27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

verdiyi məlumata görə, xüsusi şirkətlərə Elektrik Anbarlarının inşası təklif edilsə

də, elektrik istehsalı sahəsinə sərmayə qoymaq istəyənin olmadığı bildirildi.

Hökumətin amacı bu addımları ataraq kiçik həcmli elektrik anbarlarının inşasına

diqqəti cəlb etmək.

Aİ ən son aldığı qərarlara görə 2010-cu ildə Aİ ölkələri yenilənə bilər

enerjini ən az 12% səviyyəsinə çıxarmağı hədəfləmişdi. Aİ bu hədəfi namizəd

ölkələrin də tutdurmasını istəyir. [22; s.7]

Nəticə

Dünyanın enerji ehtiyacı yaxın bir dövrdə doyum nöqtəsinə çatmayacaq və

yalnız bəlli ölkələrin imkanlarıyla doyması mümkün deyil. Bu vaxt xaricə asılılıq

ətraf ölkələrin sabitliksiz tutumları səbəbiylə çox müxtəlif təhlükələr ifadə

etməkdədir. Azərbaycanın bu vəziyyəti aşmaq üçün bir tərəfdən içəridə enerji

qaynaqlarını növlərə ayırd edilməsi, digər tərəfdən yeni qaynaqlara yönəlməsi

lazımdır. Azərbaycan enerji sahəsində potensialının ciddi bir qismini istifadə edə

bilməməkdədir. Bunun da ən əhəmiyyətli səbəbi alternativ enerji qaynaqlarının

lazımlı şəkildə dəyərləndirilməməsidir.

İran və Rusiya rəqabətini diqqətə alaraq dünyanın bir çox ölkələrinə və

bölgələrə açılmaq və buna əlavə olaraq, ən əsasi, şərq-Qərb koridorunda istehsalçı

və tranzit ölkəsi olmaq Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Azərbaycan

Sənaye və Enerji Nazirinin Köməkçisi Gülməmməd Cavadov Bakıda keçirilən V

Xəzər neft - təbii qaz, ticarət və nəqliyyat konfransındakı çıxışında bildirmişdir ki,

―Azərbaycan milli iqtisadiyyatın inkişafı üçün siyasət icra etsə də, hələ də uzun

zaman neft-təbii qaz sahəsiylə əlaqədar sərmayə proyektləri ölkə iqtisadiyyatı

üçün qabaqcıl mövzu olaraq qalacaq‖.[25] G.Cavadova görə, sonrakı illərdə

Azərbaycandan neftin tranzit daşınmasının artmasıyla əlaqədar olaraq

Azərbaycanda yeni neft boru xətlərinin tikilməsini planlaşdırılır. Onun sözlərinə

görə, ―2015-ci ildə Xəzər bölgəsində neft çıxarma illik 100-115 milyon tona

çatacaq. Bu da daşımada böyük problem meydana gətirəcək. Buna görə də 2025ci

ilə qədər bölgədə yeni neft boru xətlərinin və daşıma yollarının yaradılması

planlanır. Bunlarla birlikdə, Azərbaycandan tranzit neft daşıma həcminin ildə 25-

60 milyon tona qədər çatması planlanır. Mövzuyla əlaqədar Bakıdan Qara dənizə

qədər yeni neft boru xətti çəkilməsi istisna deyil". [25]

XXI əsrdə ekoloji təhlükəsizlik bir çox ölkə üçün prioritet təşkil edir.

Araşdırmacı Elayn Klaussene görə "ekoloji problemlər ümumiyyətlə

müharibələrin tək səbəbi olmaz, ancaq digər gərginlik ünsürləriylə birləşdiyində

önəmli bir faktor olur. Təbii qaynaqlarda meydana gələn qıtlıqlar güruhları

635

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!