27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

Qarabağ münaqişəsinin tənzimlənməsi, ABŞ-ın, Aİ-nin üzv dövlətləri,

eləcə də qonşu Rusiya, İran və Türkiyə kimi bir sıra kimi böyük dövlətlərin

maraq dairəsinə daxildir. Bu sadalanan hər bir dövlətin ümumiyyətlə

münaqişəli əraziləri, o cümlədən də Ermənistan-Azərbaycan münaqişəsinə dair

öz mövqeyi və strategiyası var. Dağlıq Qarabağ münaqişəsi məsələsində isə

münaqişəli tərəflərin, eləce də qonşu maraqlı dövlətlərin qarşılıqlı

razılaşmasının olmaması münaqişənin tənzimlənməsini ləngidir. Aydındır ki,

bu gün Qarabağ münaqişəsi regionda mühüm əhəmiyyət kəsb edir. Belə ki,

Dağlıq Qarabağ çox mühüm geosiyası əhəmiyyətə malik regionda yerləşir.

ABŞ, Rusiya, İran və Al ölkələrinin diqqət mərkəzində olan bu region Asiya ilə

Avropa arasında mühüm nəqliyyat dəhlizi olmaqla yanaşı həm də təbii

ehtiyyatlarla zəngindir. Ona görə də bu bölgədə sabitliyə nail olunması və

münaqişənin bu dövlətlərin maraqlarına uyğun həll olunması və beynəlxalq

siyasi proseslərin iştirakçısı olan bütün dövlətlərin qarşısında duran əsas

məsələdir. Bu münaqişə təkcə dövlətləri deyil, eləcə də bu gün dünyanın ən

nüfuzlu beynəlxalq təşkilatları olan BMT, ATƏT, Al-nin və.s gündəliyində

duran aktual məsələlərdəndir.

Qarabağ münaqişəsinin ciddi beynəlxalq struktura bu cür təsir etməsi

onun necə ciddi geosiyası problem olmasından və dünya dövlətlərinin ona olan

marağından xəbər verir. Bu gün ATƏT-in məhz Qarabağ münaqişəsini həll

etmək üçün yaratdığı Minsk qrupunun münaqişənin tənzimlənməsini

sürətləndirmək əvəzinə daha çox münaqişəyə seyirçi qismində çıxış etməsi

münaqişənin müzakirəsinin BMT-yə verilməsi haqda fikir mövcuddur və bu

sahədə bir sıra ciddi addımlar da atılmışdır. Əlbəttə, Ermənistan üçün

münaqişənin ermənipərəst həmsədrləri olan Minsk qrupu tərəfindən

tənzimlənməsi daha məqsədəuyğun olardı. Erməni politoloqu M. Sərkisyan bu

məsələnin BMT-nin müzakirəsinə çıxarılmasının Azərbaycanın heç də xeyrinə

olmayacağını iddia edir. O öz fikirlərini onunla əsaslandırır ki, BMT üzvləri bu

problemə öz maraqları prizmasından baxacaq. Münaqişədə maraqlı olmayan

dövlət isə öz səsini maraqlı dövlətə satacaqdır.[4] Əslində isə mövqe bəllidir.

Belə ki, məhz BMT Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal

olunmuş yeddi rayonundan qeyd-şərtsiz çıxarılması və atəşkəs elan olunması

haqda dörd qətnamə qəbul etmişdir və onlar hələ də yerinə yetirilməməkdədir.

Qarabağ münaqişəsi barədə digər beynəlxalq təşkilatların müvqeyinə

gəldikdə isə Avropanı Asiya və Yaxın Şərqlə əlaqələndirən nəqliyyat

kommunikasiyasına, elə cə İpək Yolu və ―Şimal-Cənub‖ yoluna nəzarət etmək

niyyətində olan Aİ də bu münaqişənin tənzimlənməsində iştirak etməkdə

maraqlıdır. Aİ-nin xarici siyasət məsələləri üzrə koordinatoru Xavyer Solananın

sözlərinə görə, bu təşkilat münaqişənin mərhələli həlli yolunu dəstəkləyir və

danışıqlarda Azərbaycan və Ermənistandan əlavə Türkiyənin də iştirak etməsini

məqsədəuyğun hesab edir.

271

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!