27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

tarixli 128 saylı Fərmanı ilə 2005-025-ci illəri əhatə edən "Neft və qaz gəlirlərinin

idarə olunması üzrə uzunmüddətli strategiya"sı təsdiq edilmişdir.

Bu strategiya Azərbaycanda karbohidrogen ehtiyatlarının geniş miqyaslı

istismarı ilə əlaqədar olaraq, bir tərəfdən, neft və qaz gəlirlərinin 2008-ci ildən

başlayaraq kəskin artması və digər tərəfdən, mövcud neft-qaz ehtiyatlarının

nisbətən qısa müddətdə tükənmə ehtimalı, böyük həcmdə xarici valyutanın daxil

olması şəraitində ölkədə bərqərar olan makroiqtisadi sabitliyin qorunması,

gəlirlərin bir hissəsinin gələcək nəsillər üçün saxlanması ilə yanaşı, onlardan

indiki nəslin rifahının yüksəldilməsi üçün istifadə edilməsi, qeyri-neft sektorunun

inkişafının stimullaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsini

nəzərdə tutur.[5]

Müasir şəraitdə uzunmüddətli dövr üçün milli iqtisadiyyatın artım tempi,

kapital yığımının tempi, işçi qüvvəsinin artımı ilə yanaşı, insan kapitalı və

texnoloji tərəqqinin səviyyəsi, institusional strukturların keyfiyyəti ilə müəyyən

olunur. Bütün bunları nəzərə alaraq Azərbaycanda neft və qaz gəlirlərinin istifadə

strategiyası makroiqtisadi sabitliyin qorunub saxlanılması əsasında aşağıdakı əsas

istiqamətləri əhatə edir:

- iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta

sahibkarlığın inkişafı;

- infrastruktur sahələrin genişmiqyaslı inkişafı:

- yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi və digər sosial

problemlərin həlli;

- iqtisadiyyatın intellektual və texnologiya bazasının səviyyəsinin

yüksəldilməsinin stimullaşdırılması;

- "insan kapitalı"nın inkişafı (yüksək ixtisaslı kadrların hazırlanması (o

cümlədən xarici ölkələrdə), kadrların professionallıq səviyyəsinin

artırılması);

- ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi;

- azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma

yurdlarına qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi.

Beynəlxalq təcrübə sübut edir ki, müasir qlobal iqtisadiyyatda ölkənin

sərvəti və çiçəklənməsi onun təbii resurslarından, istehsal güclərinin həcmindən

deyil, daha çox insan resurslarının intellektual potensialından, biliklərin səmərəli

şəkildə istifadəsindən və yeni texnologiyaların tətbiqinin keyfiyyətindən asılıdır.

Tam əminliklə demək olar ki, iqtisadi artımın təbiəti prinsipial surətdə

dəyişməkdədir. Bu gün dünyanın lider dövlətlərinin iqtisadi inkişafı biliklərin və

yeni texnologiyaların səmərəli istifadəsinə əsaslanır.[6, 112] Təsadüfi deyil ki,

Ulu öndər Heydər Əliyev 29 dekabr 2000-ci il tarixdə yeni əsr və üçüncü minillik

münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: ―Azərbaycan xalqının

həyatının son yüz ili neftlə bağlıdır. Həqiqətən də neft, eləcə də ölkəmizin digər

qiymətli sərvətləri xalqımızın həyatında əhəmiyyətli rol oynamışdır. Bunu inkar

444

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!