27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

İmran: 3/186), «…Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu məqsədə

müvafiq işlərdəndir» (Yenə orada, s.64) deyilir.

7. Təvəkkül. Lüğəti mənası işi üstünə almaq, vəkil olmağı qəbul

etməkdir. Allahın böyüklüyünü qəlbində hiss edən sufi ondan başqa təvəkkül

ediləcək, təslim olunacaq varlığın olmadığına inanır. Təsəvvüfdə dərviş özünü

Allaha təslim edir, onun yolu ilə gedir, ondan kömək gözləyir. Əl açıb dilənmək

təvəkkülə ziddr, çünki həqiqi sufi heç nəyə sahib olmadığı halda, hər şeyə

sahibdir. Sufilər Quranın (Əhzab:3) bu xəbərdarlığını heç vaxt unutmurlar:

«Allaha təvəkkül et, Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edr» (Yenə

orada, s.411).

8. Zikr. Anmaq, xatırlamaq, unutmamaq deməkdir. Zikr bütün

təriqətlərin əsas ünsürüdür. Allahın isimlərini hər an söyləmək sufilərin başlıca

işlərindən biridir. Zikrə xüsusi önəm verən sufilər onu bəzən başqa ibadətlərdən

üstün tuturlar. Quranda namaza təşviq edən ayələr çoxdur, lakin «çox namaz

qılın», «çox oruc tutun» ifadələri yoxdur, ancaq «Allaha çox zikr edin» ifadəsi

vardır (Araf: 7/205). «Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan

ürəyində Rəbbini yad et və qafillərdən olma!» (Yenə orada, s.148). Sufilər «Ən

böyük ibadət zikirdir» deyirlər. Namaz isə ibadətlərin böyüyüdür, ancaq hər

zaman qılına bilməz. Zikr isə həmişə edilə bilər. Xoca Əhməd Yəsəvi və Yunus

Əmrə şeirlərində Allah çeşidli isimləri ilə zikr edilir.

9. Elmi-lədün. Sufi alimlərinə görə, ağıl və təəkkürdən başqa ilham,

kəşf və ya elmi-lədün deyilən bir elm qaynağı da vardır. Bu elm ağılla

öyrənilməz, onu qəlblə qazanmaq olar. Buna isə yalnız təmiz qəlb nail ola bilər.

Çünki yalnız təmiz qəlb həqiqəti əks etdirməyə qadirdir. Qəlbin təmizlənməsi,

insanın yuxarıda sadalanan prinsiplərə əməl etməsi özünü təsəffüv tələbləri ilə

tərbiyə etməsidir. Beləliklə, vasitəsiz olaraq Allahın öyrətdiyi elm – elmi-lədün,

kəşf və mərifətdir, qeybə aid bilgilərdir.Yunus Əmrənin söylədiyi «gözdən qəflət

pərdəsinin qalxması» məhz elmi-lədünə çatmaq mənasına uyğun gəlir. Bir termin

olaraq, Quranda az işlədilməsinə rəğmən, elmi-lədün haqqında geniş məlumat

verilmişdir. «Əl-Kəhf» surəsi, 18/65: «Orada qullarımızdan birini (Xızırı)

tapmışdılar ki, biz ona qatımızdan bir rəhmət verdik. Və ona elmi-lədün öyrətdik»

(Yenə orada, s.271). Musa-Xızır qissəsindən öyrəndiyimiz budur ki, hətta hər

peyğəmbər belə bu şərəfə, yəni elmi-lədünə sahib ola bilmir, çünki bu Allahın

lütfüdür (bu da Xızır peyğəmbərə nəsib olmuşdur). Hətta Nuh peyğəmbər camaata

müraciətində belə demişdir: «Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir.

Mən qeybi də bilmirəm…» Ən maraqlısı budur ki, bu bilgiyə sahib olan kəsin

hərəkətləri bu elmdən xəbərsiz olanlara qəribə və anlaşılmaz görünür.

Qeyd etmək lazımdır ki, təsəvvüfün bu istilah və terminləri ilə yanaşı, başqa

bir çox anlayışları da vardır. N.Göyüşov haqlı olaraq bu məqama diqqət

yetirmişdir: «Maraqlı haldır ki, nə fəlsəfə, nə dəqiq elmlər, nə kəlam və ilahiyyat

elmi, bir sözlə, humanitar və təbiət elmlərində heç biri bu qədər zəngin

531

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!