27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

məmuru, pAlis işçiləri tərəfindən, pAlis deyir ki, pAlis əməkdaşları, yerli pAlis

orqanları, pAlisin dediyinə görə, pAlisə təslim olub, iki pAlisi qətlə yetiriblər,

pAlisin gəlməsindən əvvəl, pAlis nəfəri, Bakı şəhər baş pAlis idarəsi,öz pAlisinə

malik olmaq, İspaniya pAlisi, İtaliya pAlisi, Macarıstan pAlisi, Malayziya pAlisi,

İran pAlisi, bakı pAlisi, Maskva pAlisi və s. və i. Artıq bu tələffüzə rus dilinin

təsiri demək olmaz (pAlisi bizə Rusiya ixrac etməyib), onu biz özümüz

Azərbaycan dilinin orfoepik normalarını unudaraq russayağı tələffüz edirik.

Maraqlıdır ki, binaya lövhə vurulub: ―Polis idarəsi‖, biz isə oxuyuruq: ―PAlis

idarəsi‖.

Otel sözünün tələffüzü daha qəlizdir və bu, tamamilə öz ―kəşfimizdir‖. Rus

dilinin burada heç bir günahı yoxdur. Məsələ burasındadır ki, Avropadan gəlmiş

bu söz (fransız dilində hotel ―mehmanxana‖ deməkdir) rus dilinə də daxil

olmuşdur. Lakin rus dilində istisna təşkil edən, yəni onun fonetik-orfoepik

qaydalarına tabe olmayan bir neçə sözdən biridir ki, vurğusuz vəziyyətdə O [a]

kimi tələffüz edilmir. Əslində burada söhbət tabe olmamaqdan getməməlidir –

sadəcə [a] ilə tələffüz qəliz alındığından O saxlanılır (Müqayisə edək: отель,

поэт, поэма, оазись, радио). Biz isə başlamışıq Atel, atel deməyə: Atelə daxil

olaraq, Mərmərə Atelində, “Avropa ‖ Ateli, ən yaxşı Atellər, beşulduzlu Atellər,

Atelin pəncərəsindən, Atel otağında, Ateldə işləyir, Atel və biznes mərkəzində,

Atelin qarşısında, Atel tikiləcək, “Qafqaz” Ateli, Ateldə qalmaq, oradan Atelə

gəldik, Alimpik hateli.

Bu sahədə o qədər irəliləmişik ki, doğma türk sözlərini də ―a‖-laşdırırıq,

məsələn, Qobustana artıq Qabustan, mozalana mAzalan (mAzalanda baxmışam)

deməyə başlamışıq. Hələ Aktyabrı, nAyabrı demirəm (nAyabrın beşində,

Aktyabrın on doqquzunda, ötən ilin Aktyabrında və s.). Bir az da irəliləyərək

Amerikanın prezidentinə yeni ad qoymuşuq: Barak Abama.

İş o yerə çatıb ki, Azərbaycan dilində danışanlar savadsız görünməkdən

ehtiyatlanaraq bəzən alinma sözləri O ilə tələffüz etməkdən, məsələn, Olimpiya

deməkdən çəkinirlər.

İndi görək Azərbaycan dilciliyində bu məsələyə münasibət necədir. Bəri

başdan qeyd edək ki, vəziyyəti müşahidə edən alimlərdən daha cəsur və

qayğıkeşləri Azərbaycan dilinin ―a‖-laşmasını unikal bir dil hadisəsi kimi

qiymətləndirərək, Azərbaycan dilinin orfoepik qaydalarına yeni bənd artırmağı

özlərinə borc bilmişlər.

Belə ki, ―Azərbaycan dilinin orfoepiya sözlüyündə‖ Azərbaycan dili

orfoepiyasının əsas prinsiplərindən bəhs edilərkən rus və Avropa mənşəli sözlərin

tələffüzünə də yer verilmişdir. Altıncı bənddə oxuyuruq: ―Ruscada (!) o səsi ilə

yazılıb, a səsi ilə deyilən sözlər a səsi ilə də tələffüz olunur, məs., kalxoz,

praqram, Maskva, Adessa, Qançarov, Talstoy, mator, savxöz, paraxod, paravoz,

samavar, saldat və s‖[1, 24].

610

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!