27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

ayında Almaniyaya səfəri zamanı Bondakı soydaşlarımızla görüşdə dediyi sözlər

hələ də öz aktuallığı ilə qarşıda durur: ―...mən demirəm ki, azərbaycanlıların

hamısı bir yerə yığışsın, bu heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri,

gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki,

respublikamız da öz müstəqilliyini bundan sonra da möhkəmləndirər, inkişaf

yolunu məharətlə keçə bilər...Mən Azərbaycan Prezidenti kimi, xalqımızın mənə

göstərdiyi etimada güvənərək respublikamıza rəhbərlik edən şəxs kimi deyirəm:

Azərbaycanın özündə də bu günümüzün, gələcəyimizin zəmanəti, rəhni birlikdir

və bütün dünyada da soydaşlarımızın bir olması vacibdir‖[1, səh 5-6].

Soydaşlarımızla hər görüşündə mövcud problemlərə, diaspor quruculuğu

sahəsində yol verilən boşluqlara toxunan milli lider Heydər Əliyev həmin

problemlərdən çıxış yollarını göstərir, dünyanın hansı ölkəsində yaşamasından

asılı olmayaraq, hər bir azərbaycanlını Vətənin inkişafı və formalaşması işində

yaxından iştirak etməyə çağırırdı: ―Mən, İsveçrə, Belçika, Fransa, Böyük

Britaniya, Norveç və digər ölkələri özlərinə yeni vətən seçən azərbaycanlılarla

görüşmüşəm. Onlar öz vətənləri, dili, milli mədəniyyəti üçün darıxırlar. Məhz bu

etnik və dini bağlılıq onları bir – birinə bağlayır, daha da yaxınlaşdırır. Təəssüf ki,

azərbaycanlıların əksəriyyəti siyasi aktivlik göstərmirlər. Bilirəm ki, Almaniyada

200-dən çox azərbaycanlı yaşayır. Türkiyəli qardaşlarımızın sayı isə iki milyona

çatır. Məlumdur ki, hər iki ölkənin diaspor nümayəndələri arasında sıx əməkdaşlıq

edir. Odur ki, bu əməkdaşlıqdan səmərəli istifadə olunmalıdır‖[6, s.356].

1998-ci ilin iyul ayının sonlarında Böyük Britaniyada rəsmi səfərdə olarkən

isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu ölkədə yaradılan

cəmiyyət və birliklərimizin gələcək fəaliyyət prinsipləri barədə fikirlərini

bildirmişdir: ―Siz burada, Böyük Britaniyada yaşayan azərbaycanlıların

nümayəndələrisiniz. Azərbaycanlılar dünyanın çox ölkələrində yaşayırlar. Mən

1993-cü ildən Azərbaycan Respublikasının Prezidentiyəm və daim qeyd edirəm

ki, müxtəlif ölkələrdə azərbaycanlıların problemlərindən biri də ondan ibarətdir ki,

soydaşlarımız bir-birilə yaxın əlaqə qurub, ümumi Azərbaycan üçün təəssübkeşlik

naminə yaxşı birləşə bilmirlər‖[3, s.66].

Milli lideri diasporçuluq işində narahat edən əsas məsələlərdən biri də

Fransada yaşayan təxminən 200 minə yaxın azərbaycanlının nisbətən zəif təsir

bağışlaması, ideoloji savaşda istənilən kimi əzmkarlıq və mübarizlik nümayiş

etdirməməsi idi. Odur ki, Fransada hökumət nümayəndələri ilə görüşündə

H.Əliyev iki ölkə arasında iqtisadiyyat, mədəniyyət, elm, təhsil və digər sahələrdə

uzunmüddətli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparmaqla

yanaşı, Azərbaycan torpağında gedən müharibə ilə əlaqədar məsələlərə, bu ölkədə

milli ideoloji işin düzgün qurulmasına, Fransada yaşayan soydaşlarımızın həyat

tərzinə geniş yer verirdi[4, s.50].

Məhz bunun da məntiqi davamı kimi, 13-15 yanvar 1997-ci ildə baş tutan

növbəti səfər çərçivəsində ümummilli lider Fransada yaşayan azərbaycanlılarla

147

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!