27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

mənanın təbiətini, növlərini, məna strukturunu, strukturun ayrı-ayrı ünsürlərinin

qarşılıqlı əlaqə və münasibətlərini, məna inkişafının qanunauyğunluğunu araşdırır.

Konkret olaraq, semasiologiyanın tədqiqat obyektinə aşağıdakı məsələlər daxildir:

1. Sözlə əşya və məfhum arasındakı əlaqə və münasibətlər

2. Məna strukturu

3. Məna dəyişməsi və inkişafı

4. Leksik - semantik söz qrupları (çoxmənalı sözlər, omonim, sinonim

və antonim)"

Daha sonra əsərdə dil sistemi məsələsi, söz və sözün mahiyyəti, sözlər

arasında mövcud olan əlaqələr, eynilik problemi təhlil edilmişdir. Forma və məna

eyniliyinə görə sözlər iki qrupa ayrılmışdır:

1. Formaca eyni olanlar

2. Formaca müxtəlif olanlar

Müəllif, formaca eyni olan sözlər dedikdə aşağıdakı anlayışları nəzərdə

tutmuşdur:

1. Forma və mənaca eyni olanlar(variantlar)

2. Formaca eyni, mənaca müxtəlif olanlar - çoxmənalı sözlər, omonim,

omofon, omoform, omoqraf, paronimlər. Formaca müxtəlif olan vahidlər isə belə

qruplaşdırılmışdır:

1. Formaca müxtəlif ,mənaca yaxın olanlar (sinonimlər)

2. Formaca müxtəlif ,mənaca eyni olanlar (dubletlər)

3. Həm formaca, həm də mənaca müxtəlif olanlar (antonimlər) Dərslikdə

göstərilir ki, söz müəyyən mənanın daşıyıcısıdır. Məna söz müəyyən maddi işarə

ilə möhkəmləndirilir. Sözün müəyyən mənaya malik olması o deməkdir ki, söz

müəyyən məna sisteminə, müxtəlif məna tiplərinə, başqa sözlərlə əlaqəyə; söz

yaratma yuvasına, üslubu xüsusiyyətlərə malikdir. Söz mənaca üç yolla dəyişir

(sözün mənaca dəyişməsi tədricidir).

1. Əvvəlki məzmun qalır, lakin əşya və hadisələr aidlik genişlənir

2. Məfhumlar yeni ümumiləşmiş əlamət və xüsusiyyət qəbul etdiyi zaman

da söz məzmunca dəyişir.

3. Forma qalır, əsas məzmun qalır, lakin sözlər bir sıra məna çalarlarını

itirir. Əsərin digər bölmələrində söz və onun çoxmənalılığı, təkmənalılığı məsələsi

təhlil olunur. Və göstərir ki, sözlər nitqdə təkmənalı, dildə isə çoxmənalı olur,

başqa sözlə desək, nitq vahidi kimi tək, dil vahidi kimi isə sözlər çoxmənalıdır.

Nitqdə söz əlavə məna çalarlıqlarından uzaqlaşır, ancaq bir əsas mənada başa

düşülür. O nitqdə özünün yalnız bir variantını büruzə verir. Söz yaranmasına görə

təkmənalı olmuşdur. Sözlərin çoxmənalılıq kəsb etməsi prosesi bu gün dilimizin

daxili inkişaf qanunlarından birini təşkil edir. Söz müəyyən müddət təkmənalı

kimi işlədilir. Sonra öz mənasını genişləndirərək çoxmənalı vahidə çevrilir.

Bundan başqa, dərslikdə çoxmənalı sözlərin müəyyənləşdirilməsi

məsələsi, çoxmənalı sözlərin inkişaf və yaranma yolları təhlil edilmiş;

196

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!