27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

9. 87 milyon 600 min manat həcmində vəsait Azəri-Çıraq-Günəşli

yataqlarının işlənməsi üzrə layihədə Azərbaycan Respublikası Dövlət Neft

Şirkətinin iştirak payının tənzimlənməsinə yönəldilmişdir.

Azərbaycanın milli iqtisadiyyatı dünya iqtisadiyyatında təkcə neft sahəsi

ilə təmsil olunmamaq üçün bir çox perspektivli sahələrə malikdir. Azərbaycan

Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Müşahidə Şurasının 08 may

2009-cu il tarixli iclasının qərarı ilə (Protokol №7) ―Azərbaycan Respublikası

iqtisadiyyatının sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətlər‖ təsdiq

edilmişdir. Bu sənədə əsasən milli iqtisadiyyatın prioritet sahələri aşağıdakılar

hesab edilir:[8]

1. İnformasiya texnologiyalarının inkişafı;

2. Turizm sektoru;

3. Kənd təsərrüfatı;

4. İnnovasiya yönümlü sahibkarlıq fəaliyyəti;

5. Yeyinti sənayesi;

6. Yüngül sənaye

7. Kimya sənayesi;

8. Maşınqayırma sənayesi;

9. Yerli xammala əsaslanan tikinti materialları istehsalı;

10. Əhalinin ənənəvi və tarixi əmək vərdişlərinə əsaslanan iqtisadiyyat

sahələri;

11. Ağac emalı və mebel istehsalı;

12. Xidmət sahələri.

Qeyd edək ki, ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək

üçün mühüm alətlərdən biri olan investisiya siyasətinə ―Azərbaycan Respublikası

regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı‖nda da

geniş yer verilir. Dövlət Proqramında bu sahədə əsas vəzifənin - iqtisadiyyatın

bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi və daha

əlverişli investisiya mühitinin təmin edilməsi məqsədilə bütün investorlar üçün

azad rəqabət mühitinin yaradılmasından və bu sahədə mövcud normativ-hüquqi

bazanın təkmilləşdirilməsindən ibarət olacağı bildirilir. Belə bir cəhət diqqəti

xüsusi olaraq cəlb edir ki, Dövlət Proqramı çərçivəsində müasir istehsal

avadanlıqlarının idxalının təşviqinə diqqətin artırılacağı nəzərdə tutulur.

Dünyada mövcud olan qlobal problemlərin həllində mühüm vasitələrdən biri

olan turizm hazırda sürətlə inkişaf edən biznes sahəsidir. Bir çox sahələrdən fərqli

olaraq, turizm sənayesi daha qısa müddət ərzində səmərə verə bilir. Əgər neftin

çıxarılması və satılması yalnız müqavilələr baglandıqdan 5-6 il sonra iqtisadi

səmərə verirsə, turizmə qoyulan vəsait bir ildən sonra gəlir verməyə başlayır və

digər sahələrə nisbətən 10-12% çox iş yerlərinin açılmasına şərait yaradır.[9, 80]

Bu gün əsas məsələ Azərbaycanın milli və azad iqtisadiyyatının ölkənin

xüsusiyyətləri, dünyanın inkişaf meylləri nəzərə alınmaqla qurulmasındadır. Milli

446

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!