27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

tətbiqi də davam edir. Bu şərtlər altında alternativlərin bazarda pay qapmasını və

ya enerji məhsuldarlığı və qənaətində artım gözləmək saflıq olar. Məhz bu

səbəblərdən, enerji təhlükəsizliyinin ən əhəmiyyətli ölçülərini təyin etmək və

dəyişik yanacaqları bu ölçülər çərçivəsində araşdırmaq faydalıdır.

2030-cu ildə mövcud bilinən karbohidrogen ehtiyatların yarıdan çoxu

istehlak edilmiş olacaq. Bu vəziyyətin yeni tapılacaq ehtiyatlar, yeni və ya

alternativ enerji texnologiyaları ilə qismən təxirə salınması mümkündür. Amma

bu gün məktəbə başlayan uşaqların orta yaşa çatmalarından əvvəl dünyanın enerji

qaynaqlı ciddi gərginlik və böhranlar yaşaması çox ehtimalı yüksəkdir. Neft

savaşlarının yaşanması bu ehtimalla neftin bitməsindən çox əvvəl başlayacaq. Bu

nöqtədə hələ 1975-ci ildə ABŞ Xarici işlər Naziri Henry Kissingerin ABŞ-ın

S.Ərəbistanı ola biləcək bir işğalının nəticələrini dərs etdirdiyini xatırlamaq

yetərlidir. [13; s.46].

Buna görə də, Azərbaycan Respublikasının milli təhlükəsizlik

konsepsiyasında sürətlə artan neft və qaz gəlirlərindən həddən artıq asılılıq

nəticəsində yarana biləcək iqtisadi qeyrisabitlik təhdidinin yarada biləcəyi

problemlər diqqətdən qaçmamışdır. Yarana biləcək problərin qarşısının alınması

məqsədilə iqtisadi siyasətin iqtisadi çox şaxəliliyin təşviqinə yönəldilməsi nəzərdə

tutulur və sərmayə axınının qeyri-neft sektorunun və regionların inkişafına

yönəldilməsinə diqqət yetiriləcəkdir. [23]

Enerji siyasətlərimizin davamlılıq ərz etməsini çox vacibdir. Enerji

mövzusu, siyasi, jeopolitik, diplomatik, iqtisadi, təhlükəsizlik, ətraf, hüquq,

maliyyə, kəşfiyyat ölçüləri olan çox ölçülü, uzun dövrlü, kompleks, dinamik, kilid

və dolayısilə strateji bir məsələdir. Bu səbəblə Azərbaycanda enerji mövzusunda,

dövlət içində və xaricindəki informasiya təcrübəsini, insan qaynağı, dünyagörüşü,

yaddaşı bir araya gətirəcək bir Enerji Təhlükəsizlik Şurasının qurulması

məqsədəuyğun ola bilər. Enerji Nazirliyinin liderliyində və ya bəlkə Baş

nazirlikdə dövlətin dəyişik təşkilatları arasında məlumat, analiz, fərdi paylaşmanı

və koordinasiyanın daha nizamlı və intizamlı hala gəlməsi və uzun dövrlü strateji

planlama kimi müsbət yönləri olacaq bu cür bir təşkilat üçün gecikilməməlidir.

Xəzər hövzəsinin Azərbaycan Respublikasına mənsub olan sektorunda

yerləşən mövcud neft və qaz yataqlarının, habelə perspektivli strukturların

işlənməsi, istismarı, müasir neft-qaz özüllərinin tikintisi və quraşdırılması, əsas

ixrac neft və qaz boru kəmərlərinə, terminallarına olan təhdidlərin aşkar edilməsi,

qiymətləndirilməsi və adekvat tədbirlərin görülməsi Azərbaycan Respublikasının

milli təhlükəsizliyinin təmin edilməsinin ən mühüm fəaliyyət istiqamətlərindən

biridir. [23]

Heydər Əliyev adına "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft boru kəməri və

Cənubi Qafqaz qaz boru kəməri Xəzər dənizi ilə Qara dəniz və Aralıq dənizi

arasında enerji nəqlinin, Xəzəryanı ölkələrin geostrateji və iqtisadi maraqlarını

təmin edən mühüm obyektlərin təhlükəsizliyinin qorunması və bununla əlaqədar

632

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!