27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

4. Zbiqnev Bjezinski, "Seçim: qlobal hakimiyyət, yaxud qlobal liderlik"

1988,N-Y

5. Zbiqnev Bjezinski, The grand chessboard: American primacy and its

geostrategic imperatives — New York : Basic books, October 1997

6. Bekir Günay ―Sorunlu türk bölgeleri‖ İstanbul., 2005.

7. www.dni.gov.uk

Sadıxov Vaqif Yasin oğlu

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu

QAFQAZ ĠSLAM ORDUSUNUN YARADILMASI: MƏSƏLƏNĠN DAXĠLĠ

VƏ BEYNƏLXALQ MOTĠVLƏRĠ

XX yüzilliyin əvvəllərinədək bəşər tarixində baş vermiş savaşlardan ən

dəhşətlisi və miqyaslısı olan I dünya müharibəsi ərəfəsində cəmiyyətin ideolojimənəvi

durumu kifayət qədər birmənalı deyildi. Hakim, elitar hakim dairələrdə və

geniş xalq kütlələri arasında hökmran olan əhval-ruhiyyə arasında xeyli fərqlər

vardı.Cəmiyyətdə imperiyanin tənəzzülünün törətdiyi meyllər və gənctürkcü

liderlərinin ambissiyalı mövqeyi arasında dissonans açıq hiss olunurdu.Məlumdur

ki, türk dünyasının birliyi mövzusunda bir sıra köklü ideyaların işlənib

hazırlanması və onların təbliği İsmayıl bəy Qasparlıya ( 1851-1914 ) qismət

olmuşdu. Onun tərəfindən 1880-ci ildə ortaya atılan turk qövmləri arasında

«dildə,fikirdə və işdə birlik» Rusiyadakı türklər arasında sürətlə yayılmışdır. Rus

əsarəti altında yaşayan türklər arasında türkcülüyün bu dərəcədə mənimsənilib

sürətlə yayılması həmdə «panslavizim»ə qarşı olan əks reaksiyanın da bir nəticəsi

kimi qəbul edilə bilər [1; s.496].

Türkcülük prinsipləri «İttihad Tərəqqi» cəmiyyəti tərəfindəndə

mənimsənilmiş, bu fikirlər və prinsiplər tədricən Osmanlı hökümətinin rəsmi

ideyası halına çevrilmişdir.Ənvər paşa ,Tələt paşa və Xəlil bəy kimi «İttihad

Tərəqqi» partiyasının öndə gələn simalarının türkcülüyü mənimsəmələri və Ənvər

paşanın qısa müddət ərzində « Turancılığı» xarici siyasətdə tətbiq etməyə

çalışmasıyla bu meyl daha da güclənmişdir. Çar Rusiyasının dağılmağa başlaması

kimi Türk dünyüsını maraqlandıran böyük hadisələr Ənvər paşa ilə birlikdə digər

dövlət xadimlərini də bu yola sövq etmişdi.

Osmanlı dövləti I dünya müharibəsinə qoşulan kimi Ənvər paşa bu ideyanı

reallaşdırmaq üçün calışmalara başladı. Sarıqamış məğlubiyyətinə baxmayaraq ,

o, türk torpaqlarının azad etmək fikirindən heç vaxt yayınmamışdı. Ənvər paşa bu

məqsədlə Qafqazda istər türklərin, istərsə də digər millətlərin Rusiya əlehinə

girişəcəkləri hər hansı bir hərəkatın yanında yer almaq istəmişdi.

521

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!