27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

sənəddə Rusiyanın bütün orqan və təşkilatlarına Azərbaycanı iqtisadi və siyasi

blokadaya salmaq tövsiyyə edilirdi. Moskva Azərbaycan donanmasına aid

gəmilərin Həştərxan limanı vasitəsi Rusiyanın daxili sularına girməsinə,

Azərbaycanın nəqliyyat gəmilərinin Azov və Qara dənizə keçmək üçün Volqa-

Don kanalından istifadəsinə rəsmi qadağalarla icazə vermirdi. Bu blokada

Azərbaycana böyük maddi ziyanlar vurduğu kimi Rusiyaya da mənfi təsirini

göstərirdi. Belə ki, Rusiya iqtisadiyyatı blokada üzündən 1997-ci ilə qədər 2 mld

dollarlıq zərərə düşmüşdü [8].

Xəzərin hüquqi statusunun həll edilməmiş olması Rusiyaya Bakının imzaladığı

neft müqavilələrini şübhə altına almağa imkan yaradırdı. Xəzərin sektorlara

bölünməsini ABŞ mövqeyinin ifadəsi adlandıran Rusiya Xəzəryanı dövlətlərin bu

məsələni öz aralarında həll etmələrini tələb edirdi. Rusiya Xəzərin hüquqi statusu

təyin edilənə qədər xarici şirkətlərin burada iş aparmayacaqlarına, yeni

müqavilələr imzalamayacaqlarına dair öhdəliklərin qəbul edilməsinə çalışırdı.

Lakin Rusiyanın təhdidləri nəticəsiz qalırdı, çünki Rusiya üçün Xəzərin statusu

məsələsi prestij və nüfuz dairəsinin itirilməsi məsələsi olduğu halda, hövzə

dövlətləri xüsusilə də, Azərbaycan üçün bu məsələ həyati məna kəsb edirdi.

1996-cı il 11-12 noyabrda Aşqabadda Xəzər dənizinin statusu məsələsi ilə

əlaqədar çağrılan Xəzəryanı dövlətlərin Xarici İşlər nazirlərinin görüşündə

Rusiya, İran və Türkmənistan Xəzərin sektorlara bölünməsinə etiraz edirlər. Bu

görüşdə Rusiyanın Xəzərdə ərazi sularının 40 milə qədər genişləndirilməsi haqda

təklifi və həmçinin Xəzər dənizi məsələlərində veto hüququ tələbi rədd edilir[9].

Rusiyanın Xəzər dənizi məsələlərinin həllində veto hüququ tələbini artıq enerji

təhlükəsizliyinə təhdid kimi qəbul edən ABŞ, bu görüşdən həmən sonra Bakıya

ABŞ dövlət katibinin yeni müstəqil dövlətlər üzrə nümayəndəsi Ceyms Kollinzi

göndərir. Açıq şəkildə Vaşinqtonun Xəzərin sektorlara bölünməsi prinsiplərini

dəstəklədiyini bildirən C.Kollinz ABŞ-ın uzun müddətli strateji maraqlarının

olduğu Azərbaycanı partnyoru kimi qəbul etdiyini bəyan edir [4].

1997-ci il iyulun 22-də Gürcüstan Prezidenti Eduard Şevernadzenin, avqustuın

1-də isə Azərbaycan Prezidenti H. Əliyevin Ağ evdə B.Klintonla görüşlərindən

sonra avqust ayında siyasi və iqtisadi iştirakını daha da gücləndirmək məqsədi ilə

rəsmi olaraq Xəzər regionunu öz milli maraq dairəsi elan edən ABŞ bölgədə

fəaliyyətini aktivləşdirərək, məkanda müstəqil siyasət yürütməyə başlayır. Bu

bəyanatdan sonra artıq Xəzərin mənimsənilməsi prosesində yaxın 10-15 ildə ABŞ

və Rusiyanın toqquşacağı və bu mübarizənin olduqca sərt keçəcəyi proqnoz

edilirdi.

Bu illərdən başlayaraq ABŞ ciddi-cəhdlə neftin nəql edilməsi məqsədi ilə

çəkiləcək neft kəmərləri layihələrinin həyata keçirilməsinə çalışır ki, burada da

onun Rusiya ilə maraqları üst-üstə düşmür. Hələ 1995-ci il mayın 25-də Bakıya

səfər edən ABŞ Energetika naziri Vaşinqtonun bütün Xəzəryanı dövlətlərin

bərabər qazanc əldə edə bilmələri üçün imkan yaradılması məqsədi ilə Xəzər

213

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!