27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

mühitdən ayrılmazdır, onun fərdiyyəti özündə onu bədii-düşüncə təcrübəsinə görə

ona yaxın yazıçılarla yaxın edən ümumi, sosial şərtlənmiş, milli-tarixi çalarlı

daşıyır» (3, s.107).

Əlbəttə, romantizmin, romantik hərəkatın bu və ya digər dərəcədə

burjuaziya dövrü ilə bağlı olması, özündə burjua başlanğıcını daşıması

inkaredilməzdir. Romantizmin bəlkə də ən əsas pafosu insanın və insan

cəmiyyətinin maşın olmamasından ibarət idi. Maşın özü-özlüyündə yeni hadisə

olsa da, maşın cəmiyyəti köhnə idi, çünki onu mütləqiyyət, cəmiyyət həyatının hər

bir addımını proqramlaşdıran mütləqiyyət doğurmuşdu. Onun maraqlarını

gözləyən sənət də proqramlaşdırılmış, hər bir xüsusiyyəti öncədən verilmiş,

tənzimlənmiş klassisizm oldu. Mütləqiyyət şəraitində özünü dərk edən burjua

münasibətləri və yeni sinif olan burjuaziya get-gedə verilmiş qəliblərə sığmır və

sənətdə həmin o qəlibdən qurtarmaq, verilmiş çərçivədən çıxmaq istəyini –

pafosunu - romantizmi doğurur. Digər tərəfdən isə, hər bir ölkədə burjua sinfinin

meydana gəlib mövcud hakimiyyətlə münasibətə girməsi, onu bu və ya digər

dərəcədə dəyişməsi özəl xüsusiyyətlərə malik olduğundan, bu münasibətləri (daha

doğrusu, müəyyən qəlibə sığmamaq, buxovları atmaq və b.k. pafosu) özündə əks

etdirən ədəbiyyat meydana gəldi ki, bu da sonralar romantizm adını aldı.

Yuxarıdakı fikrə qayıdaraq qeyd edək ki, romantizmin vətəni hesab edilən

Almaniyada bu cərəyan mütləqiyyətin möhkəmləndiyi, lakin eyni zamanda

cəmiyyətdə burjua münasibətlərinin genişləndiyi dövrə təsadüf edir və bu dövrdə

yeni ilə köhnə sanki insana qarşı birləşir və bu şəraitdə romantizm insanın

müdafiəsinə qalxır. Hələ V.Q.Belinski göstərirdi ki, «romantizm yalnız

incəsənətə, yalnız poeziyaya mənsub deyil: onun mənbəyi incəsənətin də,

poeziyanın da mənbəyi olan yerdə – həyatdadır… Özünün ən sıx və əhəmiyyətli

mənasında romantizm insanın qəlbinin daxili aləmi, ürəyinin ən ümdə həyatından

başqa bir şey deyildir. İnsanın sinəsində və qəlbində romantizmin sirli mənbəyi

yerləşir; duyğular, məhəbbət romantizmin təzahürü və ya təsiridir və buna görə də

demək olar ki hər bir adam romantikdir». Romantizmin sahəsi «fantaziyanın

doğurduğu ideallarda özünə məmnunluq tapmağa çalışan ən yaxşı və aliyə bütün

qeyri-müəyyən canatmaların oyandığı qəlb və ürəyin sirli mahiyyətidir» (2, s.

145, 146).

Azərbaycan ədəbiyyatında romantizm cərəyanının yaranması məsələsinə

də məhz yuxarıda deyilənlərdən çıxış edərək yaxınlaşmaq lazımdır. Həmin

cərəyanın ədəbiyyatımızda məhz XX əsrin əvvəllərində formalaşması və ya bəzi

müəlliflərin dediyi kimi, qayıdışı təsadüfi deyil. Feodal münasibətlərinin

zəifləməsi, kapitalizmin sürətlə inkişafı Azərbaycanda 1905-1907-ci illər Rusiya

burjua inqilabından sonraya təsadüf etdiyindən, həmin dövrdə milli azadlıq

ideyasının özünü bariz göstərməsindən və onu praktikada realizə etməyin

çətinliyindən irəli gələrək yazarların bir qismi həmin illərdə həyat hadisələrini

romantik seçim və ümumiləşdirmə metoduna üstünlük vermiş və həmin zəmində

506

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!