27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

ehtiyatlarının nəqli problemini, çoxvariantlı neft kəmərləri vasitəsi ilə həll

etməyin tərəfdarı olduğunu bəyan etmişdi [10, səh 23]. Hətta 1995-ci ilin

oktyabrında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ilkin neftin ikişimal

və qərb marşrutu ilə nəqli barədə qərar da qəbul etmişdi.

Əslində Rusiya ərazisindən keçməyən neft-qaz nəqliyyat infrostrukturunun

yaradılmasında maraqlı olan və regionda strateji maraqlar güdən ABŞ bir neçə

neft kəmərinin çəkilməsi prinsipini sözdə dəstəkləyərək, bu bəyanatlarla

Moskvanın ambisiyalarını müvəqqəti olaraq yatırmaq imkanı əldə edirdi.

Vaşinqtonun «böyük Xəzər oyunu» məhz Rusiyanı neft nəqliyyatı üzərindəki

nəzarətdən məhrum etmək planının həyata keçirirlməsinə yönəlmişdi. ABŞ

prezidenti 1997-ci il iyulunda E. Şevernadze ilə görüşündə açıq şəkildə

bildirmişdi ki, Zaqafqaziyada müvafiq infrostrukturların inkişafında maraqlıdır

və Xəzər yataqlarından çıxarılan neftin böyük hissəsi Gürcüstan və Türkiyə

ərazisi vasitəsilə nəql ediləcəkdir [11].

XX əsrin 90-cı illərinin ortalarında rus-çeçen müharibəsi neft kəmərləri

məsələsində təşəbbüsün Amerikanın əlinə keçməsinə şərait yaradır. Rusiyanı

regiondakı neftin nəqli prosesindən kənarda saxlamağa çalışan ABŞ məhz bu

illərdən etibarən açıq şəkildə antirusiya mövqeyi tutur və əsas diqqətini Bakı-

Tbilisi-Ceyhan marşrutunun həyata keçirilməsinə yönəldir. Onun strateci

maraqları da məhz bu layihənin həyata keçirilməsini tələb edirdi. Siyasiləşən və

region dövlətlərini Rusiyadan uzaqlaşdıran bu layihəni o zamanlar Moskvada

«Antirusiya mahiyyətli Amerikan layihəsi» də adlandırırdılar[12]. Ümumiyyətlə

rusiyalı politoloqlara görə Xəzər dənizi neftinin nəqli məsələsi bu illərdə Rusiya

üçün ən ciddi geosiyasi məsələ idi.

1996-2000-ci illərdə B.Klinton administrasiyasının əsas ixrac boru kəmər

marşrutu kimi dəstəklədiyi BTC layihəsi ekspertlər tərəfindən ticari yöndən qeyrirentabelli

layihə kimi qiymətləndirilirdi. Ekspertlərə görə Xəzər neftinin

Azərbaycan və Mərkəzi Asiyada artıq mövcud olan neft kəmərləri vasitəsi ilə

daşınması iqtisadi yöndən daha məqsədə uyğun idi, çünki BTC layihəsinin həyata

keçirilməsi neftin nəqlini Rusiya şkalaları ilə müqayisədə ildə 3 dəfə

bahalaşdırırdı. 1997-1998-ci illərdə Amerikanın aparıcı neft şirkətlərinin və

potensial investorların Xəzərdən Aralıq dənizi sahillərindəki terminallara neft

kəmərinin çəkilməsini nəzərdə tutan və 4- 4,5 mld dollara başa gələcək layihənin

rentabelliyi haqda şübhələrə düşdükləri və bu layihənin həyata keçirilməsi

planlarının pozulacağı idda edilmişdi. Tezliklə bu iddialara cavab kimi ABŞ

dövlət katibinin birinci müavini S.Telbott «bütün proqnozlara baxmayaraq BTCnin

əsas marşrut kimi nəzərdə tutulduğunu və ABŞ-ın mütləq bu layihəni həyata

keçirməyə nail olacağını elan edir» [13, səh 15].

Sözsüz ki, regionda BTC-nin ən aktiv tərəfdarı Xəzərdə zəngin neft ehtiyatları

və əlverişli geosiyasi–strateji mövqeyə malik olan, regionda ABŞ üçün xüsusi

maraq kəsb edən Azərbaycan idi. Rusiya və İran arasında yerləşən bu ölkə ABŞ

214

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!