27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

vətən həsrətini ehtiva edən qaraçı nəğməsi ruhən yaxın idi. İ.S.Braginski, haqlı

olaraq, qeyd edir ki, ―poeziya xalq həyatının rəngidir. Məhz poeziyada xalqın

xarakteri, özünəməxsusluğu tam şəkildə təzahür edir‖ [2, 9].

Əsərdə başverən hadisələr gününü meyxanada keçirən, müştərilərə uydurma

əhvalatlar danışmaqdan yorulmayan keçmiş əsgər yəhudi Barta Flokonun dilindən

söylənilir. Ailəsini, evini, vətənini axtara-axtara gənc qaraçı nəhayət Kokorjinə

gəlir. Burada o, yəhudi Bartadan eşidir ki, atası anasını, onunla birlikdə başqa

qadınları məhv etmişdir. Doğrudur, o, oğlu üçün gözəl bir qəsr də miras qoyub

getmişdir. Lakin bu acı xəbər gənc qaraçıya o qədər təsir edir ki, o, atasından

qalan mirasdan imtina edir və yenidən naməlum istiqamətdə yoluna davam edir.

İtaliyadan Kokorjinə qədər vətən axtarışında olan gənc qaraçı təsadüfən

Leyo adlı bir qızla tanış olur. Onların arasında dərin məhəbbət yaranır. Didərgin

həyatı keçirən qaraçı elə zənn edir ki, indi onun nəhayət həm evi, həm də vətəni

olacaq. Sevgilisi Leyonun onların evində qalmaq təklifini böyük sevinclə qəbul

edən gənc qaraçı deyir: ―Bəli, mən sizinlə qalıram, bura mənim evim, vətənim

olacaq‖ [1, 189]. Lakin sonradan sevgilisi Leyonun ona xəyanət etdiyini görən

gənc qaraçının ümidləri puça çıxır və tezliklə yenicə tapdığı yuvasını itirərək

yenidən vətən axtarışını davam etdirməli olur. Nə evi, nə də vətəni olan qaraçılar

əsər boyu nisgillərini belə bəyan edirlər: ―Nədən hətta hər bir heyvanın öz yuvası

olduğu halda, biz qaraçılar yurdsuz-yuvasız qalmışıq. Bu gün burdayıq, sabah

başqa bir yerdə, beləcə elə hey yol gedirik‖ [1, 169. Əsərdə gənc qaraçının yol

yoldaşı kimi yaşlı qaraçı, həmçinin evindən qovulan, uşaqlarından ayrı salınan

dəli görkəmli qaraçı qızı Angelinadan da bəhs olunur. Əsərin leytmotivini müəllif

bu sözlərlə ifadə edir:

Proč jsi tak smutný, kmene můj, Nədən belə kədərlisən, ey mənim nəslim,

Ty kmene můj – rode cikanů? Ey mənim nəslim - qaraçılar nəsli?

[1, 93]

Göründüyü kimi, ―konkret ədəbi material əsasında heç bir etnik fərq

qoyulmadan bütün bəşəriyyətin ümumi tarixi qanunauyğunluqlarını müəyyən

etmək olar‖ [2, 258].

―Qaraçılar‖ romanında K.H.Maxa həmçinin qaraçıların çox sevdiyi ―Nağı-

İday‖ nəğməsindən bəhs edərək yazır ki, Nağı-İday adlı hökmdar qalaların bir-bir

düşmən əlinə keçdiyini görüb qaraçılara müraciət edir: Əgər siz məni və mənim

qalamı qoruya bilsəniz, onda bu qala, üstəlik geniş çöllər sizin məskəniniz olar,

nəhayət siz də özünüzə vətən taparsınız. Bunu eşidən qaraçılara elə bir ruh gəlir

ki, onlar düşməni qovub qaladan çıxardırlar. Sonra geriyə çəkilməkdə olan

düşmənin dalınca gülərək qışqırırlar: ―Yaxşı ki, mühasirə uzun sürmədi, yoxsa az

qala bizim azuqəmiz və silahımız tükənəcəkdi‖ [1, 168]. Bundan xəbər tutan

düşmənlər geri qayıdır və qaraçıları qanına qəltan edərək qalanı ələ keçirirlər və

bununla da qaraçıların son ümidi puça çıxır. Yazıçı etiraf edir ki, nisgillə dolu bu

nəğməni hər bir qaraçı eşitcək göz yaşlarını saxlaya bilmir.

97

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!