27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

Şagen, Tavis və s. Müəllif erməni erası ilə 158- ci ildə Albaniyanın xəzərlərin

hakimiyyəti altında olması haqqında məlumat verir[14]. Göründüyü kimi,

mənbədəki adların öyrənilməsi qədim türkün mifoloji, etik, estetik, etnoqrafik,

dini, psixoloji, siyasi, tarixi bilgilərinə bələdçilik və istinad tələb etməklə yanaşı,

həm də nəticə etibarilə bütün bu sahələr haqqında yeni biliklər doğurur. Digər

tərəfdən isə əsər Azərbaycanın X əsrə qədərki vəziyyəti barədə fikir söyləməyə

imkan verən yeganə yerli mənbədir.

Qeyd edək ki, əsərdə saysız-hesabsız türk sözləri işlədilmişdir. Lakin bu

o demək deyildir ki, mənbədəki bütün adlar türk mənşəlidir. Təbii ki, əsərdə

hansısa böyük bir dövlətin tarixindən danışılırsa da, burada başqa dillərə aid

adlara da təsadüf ediləcək. Digər bir tərəfdən, bu cür təkmil dilin azsaylı, siyasi

nüfuzu böyük olmayan etnoslardan hər hansı birinə mənsub olduğunu düşünmək

də düzgün deyil. Belə ki, yeni eranın başlanğıcında Albaniyanın ərazisində

yaşayan türk mənşəli aborigen tayfaların dilləri tədricən iki istiqamətdə inkişaf

yolu keçir: bir tərəfdən, yeni gələn türk tayfalarının köməyi və iştirakı ilə

Albaniya ərazisində türk - alban dili ümumiləşir, digər tərəfdən, İsgəndərin

yaratdığı imperiya, Parfiya və sonralar sasanilər imperiyasının tərkibində albanaran

dili Cənubi Azərbaycanla birgə canişinliyin yaratdığı zəruri imkanlar

əsasında cənubda eyni prosesi keçirən Azərbaycan dili ilə inteqrasiya prosesi

keçirir və elə bunun nəticəsidir ki, yeni minilliyin ortalarında şimali və cənubi

Azərbaycan ərazisində vahid ümumxalq türk-Azərbaycan dilinin keçdiyi uzun və

maraqlı yol M.Kalankatuklunun «Albaniya tarixi» əsərində də geniş şərh

olunmuşdur. Bunları nəzərə alsaq belə qənaətə gəlmək olar ki, mənbədəki

onomastik vahidlərin leksik-semnatik və qrammatik xüsusiyyətlərinin müqayisəli

şəkildə təhlili çox əhəmiyyətli olar və «Albaniya tarixi»nin dili haqqında

düzgün elmi nəticələr əldə etməyə kömək edər. Kalankatuklunun əsərində qeydə

alınmış toponimlər bunlardır: Alban, Habant, Aracank, Arandcinak,, Aranrot,

Qarqar, Qoroz, Kanqark, Kolb, Kolt, Meda — Arank, Meda — Kolmank,

Pazkank, Trtu, Tuçkatak, Çol, Çur, Şavarşen, Şakaşen, Gəncə, Xarqlank,

Xunanakert, Türküstan, və s.də tayfa adlarından yaranmışlar. Bunlardan abant,

araz , aran, qarqar, gorus, kəngər, kol, (kul) ,çol, (çul) peçeneq, tərtər, katak, xun,

(hun), savir, sak, türk tayfa adlarından yarandığı müəyyən edilmişdir. Əsərdə

ərazinin relyefi ilə və ya təsviri xarakterli toponimlər də vardır. Bunlara Qak və

Tavratəpə, Araşan, Qalaqudəşt, Vaykunik, İlerk, Dizak, Balasakan, Balaberd,

Puhavank, Həcər ölkəsi, Dastakert, Varaçan, Qeqarekunik, Ağbəd, Şalat, Sqük,

Kərnəkəş və s. toponimlərini nümunə göstərmək olar. Onlardan bir neçəsini

nəzərdən keçirək.

Çlax - «Biz Arsaxın bir düzənliyində olan çayın sahilinə, sövməə olan

Çlax adlı yerə gələndə, bizim gəlməyimiz barədə xəbər çox tez yayıldı və ətraf

yerlərin sakinləri yığışıb böyük dəstələrlə keşişlərlə və əyanlarla birlkdə buraya

toplaşdılar»[7,142].

61

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!