27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

insanların, kağız olmadığından, qaya üstündə cizgilərdən istifadə edərək

çəkdikləri rəsmlər özləri üçün də bir işarə olmuşdur.

Belə rəsmlər çox olduğundan bunun bir nəfər tərəfindən deyil, bir neçə

adam tərəfindən çəkildiyi də məlum olur. Sözsüz, bunların Naxçıvan, Ordubad,

Kəlbəcər, Qazax, Gəncə ərazisində deyil, Şirvan, Ağdam, Laçın, Ağcabədi və s.

kimi yerlərdə də tapılması bu ―sənətin‖ bir nəsildən gələcək nəslə öyrədildiyi

ehtimal olunur.

Həmin şəkillərin bu formada yazılmasını biz ―ibtidai təlim‖ forması kimi

başa düşsək, zənnimizcə yanılmarıq." (4, s.5-6).

Orxon abidələri türk xalqının böyük bir dövrünün ən gerçək, ən çılpaq və

dəqiq şəkildə yaşadan mənbələridir. Bu abidələr təkcə Göytürk imperatorluğunun

məşhur hökmdarı Bilgə xaqan dövrünü bizə çatdırmır, o həm də türk millətinin

xarakterini, yüksək mədəniyyətini, millətsevərliyini, tərbiyə ənənələrini də

yaşadır. On üç qəbir daşlarından ibarət olan Göytürk abidələri qədim türklərdə, o

cümlədən azərbaycanlılarda vətən əxlaqının, vətənpərvərlik hissinin indiki kimi

güclü olduğunu sübut edən mənbələrdəndir.

Qədim şumerlər insanın mənəvi aləminin formalaşmasında, qəlbinin

təmizlənməsində, müdrikliyi dərk etməkdə tərbiyənin rolunu yüksək

qiymətləndirirdilər. İnsan həyatında tərbiyənin əhəmiyyətini yüksək

qiymətləndirərək uşağı kiçik yaşlarından düzgün tərbiyə etməyi tövsiyə edirdilər.

Tərbiyəsiz uşaqların ―Kitabələr evinə‖ (yəni məktəbə) göndərilməsi məsləhət

görülmürdü: ―Əgər axmağın ürəyi yoxdursa, hikmət əldə etmək üçün əlində

tutduğu kitabə onun nəyinə gərəkdir?‖. Bu fikirlər qədim Şumerdə uşaqların

―məktəbə‖ hazırlanmasında ―məktəbəqədər‖, ailə tərbiyəsinə böyük əhəmiyyət

verdiklərini güman etməyə əsas verir. Şumerlər əxlaq tərbiyəsinə xüsusi fikir

verirdilər. O dövrdə ləyaqətlə yaşamaq, camaat arasında yaxşı ad çıxarmaq ən

gözəl əxlaqi keyfiyyət sayılırdı.

Şumer dilində şifahi şəkildə yaranan , sonralar akkad dilində gil lövhələrə

köçürülən ―Bilqamıs‖ dastanı Şərqdə tərbiyə haqqında fikirlərin və tərbiyəvi

fəaliyyətin formalaşması ideyasının nə qədər qədim tarixə malik olduğunun bariz

nümunəsidir. On iki gil lövhə üzərində yazılmış bu qədim şərq dastanında insan,

onun taleyi, istək və arzusu, həyat eşqi və idealı, mübarizə və qəhramanlıq

salnaməsi, mənəvi dünyası, əxlaqı fikirləri mühüm yer tutur.

Zərdüşt dininin əsaslarını özündə əks etdirən ―Avesta‖ tarixi, dini, ədəbi

abidə kimi b.e.ə. XV-X əsrlərdə formalaşmışdır. ―Avesta‖ Azərbaycan ictimaipedaqoji

və fəlsəfi fikrinin, o cümlədən şəxsiyyətin formalaşması ideyasının ilk

mənbələrindən biridir. Bu dini-fəlsəfi-pedaqoji əsərdə təqribən e.ə. II-I minilliyin

yaradıcılıq məhsulları toplanmışdır‖(1, s. 53)

―Avesta‖da təlim-tərbiyəyə geniş yer verilir. Burada göstərilir ki, təhsil

almaq məqsədilə yanınıza gəlib sizə müraciət edən şəxsin kim olmasından asılı

olmayaraq, onu qəbul edin və istədiyini ona öyrədin.

162

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!