27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

kimi verilirdisə, indi ingilis dilində onun Kiyiv variantında verilməsinə tez-tez rast

gəlinir. Başqa bir nümunə: Azərbaycanın paytaxtı Bakı şəhərinin adı ingilis

dilində Baku şəklində tərcümə olunmuşdu. Aydındır ki, bu ad rus dili vasitəsilə

verilmişdi. Amma son dövrlərdə ingilis dilində Bakı şəhərinin adının ―Bakı‖

variantına rast gəlmək olar.

Xüsusi adların verilməsində transpozisiya üsulundan tarixi adların, Bibliya

ilə bağlı adların, eləcə də monarxların adlarının tərcüməsində istifadə olunur. Belə

adların verilməsinin mahiyyəti ondan ibarətdir ki, onlar vaxtilə yazılış və

oxunuşlarından fərqli şəkildə rus dilinə köçürülmüş, sonra da həmin şəkildə

Azərbaycan dilinə keçmişdir. Məsələn, Charles – Karl, George – Georq, William

– Vilhelm, James – Yakov kimi verilmişdir. Q.Bayramov bu barədə yazır:

―Əslində onlar adi insanlar üçün Çarlz, Corc, Vilyam, Ceyms-dir. Müəyyən

tərcüməçilər bunun yanlış olduğunu iddia edərək həmin adlara düzəliş vermək

istəyirlər, ancaq sağlam düşüncə bunun əksinədir, çünki tarixdə bu adla tanınmış

adamların adına düzəliş verməklə, tarixin özündə bir yanlışlıq yaradılmış olur.

Bunu bizim Bakı toponimi haqqında da demək olar. Bu ad qərb dünyasına rus dili

vasitəsilə Baku kimi təqdim olunmuşdur, bunun indi Bakı kimi təqdim

olunmasına lüzum varmı?‖ [2, s. 20.].

Şübhəsiz, bu məsələyə mövqe bildirmək lazımdır. Fikrimizcə, xeyli

vaxtdan bəri formalaşmış, oturuşmuş tərcümə praktikasına hörmət etmək lazımdır,

o qaydalara riayət etmək və onları qorumaq lazımdır. Uzun müddət oturuşmuş

qaydalara baxmayaraq, yenisini tətbiq etmək qarışıqlığa, xaosa səbəb olar. Bilirik

ki, Bibliyada adları çəkilən bir sıra adlar müxtəlif dillərdə müxtəlif şəkildə verilir.

Məsələn, Mary – Maria – Məryəm, Jesus –İisus – İsa, Abraham – Avraam –

İbrahim, Moses – Moisey – Musa, Yozef – Djozef – Yusif, Jacob – Yakob –

Yaqub və s. Hətta müxtəlif dillərdə eyni məna daşıyan adlar var: Allahverdi –

Theodore – Boqdan – Fedor və s. İngilis dilindən bu cür adları tərcümə edərkən

Bibliyadakı adları adi adamların adları ilə eyniləşdirmək olmaz.

Kalka. Tərcümə dilində bilavasitə uyğunluğu olmayan dil vahidləri üçün

bəzən kalkadan istifadə edilir. Kalka söz və ya ifadələrin tərkib hissələrinin

tərcümə edilən dilin uyğun elementləri ilə çevirilməsi zamanı söz və ya söz

birləşmələrinin səs tərkibinin deyil, kombinator tərkibinin yenidən əks etdirilməsidir.

Mədəniyyətlər arasında kommunikasiya prosesində transliterasiyanın

estetik, semantik və ya digər səbəblər üzündən qəbul edilə bilmədiyi hallarda

kalkaetmə müxtəlif növ alınmalar üçün bir tərcümə üsulu, vasitəsi kimi çıxış edir.

Kalka üçün elmi ədəbiyyatda verilən izahatlar maraq doğurur. Azərbaycan

dilinin izahlı dilçilik lüğətində ―kalka‖ sözü üçün verilən izahat daha genişdir.

Burada yazılır: ―Kalka – Başqa dilə məxsus söz və ya ifadələrin hissələrini bir-bir

hərfi tərcümə etmək yolu ilə düzəldilən nitq vahidləri‖ [1, s. 136]. Lüğətdə xüsusi

adın kalka edilməsi ilə yaranan ad ―Kalka ad‖ adlandırılır və belə izah edilir:

―Kalka ad – Bütövlükdə və ya bir hissəsi hərfi tərcümə olunmuş hər hansı alınma

370

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!