27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

sərhədlərin və infrastrukturun təhlükəsizliyinin gücləndirilməsi sahəsində müttəfiq

ölkələr ilə əməkdaşlıq da daxildir. NATO-nun terror təhdidləri üzrə kəşfiyyat

birliyi ilə məlumat mübadiləsi yaradılmışdır. Azərbaycan həmçinin Milli

Təhlükəsizlik Nazirliyinin Akademiyası nəzdində beynəlxalq antiterror təlim

mərkəzinin yaradılması üzərində iş aparır.[4]

Azərbaycanın hava məkanı və Xəzər dənizinin müvafiq olaraq hava və

dəniz təhlükəsizlik səviyyəsinin artırılması üçün Azərbaycan və NATO birgə

işləyirlər. Digər regional tərəfdaş ölkələrlə razılaşmalar əldə edərək NATO

həmçinin Azərbaycanla onun Xəzər dənizi sektorunda qeyri-qanuni fəaliyyətlərin

qarşısının alınması üzrə məsələlərin müzakirəsini aparır. Azərbaycanın sərhəd və

dəniz sərhəd mühafizəsi qüvvələrinin gücləndirilməsi və bu sahədə islahatların

aparılması üçün birgə işlər davam etdirilir və burada həmçinin peyk əlaqəsi

şəbəkəsinin və hava axtarış-xilasetmə bölməsinin yaradılması nəzərdə tutulur.

Azərbaycan-NATO tərəfdaĢlığının əsas sütunlarından olan praktiki

əməkdaşlığın əsas istiqamətləri sırasına aşağıdakılar daxildir: təhlükəsizlik

sahəsində əməkdaşlıq, müdafiə və təhlükəsizlik sektoru islahatları, fövqəladə

hallara hazırlıq, terrorizmə qarşı mübarizə, elm, ekoloji və humanitar məsələlər,

ictimai diplomatiya, spesifik əməkdaşlıq layihələri.

Təhlükəsizlik şəraitinin təkamülü və yeni təhdidlər, milli müdafiə sistemi

çərçivəsində yeni yanaşmanı və vasitələri tələb edir. Azərbaycan öz müdafiə və

təhlükəsizlik sektorunun inkişafı vasitəsi ilə bütün bunlara adekvat cavab verir. Eyni

zamanda, müdafiə və təhlükəsizlik sektorunda aparılan islahatlar və s. Çalışmalar

Azərbaycanın Avro-Atlantik dəyərlərə sadiq olduğunu nümayiş etdirir.

Müdafiə islahatları sahəsində Alyansın dəstəyinə təminat yaradan, yeni

SNT mexanizmi kimi NATO tərəfindən təklif edilmiş, Fərdi TərəfdaĢlıq üzrə

Əməliyyat Planına (FTƏP) 2004-cü ildə qoşulan Azərbaycan ilk Tərəfdaşlardan

biri olmuşdur. FTƏP çərçivəsində Azərbaycan milli strategiya və proseduralara və

effektiv qurumlararası əməkdaşlığa əsaslanan effektiv müdafiə sistemini inkişaf

etdirmək məqsədi ilə müxtəlif proseslərə başlamışdır [5]. 2007-ci ilin 23 may

tarixində nəşr olunmuş Milli Təhlükəsizlik Konsepsiyasının əsasında

Azərbaycanda, 2010-cu ildə Hərbi Doktrina qəbul edilmişdir və hal-hazırda Dəniz

Təhlükəsizliyi Strategiyası konseptual sənədi üzrə iş yekunlaşdırılmaqdadır. Bunlar

daha effektiv və imkanlı müdafiə sistemi və silahlı qüvvələrin inkişaf etdirilməsinə

əsas yaradan, Strateji Müdafiə İcmalı (SMİ) ilə davam etdiriləcəkdir. SMİ-ın

nəticələrindən istifadə etməklə, Müdafiə Nazirliyinin uzun müddətli modernləşmə

planı daxil olmaqla, 2010-2015-ci illər üçün müdafiə planlarının təfərrüatları və

prioritetləri dəqiqliklə hazırlanacaq və tətbiq olunacaqdır. Hər şeylə yanaşı bu,

təminat dəstəyinin modernləşməsini və təminat sisteminin inkişafını, hərbi

avadanlığının tədrici modernləşməsi və əvəz olunması, silahlı qüvvələrin tərkibində

müasir rabitə sisteminin qurulması və infrastrukturun inkişafını da özündə əks

etdirir. Bu prioritetlər orta və uzunmüddətli məqsədlər kimi FTƏP-ə daxil

121

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!