27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

Uşaq nəsrinin mükəmməl bədii nümunəsi olan‖ Bir gəncin manifesti‖

əsərində gəncliyə nümunə ola biləcək obrazlardan biri də Mərdan surətidir.

Vaxtilə tənqidin ―ədəbiyyatımızın parlaq uğuru‖.

[ 8, s.493] adlandırdığı Mərdan obrazı yüksək mənəviyyatı, mütərəqqi amalları

ilə uşaq və gənclərin formalaşmasında, mənəvi cəhətdən yetkinləşməsində böyük

əhəmiyyət kəsb edir. Yazıçı Mərdanın və onun ailəsinin timsalında zülm və

işgəncələr altında yaşayan, lakin bu vəziyyətlə barışmayan insanların ümid və

həsrətlərini, işıqlı arzularını qələmə almışdır. Uşaq və gənclərin əsl insan kimi

tərbiyə edilməsi işində bu obraz böyük emosional təsir gücünə malikdir.

Uşaq ədəbiyyatının əsas mənbələrindən biri olan klassik ədəbiyyatdan yeni

ideyalar aşılamaq üçün geniş istifadə etmək çox zəruri məsələdir. Klassik irsdən

istifadə etməklə yaranan əsərlər uşaqları klassiklərimizin yaradıcılığı, onların

şəxsiyyətləri, dövrü, mütərəqqi ideyaları ilə tanış etməklə bərabər, onları

klassiklərin öz əsərlərini oxumağa da həvəsləndirir, onların yaradıcılıqlarına

maraq oyadır, uşaqların mütaliə həvəsini artırır.

Klassik ədəbiyyatdan istifadə etmək müasir təlim-tərbiyə işinin əsas

tələblərindən biridir. Bu tələbi nəzərə alan böyük pedaqoq Mir Cəlal Nizami

mövzuları əsasında uşaqlar üçün ―Fitnə‖, ―Kərpickəsən‖, ―Xeyir və Şər‖

hekayələrinin uşaqların mənəvi cəhətdən formalaşmasında, onlarda müsbət

sifətlərin tərbiyə olunmasında əhəmiyyətli rolu vardır.

Mir Cəlal ―Xəmsə‖ mövzularını uşaqların başa düşəcəkləri səviyyədə

sadələşdirmiş və onları müasirlik əhval-ruhiyyəsi ilə uyğunlaşdırmışdır. Bu

hekayələrdə süjet sadəliyinə, məzmun aydınlığına, dil və təsvir üsulunun

gözəlliyinə, tərbiyəvi nəticələrin hadisələrlə bağlılığına xüsusi fikir verilmişdir.

Mir Cəlalın zəngin bədii yaradıcılığında mühüm yer tutan hekayəçilik

fəaliyyətindən bəhs edən böyük tədqiqatçı alim Məmməd Arif yazırdı: ‖Mir Cəlal

mahir bir hekayə ustasıdır;onun hekayələri əksəriyyətlə yığcam və ibrətlidir.

Yazıçı hər bir hekayəsində müəyyən ibrətli bir hadisədən bəhs edir və tərbiyəvi

nəticə çıxarmağı oxucunun öz öhdəsinə buraxır‖.[1, s.493]

Mir Cəlalın ―Aqil‖, ―Qorxu‖, ―Oğul‖, ―İki rəssam‖, ―Buz maşını‖,

―Gülbəsləyən qız‖, ―Yuxu və külək‖, ―Gülgəz‖, ―Kimya tələsir‖, ―Qələm‖, ―Yuxu

və külək‖, ―Qocaların uşaq söhbəti‖ və başqa hekayələri yığcamlığı, mövzunun

aydınlığı və sadəliyi, hadisələrin duzlu, bir qədər də yumoristik təsviri, fikrin

bədii ifadə tərzinə görə diqqəti cəlb edir. Ədib gənc oxucularını həyata

hazırlamaq, onların təsəvvürlərini, xəyallarını, təxəyyüllərini genişləndirmək,

gələcəyin mətin, qorxmaz, vətənpərvər, nəcib, kamil insanları kimi

tərbiyələndirmək istəyir. Onun uşaq və gənclər üçün qələmə aldığı hekayələrin

əhəmiyyəti, faydası, gücü və mənası məhz bundadır.

Gənc nəsli sağlam ruhda, qabaqcıl ənənələr əsasında tərbiyə etmək, onları

cəmiyyətin gələcək fəal qurucuları kimi yetişdirmək işində məktəbin və

621

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!