27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

övladının birincisi olan şeyx Məhyəddin hələ atası həyatda olarkən vəfat etmişdir

[7, s.36]. Qul Himmətin məhz, həmin Məhyəddinin törəmələrindən olması daha

çox ehtimal olunur.

Səfəvi soyundan olan bir çox şeyxlərin ayrı-ayrı vaxtlarda müxtəlif ərazilərə

köçməsi və məskunlaşdığı ərazilərdə ―Səfəviyyə‖ təriqətini təbliğ etməsi ilə bağlı

qeydlərə mənbələrdə təsadüf edilir. Belə ki, Şeyx Səfiəddin kiçik qardaşı Şeyx

Mikayılı Şirvana göndərmiş və ona həmin yerin əhalisini irşad etməyi

tapşırmışdır. Mikayıl da təriqətçilik fəaliyyətinə görə ―Pir pirani-Şirvan‖ adı ilə

məşhurlaşmışdır [8, s.33]. Şəfəvi şeyxlərindən olan Şeyxşah İbrahimin (v.1447)

övladlarından olan Əbu Yəhya Məhəmməd Hələbə getmiş, orada dəmirçiliklə

məşğul olmuşdur. Ulduz şəkilində mismarlar düzəltdiyi və bu cür mismarlara

kəvakib deyildiyi üçün Kəvakibi ləqəbi ilə tanınan bu şəxsin fəaliyyəti nəticəsində

―Səfəviyyə‖ təriqəti özünə xeyli tərəfdar toplamışdır [3, s.235].

Səfəvi nəslindən olan şeyxlərin Şərqi Anadoluya köçməsinə və orada şiəbatini

inanclı türkmənlər arasında təriqətçilik fəaliyyəti göstərməsinə daha çox

təsadüf edilir. Bunun köklü səbəbləri var. Hələ, Şeyx Səfiəddinin (v.1334) təriqətə

rəhbərlik etdiyi vaxtlarda şərqi Anadoludan kütləvi şəkildə insanların Ərdəbilə

gələrək ―Səfəviyyə‖ təriqətinə mürid olmaları qaynaqlarda əks olunmuşdur. Onun

oğlu Şeyx Sədrəddinin (v.1393) vaxtında həmin ərazilərdən Ərdəbilə gələn

müridlərin sayı isə daha da çoxalmışdır. Şəfəvi şeyxlərinin şiə-batini türkmənlər

arasında xüsusi rəğbət oyatması təsadüfi olmamışdır. ―Səfvatüs-səfa‖ müəllifinin

qeydlərinə görə, Şeyx Sədrəddin 1308-ci ildə Həcc ziyarətinə getmiş, ziyarət

əsnasında Mədinə hakimi Şəlahəddin Əhməd bin Hüseynə VI babası Firuzşah

Zərrinkülahın soy ardıcıllığını VIII imam Museyi Kazıma qədər çatdığını təsdiq

etdirmişdir [3, s.233]. Bundan sonra səfəvilər özlərini Hz. Əli soyundan saymış və

tərəfdarları da qəti olaraq bu fikri qəbul etmişdir. Hz. Əli və Əhli-beytə çox bağlı

olan türkmənlər də seyid kimi tanınan səfəvi şeyxlərinə xüsusi ehtiram

göstərmişlər. Ona görə də Ərdəbildə mövqe tuta bilməyən və yaxud da etibardan

düşmüş Şeyx Səfiəddin nəslindən bir çox şeyxlərin Anadoluya üz tutaraq

peyğəmbər soyundan olan seyidlər kimi ələvi türkmənlər arasında dədəlik

vəzifəsini icra etmişlər.Qul Himmətin də babalarının bu məqsədlə Anadoluya

getməsi güman edilir.

Qul Himmətin günümüzə qədər öz mövcudluğunu saxlamış bəzi şeirlərində

yaşadığı dövr, həmin dövrdəki şəxsiyyətlər və baş verən hadisələr haqqında

müəyyən məlumatlar əldə etmək mümkündür. Səfəvi və Osmanlı dövlətləri

arasındakı qızğın müharibələrə, Anadoluda Osmanlı hakimiyyətinə qarşı

qaldırılan çoxsaylı qızılbaş üsyanlarına şahid olan Qul Himmətin yaradıcılığında

səfəvi şahlarına xüsusi məhəbbət geniş şəkildə əks olunmuşdur. Elə şeirlərindən

çıxış edərək şairin çox gərgin bir dövr olan XVI əsrdə yaşadığını, Səfəvi şahları

Şah Təhmasib, Şah Məhəmməd Xudabəndə və Şah Abbasla müasir olduğu təxmin

edilir.

412

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!