27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

s.558). Zühd Quranda həm də təbəttüldür (Əl-Müzəmmil, 73/8): «Rəbbinin adını

zikr et və (hər şeyi buraxıb) Ona tərəf yönəl» (Yenə orada, s.598). Burada «hər

şey» dünya naz-nemətləridir, dünya həvəsidir.

3. Səbr. Sözün lüğəti mənası dözmək, özünü tutmaq, sızlamamaq

kimi başa düşülür. Səbr nəfsə və nəfsin gətirdiyi arzulara qarşı bir mücadilədir.

Təsəvvüf də səbrlə susmaq bir-birinə yaxın anlamlı sözlər və terminlər kimi

işlədilir. Qurani-Kərimdə ( Zümer 39/10): «…Yalnız (dünyada Allah yolunda

çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir» (Yenə

orada, s.463) deyilir. Bu bütün sufilərin əməl etdiyi və sevə-sevə təkrarladığı

cümlədir. Bununla yanaşı, bir çox sufi nəzəriyyəçiləri Allahın ən böyük mükafatı

səbr edənlərə verəcəyi məsələsi üzərində xüsusi olaraq dayanmışlar. Onlara görə,

səbr edənlər dünya və axirət zövqünə çataraq xilas olur, çünki səbr Allahın 99

adından biridir.

4. Riyazət. Tərbiyə, itaət etmək mənalarına uyğun gələn riyazət

sufizmin başlıca anlayışlarından biridir. Riyazət təsəvvüfdə nəfsin, bədənin

istəklərinə uymayaraq və ya bu istəkləri minimuma endirərək, yalnız ibadətlə

məşğul olmaq deməkdir. Az yemək, az danışmaq, az yatmaq, oruc tutmaq, çilə

çıxatrmaq riyazətin əsas prinsiplərindəndir. Bu mövzu Xoca Əhməd Yəsəvidə çox

dolğun şəkildə işlənmişdir. Quranda bu məsələ ilə bağldı çox sayda ayələr vardır.

Mücahidə isə döyüşməkdir (öz nəfsi, öz içi ilə). Hər ikisinin məqsədi nəfsi

cilovlamaqdır. Sufi nəfsini boğmaqla Allahın sevgisini qazanır, pis xasiyyətlərdər

birdəfəlik qurtulur. «Əli-İmran» surəsinin 134-cü ayəsində belə buyrulmuşdur: «O

müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini

udar, insanların günahlarını keçərlər. Allah yaxşılıq edənləri sevər» (Yenə orada,

s.57). «Əş-Şəms» (8-9 ayət) qeyd edilir ki, «nəfsini (günahlardan) təmizləyən

nicat tapacaqdır» (Yenə orada, s.663).

5. Təfəkkür. Düşünmək, hər hansı bir problemi həll etmək üçün beyni

çalışdırmaq anlamlarına uyğun gəlir və təsəvvüf təliminin əsas anlayışlarından

biridir. Sufi bilavasitə özünəməxsus problemləri ağılla həll edir. Bu, sufinin zikrlə

bərabər fikirlə də Allaha yaxın olamağa çalışmasıdır. Həm də gizli zikr təfəkkürün

bir başqa formasıdır. Quranda təfəkkürlə əlaqədar ayələr çoxdur (məsələn, «Əl-

Ənam»: 50; «Araf»: 176, 184; «Rum»: 8, 21 və s.). «Rum» surəsi, 8-ci ayə:

«Məgər onlar öz özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq

haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi?

Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib, haqqhesab

üçün Allahın hüzurunda duracağını) inkar edir» (Yenə orada, s.397).

Düşünməyən insan həqiqəti görməz. Sufilər də məhz bu surə və ayələrə dayanaraq

təsəvvüfdə xüsusi olaraq təfəkkür təlimini işləmişlər.

6. Allah qorxusu, göz yaşı. Hər bir sufinin qəlbi Ahhal qorxusu, Allah

sevgisi ilə dolu olmalıdır. Bundan başqa, özü ilə həqiqət arasında olan pərdələri

qaldıran sufii əldə etdiyi rahatlığa görə göz yaşı tökməlidir. Qurani-Kərimdə (Əli-

530

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!