27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

cümləsi ilə tamamlamışdır. Qəşəmoğluya görə milli şuurun yüksəlişi Heydər

Əliyevin xidmətidir. Heydər Əliyev ana dilimizin funksionallığını artırdı [13].

Heydər Əliyevin dil və əlifba haqqındakı fərmanlarını alqışlayanlardan biri

də Oljas Süleymanov olmuşdur. Oljas Süleymanov 2001-ci ildə Azər Tac-ın

xüsusi müxbiri Tural Rzayevə verdiyi müsahibəsində Heydər Əliyevin əlifba

hakkındakı qərarını dəstəkləmiş, bu dəstəyini ―Latın əlifbasına keçmək böyük

cəsarət, qətiyyət, siyasi iradə tələb edir‖ cümləsiylə açıklamışdır [16].

Sonuç olaraq, Azərbaycançılıq ideyasını ilk dəfə yaradıcılığının ana xəttinə

çevirməkdən çəkinməyən Cəlil Məmmədquluzadə olmuştur. XIX əsrin ortalarında

Mirzə Fətəli Axundov tərəfindən qaldırılmış, 1926-cı ildə Bakıda keçirilmiş

birinci türkoloji qurultayın qərarı ilə rəsmiləşdirilmiş latın əlifbası, 1939-cu ildə

Azərbaycan xalqının milli iradəsi əleyhinə olaraq mərkəzdən çıxarılmış xüsusi

qərarla xalqımız üçün yad olan yeni bir əlifbaya—kirilə keçirilmişdi. XX əsrin

sonlarına qədər bir çox milli əhəmiyyətli problemlər kimi latın qrafikalı əlifba

məsələsi də öz aktuallığını itirməyərək həllini gözləyirdi. Məsələni ümummilli

liderimiz Heydər Əliyevin tarixi qətiyyəti həll etdi. Belə ki, latın qrafikalı

Azərbaycan əlifbasının tətbiqi ilə bağlı 18 iyul 2001-ci il tarixli fərman

imzalamaqla iki əsrə qədər uzun bir zaman ərzində həll olunmamış bu problemin

aradan qaldırılmasında həmişə olduğu kimi, qətiyyətli mövqeyini nümayiş etdirdi.

"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı və xüsusilə

latın qrafikalı əlifbaya keçid Heydər Əliyevin özünün dediyi kimi "milliliyimizi,

azərbaycançılığımızı göstərən çox mühüm bir amil kimi" qiymətləndirilməlidir.

Dövlətimizin qurucusunun həmin ildə "Azərbaycan əlifbası və Azərbaycan dili

gününün təsis edilməsi haqqında" növbəti fərmanı ilə 1 avqust günü əlifbamızın

və dilimizin bayramı kimi rəsmiləşdirildi. Bu da azərbaycançılığın yeni bir

bayramı oldu.

Hər bir xalqın özünəməxsusluğunu müəyyən edən başlıca ünsürlərdən biri

onun dilidir. XX əsrdə xalqımızın bu sahədə əldə etdiyi uğurları yüksək təqdirə

layiqdir. Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan

Azərbaycan dili son bir əsrlik dövr ərzində böyük inkişaf yolu keçərək lüğət

tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri

içərisində öz layiqli yerini tutmuşdur.

Heydər ƏLİYEV

SUMMARY

In this article the activity of the national leader of Azerbaijan Heydar

Aliyev fairly serving to the people and nation, on the development of national

consciousness and working out of unsolved questions of the Azerbaijan language

and the alphabet has been considered . Here laws, decrees have been used along

with sources of the Azerbaijan mass-media.

363

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!