27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

söz və əşyaların eyniləşdirilməsinə inam nəticəsində yaranmışlar. Və buna görə,

insanlar «yerə girəsən», «kül başına» deyərkən, inanırdılar ki, insanın başına deyilən

gələcək» [5, s. 47 ].

Təqdim olunan işin aktuallığı dilək ifadələrinin quruluş,

linqvokulturologiya, linqvistik praqmatika və milli özünəməxsusluq nöqteyinəzərindən

dərin və geniş təhlilinin zəruriliyi ilə şərtlənir. Bunu həmin vahidlərin

səciyyəsi ilə maraqlanan N.İ. Tolstoy da qeyd edir [12, s. 24-25]. Uzun illər

dilçilərin diqqətindən yayınan bu «yarımfrazeoloji», klişe növlü və dilək

məzmunlu vasitələrin struktur-üslubi tədqiqini alim haqlı olaraq əhəmiyyətli bilir

və zəruri hesab edir. Həqiqətən də Azərbaycan dilində geniş yayılmış alqış və

qarğış semantikalı frazeologizmləşmiş bu ifadələrin öyrənilməsi olduqca

aktualdır.

Tədqiqatın obyekti Azərbaycan dilində milli-mədəni özünəməxsusluğu

dolğun şəkildə ifadə edən alqış /qarğış semantikalı frazeologizmləşmiş ifadələrdir:

Qəşəng günün olsun!; Allah şəfa versin!; Ömrün uzun, günün ağ olsun!; Lənətə

gələsən!; Əlin, dilin qurusun! və s. Bu konstruksiyalar vahid linqvokulturoloji

sistem yaradır.

Tədqiqatın materialını XIX-XX əsr Azərbaycan müəlliflərinin əsərlərindən

götürülmüş öz quruluş və məzmununa görə müxtəlif olan dilək semantikalı

frazeoloji konstruksiyalar, həmçinin müxtəlif izahlı və frazeoloji lüğətlərdə qeydə

alınmış alqış və qarğışlar təşkil edir.

Alqış və qarğışların ifadəsi üçün imperativ formaların işlənməsi zamanı hökm

semantikası müəyyən dərəcədə saxlanılır. Bunun nəticəsində imperativ formalar ilə

ifadə olunan alqış və qarğışlar daha şiddətli, parlaq olurlar, nəinki optativ formalar ilə

ifadə olunanlar [4, s.13-14]. Y.V. Altabayevanın qeyd etdiyi kimi, dilək ifadələrində

ünvanlanmanın özünəməxsusluğu (yəni 2-ci şəxsdən başqa, 1-ci və 3-cü şəxsə

yönəlməsi) bu cür frazeoloji ifadələri «sırf vadaredici yox, dilək modallığı ilə olan

vadaredici-optativ ifadələrə aid etməyə əlavə əsas verir» [7, s. 395]: həmsöhbətə - 2-ci

şəxsə - ünvanlama quruluşca imperativə daha yaxındır. Lakin hərəkətin nəzarət altında

olmadığından ifadəni dilək səciyyəsini almaga məcbur edir: Yaxşı yol, oğlum, sağ get,

salamat gəl! [B.Talıblı]. 1-ci və ya 3-cü şəxsə ünvanlanma vadaretmənin semantikasını

neytrallaşdırır, bu da həmin ifadələrin optativ ifadələrə məxsus olduğunu sübutlayır:

Cənnətəli ağa (oğluna): - …Siz allah, buna baxın, görün belə də iş olurmu? Ha sənin

boynuna ip ölçüm! [N..Vəzirov]. – Bu dəqiqə, gözünə dönüm, qadan alım (S.

Qədirzadə). Oğlumuz, şükr ki, zatı müsəlman imiş! Bəxtəvər olsun başım, bəxtimiz

oğlan imiş. (M.Ə. Sabir). (Balakişi:) Ay sizi bizim başımıza çıxardanlar dərbədər

düşsünlər! (Ə. Haqverdiyev). Mən sənə yar desəm, dilim qurusun! (S. Vurğun).

-Sın/-sin şəkilçili 3-cü şəxs tək halında olan imperativ forma həm

vadaretmə, həm də optativ modallığı ifadə etməyə qadirdir, bu da onun arzu

forması ilə bağlayan genetik əlaqələrindən irəli gəlir. Optativ məna əmr

formasının periferiya sahəsinə aiddir. Nitqdə əmrin müxtəlif modal çalarlarının

567

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!