27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

- Varşavada məşhur «Asiya və Sakit Okean ölkələri» muzeyində

Azərbaycan guşəsinin açılması;

- Polşa və Azərbaycan tələbələrinin mübadilısinin təşkilinə yardım edilməsi;

- Azərbaycan xalqının mədəni irsi haqqında məlumatların yerli qəzetlərdə dərc

edilməsi və s.

Milli diaspor nümayəndələrindən Hicran Əliyeva və onun rəhbərlik etdiyi

Azərbaycan Mədəniyyət və İnformasiya Mərkəzi Polşada Azərbaycan

mədəniyyəti haqda məlumatların yayımlanması və Polşa - Azərbaycan mədəni

əlaqələrinin genişləndirilməsi istiqamətində xüsusi fəallıq nümayiş etdirmişdir.

Belə ki, Hicran Əliyevanın 2001-ci ildə AzTV-nin beynəlxalq əlaqələr

redaksiyasında çalışarkən Polşa dövlətinin 3 may Konstitusiya günü ilə əlaqədar

hazırladığı veriliş Polşanın Azərbaycandakı səfirliyi tərəfindən rəğbətlə

qarşılanmış, sonra onu Varşava Universitetinin təşkil etdiyi müsabiqəyə dəvət

etmişlər. Müsabiqədən uğurla keçdikdən sonra Hicran Əliyeva Varşava

Universitetinin Şərqi Avropa tədqiqatlar İnstitunun magistraturasına qəbul

olundu. Polşa Elmlər Akademiyasının doktorantı kimi «Sovet İttifaqının

dağılmasından sonra Azərbaycanın informasiya siyasəti» adlanan elmi işində həm

də Avropa dəyərlərinin dilimizdə necə əks olunması məsələlərinə toxunmuşdur.

2002- ci il iyunun 4–də Azərbaycanın Respublika günü ilə əlaqədar Varşava

Universitetində keçirilmiş tədbirdə, müəllim və tələbə auditoriyası qarşısında

polyak dilində Polşa-Azərbaycan tarixi və mədəni əlaqələrindən bəhs edən film

nümayiş etdirilmişdi. Tədbirdə Türkiyə, İran və Rusiya səfirliklərin

nümayəndələri, həmçinin Polşa Xarici İşlər Nazirliyinin Avropa Departamentinin

nümayəndəsi İ.Naqurska da iştirak edirdi. Senarinin müəllifi və aparıcı Hicran

Əliyeva idi. 35 dəqiqəlik film 2001–ci ildə Bakıda çəkilmişdi. Sonda həvəskar

musiqiçilər tərəfindən ifa olunan Azərbaycan mahnıları, xüsusilə muğam böyük

maraqla qarşılandı. Varşava Universitetinin rəhbərliyinin bildirdiyinə görə,

Universitetin binasında Azərbaycana həsr olunmuş bu cür tədbir ilk dəfə olaraq

keçirilirdi [6, s.3].

Hicran Əliyeva 2002 –ci ilin dekabrında ATƏT-in Demokratik İnstitutlar

və İnsan hüquqları üzrə BürosununVarşava ofisi ilə əməkdaşlıq proqramı əsasında

Kentşin şəhərində Polşa Milli Təhlükəsizlik Akademiyasının bazasında təlim

keçən 15 nəfər azərbaycanlı sərhədçi haqqında bir veriliş hazırladı. Film polyak –

Azərbaycan sərhəd xidmətinin əməkdaşlığından bəhs edirdi. 20 dəqiqəlik film

Azərbaycan Dövlət Televiziyasının bazasında hazırlandı və həmin kanalla da

yayımlandı.

İnformasiya Mərkəzinin fəaliyyətində polyak təşkilatları ilə əməkdaşlığı

gücləndirmək, Azərbaycan və Polşa arasında informasiya əlaqəsi qurmaq, iki

ölkənin mədəniyyət və təhsil sahəsində əməkdaşlığının inkişafına yardımçı olmaq

kimi məsələlər mühüm yer tutmuşdur. Belə ki, 2003–cü ildə Mərkəzin yaxından

129

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!