27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

tələbəyə izah edirdi. Pinpoco, subito, sf, fp, colando, morendo kimi dinamik

işarələri bilməyin və ifa zamanı onlardan düzgün istifadə etməyin nə qədər önəmli

olduğunu dönə-dönə vurğulayırdı. Klassiklərin əsərlərini tələbə ifa edərkən Y.

Sabayev bütün dinamik işarələri diqqətlə nəzərdən keçirir və çalışırdı ki, tələbə

onları dəqiqliklə öyrənsin. Professor Sabayevin fikrincə tembr rəngarəngliyi ilə

dinamik nüanslar bir-biri ilə sıx bağlı olaraq ifadəli ifa tərzi üçün ən vacib

amillərdən hesab olunur. Sabayev tələbənin nəzərinə onu da çatdırırdı ki, ifa

olunan əsərdə müəllif tərəfindən qeyd olunmuş eyni bir işarə, ştrizlər məs:

Bethovendə, Şopendə, Şumanda, Prokofyevdə müxtəlif məna və xarakter daşıya

bilər. Bunları bilmək və düzgün tətbiq etmək zəruridir. Əsərin əsas məğzinin

açılması ilə bahəm Y.Sabayev tələbənin müxtəlif redaksiyalara da yönəldirdi. O,

Baxın ―yaxşı temprə olunmuş klavir‖ində redaktor qeydlərinin böyük

əhəmiyyətini vurğualyırdı. İfaçılıq redaksiyalarına qarşı diqqəyli olmağı məsləhət

görürdü. Beləliklə, professor Sabayev tərəfindən tələbənin qarşısına qoyulan əsas

məsələlərdən biri musiqi səri üzərində iş prosesində eşitmək, duymaq, hiss etmək,

qavramaq, qarşıya qoyulan məqsədi həyata keçirmək idi.

Musiqidə ən vacib məqamlardan biri olan ritmin inkişafına Y.Sabayev

böyük tələbkarlıqla yanaşırdı. Tələbə ifa etdiyi əsərin ritmini və tempini düzgün

müəyyənləşdirməli və qavramalı idi, buna görə də o, öz ifasını eşitməli, sona

qədər özünə qulaq asmağı bacarmalı idi. Bütövlükdə professor çalışırdi ki, tələbə

tempin, ritmin və dinamik aspektlərin köməyi ilə ümumi emosional ifaya nail

olsun.

Məlumdur ki fortepiano ifaçılığı sənətində pedal ən əsas yerlərdən birini

tutur, belə ki, yalnız pedalın köməkliyi ilə işlənilən səsə nail olmaq olar. Anton

Rubinşteyn etiraf etmişdir ki, fortepiano ifaçılığı incəsənətinin dörddə üç hissəsini

yaxşı pedalizasiya təşkil edir

239

1 . Y.M.Sabayevin ―fortepiano pedalizasiyasının

ümumi məsələləri‖ mövzusundakı məqaləsində fortepiano pedalının ifaçılıq

imkanları, coxcəhətli funksiyaları və istifadə metodikasından söhbət açılır. İlk

növbədə Y.Sabayev hər bəstəkarın üslubuna uyğun pedalizasiyasını təklif edirdi.

Daha sonra, ən əsas məqamlardan biri də düzgün pedalizasiyanın pianoçunun

özünü eşitmək qabiliyyəti ilə dəqiq ifası ilə sıx bağlılığıdır. Nəhayət sonda

professor Sabayev pedal texnikasına dərindən yiyələnməyə xüsusi diqqət

yetirməyi zəruri hesab edirdi. Təbii ki, dərs prosesində pedalizasiya ilə bağlı

problemlər pedoqoji üsullar və metodik priyomlar tətbiq edilərək öz həllini

tapırdı. Pedalın funksiyaları 3 əsas xüsusiyyət daşıyır. 1-ci xüsusiyyət ondan

ibarətdir ki, pedal səsi uzadır, onu bütöv və yaraşıqlı edir. –ci xüsusiyyət odur ki,

ayrı-ayrı səs və akkordların rabitəli ifasını təmin edir, əks halda pedalsız bu cür

ifaya nail olmaq qeyri mümkündür. 3-cü xüsusiyyət bir-birinin ardınca gedən

arpedjio səslərinin vahid harmonik kompleksdə, pedalda səslənməsidir. Y.sabayev

tədris prosesində pedalın bir çox cəhətlərinə aydınlıq gətirmişdir: a) sadə pedal, b)

gecikmiş pedal, c) bir pedalın digər gecikmiş pedala keçməsi, d) yarım pedal, e)

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!