27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

improvement of the Azerbaijani Turkish language, consider this question at the

congresses of the Muslim teachers, as well as the preparation and publication of

educational programs and benefits Azerbaijani Turkish language.

VəliĢov Nazim Tapdıqoğlu

Bakı Slavyan Universitetinin

QARABAĞ OYKONĠMLƏRĠNĠN YARANMASI YOLLARININ

BƏZĠ MƏSƏLƏLƏRĠNƏ DAĠR

Toponimlərin maraqlı hissəsini təşkil edən oykonimlər yaranma

yollarına görə funksional-struktur və semantik baxımdan dil qanunlarına

əsaslanır. Toponimlərin ən geniş yayılmış yollarından biri olan oykonimlər

yalnız coğrafi nomenlərin köməyi ilə yaradılır. Ümumiyyətlə,

ümumazərbaycan toponimlər sistemində işlənmə tezliyindən asılı olaraq

oykonimlər funksional-struktur baxımından makrooykonimlər və

mikrooykonimlər (tam, ilkin formalı oykonimlər) kimi qruplaşdırılır.

Azərbaycan toponimləri inzibati bölgələr, regionlar üzrə öyrənilməkdədir.

Belə bölgələrdən biri də Qarabağ regionudur. Qarabağ onomastikasının elmi

şəkildə daha dərindən öyrənilməsi xüsusilə son illərdə məlum hadisələrlə

əlaqədar daha böyük maraq kəsb edir.

Hər hansı bir regionun qədim və müasir toponimlərinin toplusu həmin

regionun toponimik fondu sayılır. Təəssüf ki, Azərbaycanda elmin tələb etdiyi

formada yaradılmış belə fond hələ də yoxdur. Qarabağ – Azərbaycanın Kiçik

Qafqaz dağlarının cənub-şərq ətəklərindən başlayaraq Kür və Araz çayları

arasındakı ərazisini əhatə edən tarixi bir vilayətdir. Qarabağ adı tarixdə VII

əsrdən [1, s.15], bir əyalət kimi XIII əsrdən [2, s.122], bir xanlıq kimi isə

XVIII əsrdən [3, s.21] məlumdur. Qarabağın ərazisindəki yaşayış məntəqələri

əsasən etnonimlərdən, antroponimlərdən, oronim və adonimlərdən,

hidronimlərdən, fitonim və zoonimlərdən, memorial (xatirə) xarakterli

oykonimlərdən törənmişdir.

Bütövlükdə Azərbaycan oykonimiyasında olduğu kimi Qarabağ

oykonimiyasında da etnonimlərin müxtəlif struktur tiplərinin oykonimləşməsi

prosesi geniş yayılmışdır: Abdal, Abdalanlı, Abdınlı, Abdullauşağı, Ağabəyli,

Ağakişilər, Axullu, Alıbəyli, Alıkeyxalı, Alırzalar, Allahqulular, Alolar

Arabaçılar, Arayatlı, Arduşlu, Aşıqlı, Aşıqalılar, Babaşlar, Babaylı,

Bağbanlar, Bağırlı, Baharlı, Balılar, Bayandurlu, Bayramlı, Bəybabalar,

Bəxtiyarlı, Bozlu, Bozpapaqlar, Boyat, Boyəhmədli, Borsunlu, Boşçalı,

Bünyadlı, Cavadlar, Cavahirli, Canhəsən, Cahangirbəyli, Cəyirli, Cəlilli,

Cəmillər, Cəmilli, Cəfərbəyli, Cicimli, Cimcimli, Cinli-Boluslu, Cuvarlı,

647

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!