27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

müzakirə obyekti olub və onların mənsub olduqları ölkələr bu məsələni

Ermənistanla ―razılaşdırılmadan‖ BMT Baş Assambleyasında müzakirəyə çıxara

bilməzmiş. Həmsədrlərin verdiyi bəyanatda belə bir ifadə də öz əksini tapır ki,

guya qətnamə balanslaşdırılmış ərazi bütövlüyü təkliflərini nəzərə almır. Halbuki

beynəlxalq hüquqda balanslaşdırılmış ərazi bütövlüyü termini yoxdur. Bütün

bunlar onu göstərir ki, vasitəçilik missiyasını həyata keçirən dövlətlər BMT BA-da

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və təcavüzkarı öz adı ilə çağıran

qətnamənin qəbulunun əleyhinə səs verməklə təcavüzkar və işğalçı Ermənistanı

açıq şəkildə dəstəkləməkdədirlər. Bu isə əslində vasitəçilərin təxminən 20 il

ərzində pərdə arxasında oynadıqları oyunların ifşası deməkdir.

Qeyd etmək lazımdır ki, dünyanın bir sıra qaynar nöqtələrindəki münaqişəli

problemlərin həllinə aid beynəlxalq sülhyaratma və vasitəçilik missiyalarının

fəaliyyəti bir qayda olaraq ləng həyata keçirilir və çox vaxt münaqişə tərəflərini

qane edən nəticələr əldə edilmir. Təcrübələr göstərir ki, bilavasitə münaqişə aparan

tərəflər arasında birbaşa danışıqlar daha səmərəli olur. BMT, ATƏT və digər

təşkilatlar sadəcə alətdir. Münaqişəni yalnız xalqlar həll edə bilərlər. Müharibə

vəziyyəti, münaqişənin nizama salınması həm Ermənistana, həm də Azərbaycana

böyük zərbələr vurur. Ancaq Ermənistan ümumiyyətlə, problemin həllinə

yanaşmaq istəmir. Qeyd edilməlidir ki, Azərbaycanın imkanları Ermənistanın

imkanlarından xeyli üstündür. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi

―qələbə‖ sayıla bilməz. Təpədən dırnağa kimi silahlanmış Ermənistan iqtisadi

baxımdan normal vəziyyətdə deyil. Həqiqət budur ki, Ermənistanın milli

iqtisadiyyatının böhrandan çıxmasının təminatı konfliktin həllindən asılıdır.

Ermənistan dövləti bilməlidir ki, ənənəvi olaraq sənaye və yanacaq payını

―ümumittifaq qazanı‖ndan almış bir ölkənin iqtisadiyyatını nə humanitar şüarlarla,

nə də cəlbedici siyasi qətnamələrlə inkişaf etdirmək mümkün deyildir.

Əslində bu vəziyyəti Ermənistanın bəzi siyasi xadimləri təsbit ediblər, lakin

mövcud vəziyyəti öz lehlərinə dəyişdirə biləcək gücü özlərində tapa bilmirlər. Öz

gücünü, hədəflərini, dostlarını və düşmənlərini tam olaraq təsbit edə bilməyən

Ermənistan qonşu dövlətlərlə necə münasibət quracağını və Azərbaycan gerçəyini

dərk edə bilməmişdir. Ermənistanın Azərbaycan və Türkiyəni – təxminən 100

milyonluq milləti özünə düşmən elan etməsi real olmadığı kimi, əslində öz

maraqlarına da tərsdir. Məhz bunun nəticəsidir ki, Ermənistan uzun illərdir özünü

inteqrasiya proseslərinin kənarında tutmuşdur. Halbuki Ermənistanın gələcəyi işğal

etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaqdan, ekspansionist

siyasətindən əl çəkməkdən, Türkiyəyə qarşı ərazi iddialarına son qoymaqdan

ibarətdir.

1991-1997-ci illər arasında Ermənistan Prezidenti Levon Ter-Petrosyanın

xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri işləmiş Miçiqan

Universitetinin professoru Gerard J. Libaridyan, ―Ermənilərin dövlətləşmə

imtahanı‖ adlı kitabında yazır ki, ruslar və amerikalılar Ermənistanın xristianlıq

604

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!