27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

təşkil edir. Əgər bunlar olmasaydı Azərbaycanın bütün elm sahələri və

iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycanın

elmi də inkişaf edə bilməzdi. Onları qiymətləndirmək lazımdır və on illərdə əldə

etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.» [7, S. 34]

Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələri üçün də ali

təhsilli tibb kadrları hazırlayan təhsil müəssisəsi N.Nərimanov adına Azərbaycan

Dövlət Tibb Universiteti idi.

1993- cü ildən başlayaraq Naxçıvan MR- da ali ixtisaslı həkim kadrlarının

sayı ilbəil azalmağa doğru meyl edirdi. Bunun əsas səbəbi ölkəmizdə gündəngünə

dərinləşən siyasi, iqtisadi və sosial vəziyyətin kəskinləşməsi, Naxçıvan MRın

səhiyyə müəssisələrində çalışan yüksək ixtisaslı həkimlərdən bir qisminin iş

yerinin Bakı şəhərinə dəyişdirilməsi, muxtar respublikanın blokada şəraitində

olması və s. amillərlə əsaslandırılmasıdır.

1993- 1994- cü illərdə N. Nərimanov adına ATU- u təyinat üzrə Naxçıvan

MR- na müalicə- profilaktika (17 nəfər), pediatriya (10 nəfər), stomatologiya (4

nəfər), əczaçılıq (2 nəfər) məzun göndərilsə də, onların 50%- dən çoxu ailə

vəziyyəti ilə əlaqədar təyinatlarını əsasən Bakı şəhərinə dəyişdirilmişdir. [4]

Tədqiq etdiyimiz dövrdə Naxçıvan MR-da tibb müəssisələrinin orta

ixtisaslı tibb kadrları ilə təminatı da qənaətbəxş olmamışdır. 1993-cü ildə

Naxçıvan MR-da orta tibb işçilərin sayı 2970 nəfər idisə, 1994 və 1995-ci illərdə

bu rəqəm 2933-ə enmişdir. [13, S.25] Təbii ki, hər 10 min nəfər əhalinin orta tibb

işçiləri ilə təmin edilməsi də get-gedə azalmaqdadır. 1993-cü ildə Muxtar

Respublikanın hər 10 min əhaliyə 94 orta tibb işçisi düşürdüsə, 1995-ci ildə bu

rəqəm 85 nəfər olmuşdur. [13, S.16] Bu göstəricilər tibb kadrlarının təminat

göstəricilərindən xeyli aşağıdır. Statistik məlumatlara görə 1994-1995-ci illərdə

respublika üzrə 1638 nəfər vakant orta tibb işçisi vəzifəsi boş olduğu halda,

onlardan 492-si Naxçıvan MR-nın payına düşürdü.

Naxçıvan MR-da tibb müəssisələrinin orta tibb işçiləri ilə təmin olunması

səviyyəsinin aşağı düşməsi, bölgənin ayrı-ayrı ərasilərində və müəssisələrində

yerləşdirilməsinin qeyri-bərabərliyi həmin illərdə respublikada baş verən

hadisələrlə, vilayətin ağır blokada vəziyyətinə düşməsi və demoqrafik proseslərin

kəskin dəyişməsi, həmçinin mütəxəssisəlrin bir hissəsinin hərbi-tibbi

strukturlarına keçməsi ilə əlaqələndirilirdi. Vəzifələrin komplektləşdirilməsinə

mənfi təsir göstərən ən mühüm amillərdən biri orta tibb kadrlarının hazırlanması

və yerləşdirilməsi işində yol verilən nöqsanlar idi. Çünki, tibb məktəblərinə

qəbulun planlaşdırılması, qəbulun aparılması işinin səmərəli təşkili, gənc

mütəxəssislərin düzgün təyinatını təmin etmək müstəsna əhəmiyyət kəsb edir.

Bundan əlavə tədqiq edilən dövrdə Naxçıvan MR-dan Bakı şəhərinin tibb

məktəblərində oxuyan tələbələrin sayı da get-gedə aşağı düşmüşdü.

Naxçıvan tibb məktəbinin maddi-texniki bazasının vəziyyəti imkan

vermədiyindən mütəxəssisəlrin hazırlanması normativ tələbatı ödəmirdi. Qəbul

562

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!