxud təkrarlar sinfi arasındakı qarşıdurma ilə izah olunur. Yəni

formal təkrar faktik olaraq semantik müxtəlifliyin mətnboyu realizə olunmasında

maneəyə çevrilir.

Morfoloji təkrarlar bir mürəkkəb sintaktik bütöv çərçivəsində eyni

morfoloji vahidlərin təkrarından ibarət olur. Bu vaxt həmin təkrarlar hormoniya,

bir morfoloji mühit yaradırlar ki, bu da mətn semantikası ilə üzvi şəkildə bağlı

olur. Məsələn:

“They rushed on, accompanied by tiny splashes and the sound of crashing

bodies hitting the underbrush.”

“At last they reached the place where the main stream forked into the

northern and southern branches, encircling the knoll” (J. Rollins, p.218).

552

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!