27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

Fransız dilinin leksikası fransızlarla yanaşı həmişə dünya dilçilərinin

diqqət mərkəzində olmuşdur. Yazılmış yüzlərlə məqalə, dissertasiya və

kitablarda fransız leksikologiyasının müxtəlif məsələləri tədqiqat obyekti

olmuşdur.

Azərbaycanda, müqayisəli planda bir sıra tədqiqat işlərinin

aparılmasına baxmayaraq, bu məqalənin müraciət etdiyi mövzu ilə

bilavasitə tədqiqat işləri aparılmamışdır və fransız və Azərbaycan

dillərində işlədilən bitki adları ilə bağlı bir boşluq vardir. Bu

sahədə bizə məlum olan işlər yox dərəcəsindədir. Yalnız R.C

Cabbarovun ―Fransız dilində işlədilən ərəb sözləri‖ adlı disserta siya

işində flora ilə bağlı 50 leksik vahidin təhlili verilmişdir [4, səh.

125-127]. Fransız və Azərbaycan dillərindəki botanikaya aid leksikanın müxtəlif

aspektlərdən müqayisə edilməsi bir çox maraqlı dilçilik məsələlərinə aydınlıq

gətirilməsinə kömək edə bilər.

Leksik fondunun zəngin olmasına baxmayaraq fransız dilini öyrənənlər söz

işlətmə sahəsində tez - tez böyük çətinliklərlə üzləşir və əksər hallarda, ən zəngin

olan leksikoqrafik mənbə belə, dil daşıyıcısını lazım olan vəziyyətdə və

kontekstdə qane edə bilmir. Məhz bu səbəbdən tədqiqatçılar belə çətinliklər

yaranan hallarda çıxış yolunu müxtəlif tipli kontekstləri ayrı-ayrı hissələrə

bölməkdə görürlər. Çox vaxt bu da məsələnin tam və uğurlu həllinə kömək etmir.

Fransada keçən əsrin sonlarından başlayaraq fransız dili yalnız ölkə

leksikoloqları tərəfindən və fransız xalqı üçün öyrənilirdi. Bu dilin faktları digər

bir dilin faktları ilə müqayisə edilirdisə, bu yalnız tarixi-müqayisəli planda

edilirdi. Bu tipli işlər dil daşıyıcılarını qane etsədə digər xalqların

nümayəndələrini qane etmirdi. Dillərin öz tarixindən asılı olmayaraq müqayisəli

şəkildə öyrənilməsi elə keçmiş leksikoloji tədqiqatların çatışmayan cəhəti idi.

Bu tədqiqat işinin məqsədi də elə ardıcıl surətdə və indiyədək həmin

―xüsusiyyətlərin‖ bəzi cəhətlərini aşkara çıxarmaq üçün fransız və Azərbaycan

dillərinin leksikasında botanika terminlərini müqayisə etməyə yönəlmişdir.

Deyilənlərlə əlaqədar olaraq söyləmək gərəkdir ki, Rusiyada fransız və rus

dili leksikasının müqayisəli öyrənilməsi hələ XIX əsrin sonlarında tərcümə

problemləri ilə başlamışdır. Deyilənlər baxımında V. Q. Qak öz tədqiqatında

haqlı olaraq göstərir ki, dillərdə ümumi semasioloji kateqoriyaların funksiyaları

eyni adlı anlayışın müqayisəsi zamanı aşkara çıxır. Bu vaxt bir dildə sadə sözlə

ifadə olunmuş anlayış, başqa bir dildə mürəkkəb sözlə və ya söz birləşməsi ilə

ifadə oluna bilir, bir dildə həqiqi ifadəyə malik olan söz digər dildə obrazlı ifadə

ilə verilə bilir [3, səh. 4-8].

Göstərilən müstəvidə bitki adlarını təşkil edən leksik vahidlər, sabit söz

birləşmələrinin komponentləri kimi bütün dünya dillərinin leksik bazasının ən

qədim və geniş yayılmış hissəsini təşkil edir. Dilxarici reallığın dərk edilməsi

xüsusiyyətləri dilin digər sahələrinə nisbətən bitkilərə aid leksikada daha aydın

205

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!