27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

Ekspozisiyanın giriş hissəsi məsələnin ən mühüm tərəfinə aydınlıq gətirir.

Amma bu, hələ bitkin informasiya deyildir. Dinləyicinin gözlədiyi tam və bitkin

informasiya üçün əsas hissə hazırlıq görür. Ekspozisiyanın əsas hissəsində bu

məsələ bir az da dərinləşir. Beləliklə, Xacə Yəqub məmləkətin bütün şairaşıqlarını

cəm etmək qərarına gəlir və Zərnigar qarşısında belə bir şərt qoyur ki,

hər kəs səni bağlasa, ona ərə gedəcəksən. Zərnigar öz dediyi kimi bununla tam

razılaşır. Sonra isə Zərnigar onunla yarışmağa - deyişməyə gələn otuz səkkiz aşığı

bağlayıb yola salır.

Əsas hissə, yəni Zərnigarın aşıqlarla deyişmə məsələsinə həsr olunan

məqamlar davam edir. Dastan mətnində həmin məqamlardan ən parlağı Miskinli

Aşıq Məhəmmədlə bağlıdır:

"Aşıq Məhəmməd Miskindən yola düşüb Zərnigar xanımla deyişməyə gəlirdi.

O, Qarabağda gecəni saldı. Burada yaşayan Aşıq Şahməhəmmədin evinə düşdü.

Yemək, içməkdən sonra Aşıq Şahməhəmməd ondan soruşdu:

-Aşıq, uğur ola?

Aşıq Məhəmməd dedi:

-Usta, uğurdu. Dəmirqapılı Dərbənddə Zərnigar adlı bir şair qız əmələ gəlib.

Gedirəm onunla deyişməyə.

Aşıq Məhəmməd dedi:

-Ədə, sənin qıznan, dulnan nə işin var? Başıva niyə durduğun yerdə qal

açırsan? Burada qal, bir yerdə toylara gedək, aşıqlıq eləyək.

Aşıq Məhəmməd dedi:

-O, şərt qoyub ki, kim məni bağlasa, ona ərə gedəcəyəm. Gərək gedib onu

bağlayam, özümə arvad eləyəm.

Şahməhəmməd dedi:

-Qorxuram umsux olasan" (1, s.358).

Ardıq Aşıq Məhəmmədlə Aşıq Şahməhəmmədin bu dialoqundan da bəlli olur

ki, Zərnigar otuz səkkiz aşığı bağlayıb yola salsa da, bu əhvalatın dalısı üzülmür.

Yəni Zərnigarın təklifini eşidən hər yerdən bundan sonra da Zərnigarla deyişmək

üçün gələnlər olacağı istisna deyil.

Başqa bir cəhəti qeyd edək ki, dastanın mətnində nəticə hissəsi məhz bu

əhvalatla bağlı şəkildə meydana çıxır. Beləliklə, Aşıq Məhəmmədlə Aşıq

Şahməhəmmədin söhbəti zamanı belə bir hadisə baş verir:

"Bunlar söhbət edib zarafatlaşmaqda olsun, sizə xəbər verim Aşıq

Şahməmmədin Valeh adlı nəvəsindən.

Söhbətin şirin yerində Valeh gəlib buraya çıxdı. Mətləbdən agah olan Valeh

dedi:

-Qız nədi ki, onu mən də bağlaram.

Aşıq Şahməmməd nəvəsinin üzünə bir şillə çəkib dedi:

-Sənin yemin deyil. Usta yanında yekəxana danışma. Valeh bir söz deməyib

durub getdi" (1, s.358).

337

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!