27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

Amerika Milli Təhlükəsizlik və Kəşfiyyat Şurasının hazırladığı sənədə əsasən,

2020-ci ilə qədər din faktoru insanların həyatında çox əhəmiyyətli rol

oynayacaqdır. Bu faktoru nəzərə alan və ciddi analiz edən həmin sənəd İslam

dünyası üçün ―Yeni bir Xilafət Modeli‖ irəli sürməkdədir. ―Yeni bir Xilafət

Modeli‖nin necə işləyəcəyinin də ipuclarını özündə birləşdirən sənəddə, bütün

İslam dünyasını ―tək bir mərkəz və otoritar qurum‖ ətrafında cəmləşdirməyi

qarşısına məqsəd qoyduğuna diqqəti çəkmək istənilir.

Zbiqnev Bjezinski, ―Seçim‖ kitabında Qlobal Xaosu diqqətdən keçirərkən,

Avrasiyanın önəmini xüsusi diqqətlə vurğulamışdır: ―Soyuq Müharibə

zamanında Avrasiya, hegomoniya mübarizəsinin tam mərkəzindəydi. Buraya

hakim olan, qlobal mənada güc əldə etmiş olacaqdır‖. Soyuq Müharibədən

sonra da, göründüyü kimi Avrasiyanın bu önəmi qətiyyən azalmamış, əksinə

artmışdır. Amerika o dönəmlərdə həyata keçirdiyi taktikaları bir kənara

qoymadan, qloballaşma prossesinin, bu günün şərtlərinə uyğun yeni-yeni

strategiyalar hazırlayır və onları reallaşdırmaqda davam edir. Qlobal Balkanlar

Layihəsi də onlardan biridir. [7]

Qlobal Balkanlar layihəsinin sərhədləri

Soyuq Müaribə dönəmindən bu günə qədər qalmış, strateji layihələrdən biri

də Böyük Orta Şərq Layihəsidir. ABŞ bu layihənin üzərində müəyyən

dəyişikliklər edərək, inkişaf etdirərək, yeni və dünyanın daha böyük

ərazisini əhatə edəcək Qlobal Balkanlar layihəsini hazırlamışıdr. Zbiqnev

Bjezinskiyə görə terrorizmə qarşı müharibə elan edilməsi, dar görüşlülüyün

əlamətidir. Bu mənada ki, düşmənin konkret bir tərifi yoxdur. Ən vacibi də

Avrasiyanın Avropa və Uzaq Şərq arasındakı bölgədə geopolitik tarazlığın

qorunması artıq baş verən dövlətlərarası siyasi çəkişmələrə cavab vermir.

Bilindiyi kimi buranın əhalisinin böyük əksəriyyəti müsəlmandır. Coğrafi

olaraq bu regiona diqqət edilsə, xəritədə kiçik Balknalar yarımadasına

bənzəyir. Ona görədə Avrasiyanın bu alt regionuna ―Qlobal Balkanlar‖ da

deyilməkdədir. ―Qlobal Balkanlar‖ bölgəsinin sərhədləri, Süveyş kanalından

başlayıb, Rus-Kazak sərhədinə, oradan isə Cənubi Əfqanıstan sərhədlərinə

qədər uzanıb gedir. Böyük Orta Şərq layihəsindən fərqli olaraq, Şimali

Afrika ―Qlobal Balkanlar‖ layihəsinin xaricindədir Zbiqnev Bjezinskiyə görə

ABŞ bölgədə kütləvi qırğın silahlarının məhv edilməsi və terrorizmə qarşı

mübarizə üçün uzun müddətli bir fəaliyyət göstərməlidir. Bu regionun

qarşıdakı illərdə çox təhlükəli olacağı düşünülməkdədir. Bölgə partlayıcı

potensialı ilə dünyanı bir xaosa sürükləyə bilər. [4, s.15-20; ]

Dünya Neft rezervlərinin 68%-i, Təbii Qaz ehtiyatının isə 41%-i Qlobal

Balkanlar adlandırılan regionunun payına düşməkdədir. Burada Dünya Neftinin

32%-i, Təbii Qazıın 15%-i istehsal edilməkdədir. ABŞ üçün regionun bu

dərəcədə əhəmiyyətli olmasının altında yatan həqiqi səbəb də, məhz bu yer

altı təbii ehtiyatlardır. Əlavə olaraq onu da xüsusi qeyd etmək lazımdır ki,

517

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!