27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

bütün zənginlikləri özündə cəmləşdirib. Bunu Buğacın anasının dedikləri də

təsdiq edir: ―Qazlıq dağı, axar sənin suların‖, ―Bitər sənin otların, Qazlıq dağı‖,

―Qaçar sənin geyiklərin, Qazlıq dağı‖.

―Kitabi-Dədə Qorqud‖da ən çox adı keçən Qara Dağdır. Və elə abidənin

özündə bu dağın otsuz-ağacsız, qoca-yaşlı (―Qarşı yatan Qara Dağ qarıyıbdır, otu

bitməz‖), çox yüksək, daşlı-qayalı ―Yüksək-yüksək Qara Dağın daş

yuvarlansa...‖) [1, 85] olduğu bildirilir.

Qara Dağ bir obraz olaraq canlı bilinir. Beyrəyin bacısı qardaşını ölmüş

bildiyindən ―Qarşı yatan Qara dağım yıxılıbdır‖ deyir. Yenə də elə bu boyda

Banıçiçək Beyrəyin sağ olduğunu və yurda qayıtmasını qayınatasına-Bayburaya

belə bildirir: ―Əğrəb-əğrəb Qara dağın yıxılmışdı, ucaldı axır‖. Elə onuncu boyda

Səkrək də qardaşı haqqında doğru xəbər bilmək üçün anasına

Çox zamanmış Əgrək derlər bir yigit dustaqmış,

Qadir tanrı yol vermiş, çıxıb gəlmişdedikdə,

anası da əlbəəl ona

Qarşı yatan Qara dağın,

Yıxılmışdı, ucaldı axırdeyə

gözaydınlığı verir.

―Kitabi-Dədə Qorqud‖dakı dağlar, xüsusən təpələrlə bağlı bir səciyyəvi

məqamı da üzə çıxarmağı faydalı bilirik. Oğuzlar arasında, deyəsən, intizarı

çəkilən, yolu gözlənilən üçün dağa, təpəyə çıxmaq adəti də olub. Buna Bamsı

Beyrəyin Banıçiçəyə dediyi

Beyrək gedəli Bambam təpə başına çıxdınmı, qız?!

Qarılatıb dörd yanına baxdınmı, qız?!

və Banıçiçəyin də buna cavab olaraq

Beyrək gedəli Bambam təpə başına çıxdığım çoxsözləri

də şahidlik eləyir.

Abidədə dərə dağ-daşın, təpənin əksi olaraq ölüm-itim, qəbahətli işlər

məkanı bilinir. Abidənin birinci boyunda oğlunu axtaran Dirsə xanın xanımı,

arxada bildirdiyimiz tək, gəlib Qazlıq dağına yetişir. Və dağdan baxıb görür ki,

aşağıda ―...bir dərənin içində qarğaquzğun enər-çıxar‖. Ana yanındakılarla buraya

tələsir və Buğacı dərədə ölümcül yaralanmış tapır. Yaxud, abidənin altıncı boyuna

müraciət edək. Selcan xatunu Qanturalıya verməkdən peşiman olan Təkür öz

adamlarından altı yüz kafiri onların arxasınca göndərir ki, qızı alıb geri

qaytarsınlar. Tərəflər arasında döyüş başlayır. Bir qədər vuruşdan sonra Selcan

xatun gələnlərin basıldığını zənn eləyir. Amma baxır ki, Qanturalı görünmür.

Boyda deyilir: Selcan xatun ―Atına mahmız urdu, bir yüksək yerə çıxdı. Gözlədi

gördü kim, bir dərənin içində toz gah dərilir, gah dağılır. Üzərinə getdi, ğördü

kim, Qanturalının atını oxlamışlar, gözünün qapağını oxlamışlar, üzünü qan

bürümüş, durmaz qanın silər‖. Selcan xatun bircə an da yubansaymış kafirlər bu

dərənin içində Qanturalının axırına çıxacaqmışlar.

665

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!