27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

Sözlüyün lüğət hissəsində alınmaların yanaşı olaraq yazılışı və tələffüzü

verilir: obelisk – abelisk, obyekt – abyekt, obyektiv – abyektiv, odekolon –

adekalon, okean – akeyan, orbit – arbit, protokol – pratakol, polyaklar –

palyaklar... (Amma nədənsə polip – palip verildiyi halda, polis –

palis kimi verilməmişdir). Beləliklə, tərtibçi bu cür alınmaların yanlış tələffüzünə

haqq qazandırmışdır. Azərbaycan dilinin orfoepiyasından danışarkən rus dilinə

istinad etmək nə dərəcədə doğrudur? Bir qədər fərqli fikrə ―Müəllimin nitq

mədəniyyəti‖ kitbında rast gəlinir. Orada deyilir:

4

―Alınma sözlərin böyük bir qrupunda vurğusuz hecadan (yəqin ki, vurğulu

hecadan – Ş. T.) əvvəlki hecadakı (və ya hecalardakı) o saiti a kimi tələffüz

olunur. Yazılır: problem, proqram,

omonim, ornament, olimpiya, orkestr, mikrosop (yəqin ki, mikroskop – Ş. T.)

deyilir: pr(a)blem, pr(a)qram, (a)monim, (a)rnament, (a)limpiya, (a)rkestr,

mikr(a)skop‖. Lakin müəllifə görə ―folklor, roman, Zolya, Sokrat, noyabr,

oktyabr, Şopen, Mopassan, Flober, foto, fotoetüd, fotoalbom, fosfat, fokstrot və s.

kimi bir qrup sözün deyilişi bu qaydaya tabe olmur‖[2, 114]. Əvvala, burada rus

dilinin orfoepik-fonetik qaydaları təhrif edilir: 1) ―vurğusuz hecadan əvəlki

hecada‖ ifadəsi düz deyil; 2) yalnız vurğulu hecadan əvvəlki hecada deyil, bütün

vurğusuz hallarda o saiti a kimi tələffüz olunur; 3) dilin müəyyən bir qanunu eyni

cinsli sözlərin hamısını əhatə etməlidir; 4) əgər istisnalar varsa, onların səbəbi

göstərilməlidir: nəyə görə problemə prablem deyildiyi halda, roman poman kimi

qalmalıdır? Hər ikisi rus dili vasitəsilə alinib və hər ikisi rus dilində a ilə tələffüz

olunur.Yaxud, hansi qaydaya görə proqram, omonim praqram, amonim kimi

tələffüz olunduğu halda, noyabr, oktyabr yazildığı kimi deyilməlidir? Bu və ya

digər suallar cavabsız qalır. Ancaq hər bir qaydasızlığın da öz qaydası olmalıdır.

Buradan da təklif edilən ―qaydaların‖ təbii olmadığı üzə çıxır.

Ə. Dəmirçizadənin ―Müasir Azərbaycan dili‖ kitabında O saitinin

tələffüzündən danışılarkən belə bir qeyd verilir: ―Dilimizə rus dili vasitəsilə keçən

bir sıra sözlərin

tələffüzündə rus dili tələffüz normasina uyğun olaraq (!) o saiti a ilə əvəzlənir:

kalxoz, savxoz, savet, kallektiv, kammunist, kamsamol və s‖[3, 163]. ―Rus

dili tələffüz normasina uyğun olaraq...‖ Qəribə mühakimədir! Rus dilində minlərlə

latın, yunan, ingilis, fransız, alman, türk və başqa dillərdən keçmə sözlər vardir.

Lakin rus dilinin orfoepiya qaydalarinda bu dillərin heç birinə istinad edilmir.

Çünki bir dilin qanunları digər bir dilə tətbiq edilə bilməz. Belə ki, hər bir diliin

özünə məxsus fonetik, leksik, qrammatik, orfoepik, orfoqrafik qanunları vardır.

Rus dilinə daxil olan əcnəbi sözlər onun bütün qanunlarına tabe olur, tamamilə

ruslaşır.

Yeri gəlmişkən, ―Elm‖ nəşriyyatının üç cilddə buraxdığı ―Müasir

Azərbaycan

611

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!