27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

üslub nümunələrilə müqayisədə tarixən formalaşması o qədər də uzaq olmayan

mətbuatımız fəaliyyət göstərdiyi qısa müddət kəsiyində həm özünün, dil-nitq

əlamətlərini, deyim biçimini müəyyənləşdirmiş, həm də ümumi Azərbaycan ədəbi

dilinin, inkişafında, saflaşmasında, yeni-yeni ifadə vasitələrinin ümumi dil faktına

çevrilməsində əvəzsiz xidmətlər göstərmişdir.

Mətbuat üslubunun, xüsusilə gündəlik çap olunan qəzetlərin dil və

üslubunun bədii, elmi, rəsmi dil materiallarından ən önəmli fərqi onun cəmiyyət

üzvlərilə fəal əlaqədə, təmasda olmasıdır. Gündəlik çap olunan mətbuat dünyada

baş verən müxtəlif hadisələr barədə insanlara dərhal məlumatvermə vəzifəsi kimi

çox çətin və faydalı bir işin öhdəsindən gəlməklə yanaşı, yeni-yeni anlayışların,

münasibətlərin, siyasi-ictimai, elmi qurumların adlarını yaratmaq, dilimizin daxili

imkanlarını üzə çıxarmaq, yersiz alınmaların dilimizin lüğət tərkibinə yol tapması

kimi tendensiyanın qarşısını almaq sahəsində də xidmət göstərməlidir. Hər bir

dilin lüğət tərkibindəki yeniləşmə tendensiyası bir başa mətbuatın dil

quruculuğunda mövqeyindən və bu sahədə oynadığı roldan çox asılıdır.

Çağdaş Azərbaycan mətbuatının dilimizin lüğət tərkibinin zənginləşməsində,

yeni ifadə formalarının yaranmasında, ümumxalq dilində işlənən leksik vahidlərin

mətbuat dilinə gətirilməsində, sintaktik və morfoloji üsulla yeni sözlərin

yaradılmasında xidmətlərini danmaq olmaz. Ədəbi dil üslublarının aydın

cizgilərlə bir-birindən ayrılmasında və kütləviləşməsində, qrammatik

normalaşmadakı sabitliyin qorunub möhkəmlənməsində və milliləşməsində də

mətbuatın xüsusi rolu vardır. Mətbuat dövrün mənzərəsini əks etdirən söz, termin,

sabit və sərbəst birləşmələri özündə əks etdirən ensiklopedik lüğətə bənzəyir.

Azərbaycanda on doqquzuncu yüzilliyin yetmişinci illərindən başlayaraq dilimizə

qondarma yolla gətirilmiş kəlmələrin mətbuat səhifələrində şüurlu surətdə

milliləşdirmə prosesi başlanmışdı: 1) qədim türk sözlərinin yenidən

fəallaşdırılması; 2) dialekt sözlərinin ədəbi dilə gətirilməsi; 3) mövcud modellər

əsasında yeni sözlərin yaradılması: nümunə -örnək, ənənə-gələnək, nömrə-say,

köhnə-əski, qədim-ulu, nəsil-uruğ, müharibə-savaş, hadisə-olay, etiqad-tapınma,

inşaat-tikinti, tormoz-əyləc, reallıq-gerçəklik, neqativ-pis, yaramaz, situasiyaşərait,

mühit, qlobal problem-böyük çətinlik, ideal vaxt-əlverişli vaxt, nümayiş

etdirilmə-göstərilmə və s. Bu milliləşdirmə prosesi indi təəssüf ki, ardıcıl, sistemli

şəkildə davam etdirilmir.

Gerçəkliyin ayrı-ayrı elementlərinin dildə sözlər, söz birləşmələri vasitəsilə

ifadə olunması, adlandırılması motivli və motivsiz olur. Dilin lüğət tərkibinə

yenicə yol tapmış, söz motivlidirsə, onun ümumxalq tərəfindən anlaşılmasında,

heç bir çətinlik olmur, sözün daxili forması şəffaf olduqda anlayışın mahiyyəti

barədə ilkin məlumatı verir (tanıq sözünün, tanımaq felindən törəndiyi kimi). Bu

cəhət mətbuatda işlənən yeni söz və ifadələrin seçilməsində nəzərə alınmalıdır.

Mətbuat səhifələrində yeni anlayışların, terminlərin dilin daxili imkanları

hesabına sabit və sərbəst birləşmələrlə təsviri yolla ifadəsi lüğət tərkibinin özünə-

137

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!