27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

Gəncənin sayılıb – seçilən, mötəbər müəllimlərindən olmuş Mirzə

Məhəmməd Axundov maarif sahəsindəki fəaliyyətinə Gəncə sənət məktəbində və

―Məktəbi – ruhaniyyə‖də başlamış, sonradan həyatının böyük hissəsini

müəllimliyə həsr edərək bu yolda yorulmadan çalışmışdır.

Yeri gəlmişkən qeyd edək ki, Mirzə Məhəmməd Axundov ―İrşad‖

qəzetinin 143 – cü sayında ―Məktəbi- ruhaniyyə‖də illik imtahanların yekunu

barədə dərc etdirdiyi məqaləsində mövcud dərs üsuluna qarşı çıxdığından bu,

böyük əks – səda doğurmuşdu. Hətta, məsləkdaşı Əli Nəzmi də ―Molla

Nəsrəddin‖ jurnalının 1906 – cı ildə nəşr olunmuş 14 – cü sayında yer alan

―Gəncə‖ başlıqlı yazısında fikrini özünəməxsus şəkildə açıqlamış, məsələyə

münasibətini jurnalın ümumi ruhuna uyğun satirik formada ifadə etmişdi:

―İrşad‖ın 143 – cü nömrəsində Hatif imzalı bir məqalə var idi. Gəncə məktəbi –

ruhanisinin illik imtahanı barəsində söyləyirdi. Məqalənin məzmunu oxuyanlara

məlumdur. Dübarə təkrar etməyəcəyəm. Hər nə isə, məqalə məktəbin

müəllimlərinə xoş gəlmədi. Ona cəvabi – rədd yazmaq istədilər, amma

bacarmadılar... Nə qayırsınlar, kişiləri qınamaq olmaz, adam bacarmayanda

bacarmaz, güc ki deyil. Hər kimə üz tutdularsa da kimsə cavab yazmağa razı

olmadı. İndi müəllimlər qərar qoyublar ki, hər kəs o məqaləyə bir cavab yazsa,

ona hər birisi bir abbası versin.

İndi gəlsənə əvvəl allahın rizasını və ikinci millətin nəfini mülahizə edib,

o məqaləyə bir cavab yazasan. Canım nə üçün yazmayasan? Kişilər bir abbası pul

verirlər və bundan əlavə genə məktəbi – ruhaninin müəllimlərini müşküldə

qoymaq olmaz. İşdi özün yazmasan, laməhalə orasını göstər görək ki, məqaləyə

cavabı necə yazmaq olar. Qərəz, allah xatiri üçün biçarələri müşküldən qurtar‖

[4].

Təqdirəlayiq haldır ki, Gəncə gimnaziyasının müəllimi Mirzə Məhəmməd

Axundov hələ 21 yaşında ikən 72 səhifədən ibarət ―Sərfi – türki‖ adlı dərslik

yazmış və onu 1896 – cı ildə Tiflisdə çap etdirmişdi.

Mirzə Məhəmməd Axundov, eyni zamanda Gəncədə ―Cəmiyyəti –

xeyriyyə‖, ―Nəşri - maarif‖ və ―Dram‖ cəmiyyətlərinin fəal üzvü, o cümlədən

―Difai‖ təşkilatının yaradıcılarından biri olmuşdur. Təsadüfi deyil ki, buna görə o,

1908 – ci ildə ardıcıl surətdə təzyiqlərə məruz qalmış, elə ―Difai‖ təşkilatına

məxsusluğu üzündən də həbs olunaraq Zakaspi vilayətinə sürgün edilmişdi.

Bu mənada onun sürgün həyatının dəhşətlərini əks etdirən Tehrandan Əli

Nəzmiyə yazdığı ―Nələr çəkdim bu qürbətdə, əzizim!‖ adlı mənzum məktubunda

qürbət sıxıntılarını, vətən həsrətini yaşayan şair, qəlbini sızladan duyğuları dilə

gətirirdi.

Yaxın dostu, mollanəsrəddinçi şair Əli Nəzmi ona (Mirzə Məhəmməd

Axundova – S. N.) cavab olaraq yazılmış ―Əşari – məhzunanə‖ adlı şeirində

mənsub olduğu xalqın, millətin ağrılarından hərarətlə söz açmış, bu xüsusda

hədsiz narahatlığını oxucularla bölüşmüşdü:

279

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!