27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

II Beynəlxalq konfrans

problemləri ilə əlaqədar məsələlərə xüsusi diqqət yetirməyə başlandı. Bu diqqətin

xüsusi elmi, ideoloji məzmununu qeyd etmək yerinə düşər. O zaman ana dilinin

adıyla bağlı 1995-ci ilədək müstəqil Azərbaycan Konstitusiyasının qəbuluna qədər

müxtəlif səviyyələrdə xeyli müzakirələr aparıldı və dilimizin adı Azərbaycan dili

olaraq yenidən təsbit edildi. Azərbaycan dilinin ölkəmizdə qərarlaşması, onun

tarixi hüdudlarının bərpa olunması, müstəqil Azərbaycan dövlətinin əsas

problemlərindən biri idi [2].

2001-ci il iyun ayının 18-də Azərbaycan prezidenti «Dövlət dilinin

tətbiqi işinin təkmilləşdirilməsi haqqında» fərman verdi. Həmin fərmanda

dilimizin tarixi barəsində məlumat verildi və göstərildi ki, Azərbaycan dili

dünən, srağagün meydana çıxmayıb, ümumtürk dilinin diferensiyası nəticəsində

formalaşmış, yüksək mədəniyyətin daşıyıcısı olan mükəmməl bir dildir.

Fərmanda Azərbaycan dilinin müasir dövrdəki vəziyyəti və problemləri

ətrafında konkret göstəricilər irəli sürüldü. Fərmanın birinci ideyası ondan ibarət

idi ki, Azərbaycan dili ölkəmizdəki müxtəlif dillər mühitində müdafiə

olunmalıdır. Bu fərmanda ikinci bir mühüm məsələ - Azərbaycan dilinin inkişaf

etdirilməsi göstəriş şəklində qoyuldu. Çünki inkişafda olmayan bir dili müxtəlif

dillərin mövcud olduğu bir dövrdə müdafiə etmək çox çətindir. Həqiqətən də

Azərbaycan dilinin bir sıra problemləri vardır ki, onlar da öz həllini tapmalıdır

[3].

Heydər Əliyevin «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi»

haqqında fərmanda Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması və

Azərbaycan dilinin bir dövlət dili olaraq inkişaf etdirilməsi məsələlərinə xüsusi

diqqət yetirmişdir.

Prezidentin nitq fenomenini öyrənən dilçilər natiqlik ustalığının,

məharətinin əsl örnəyini onun nitqində tapırlar. Sübut edirlər ki, Heydər Əliyevin

nitqini də vətəndaşlıq dərsliyi, dövləçilik dərsliyi, vətənpərvərlik dərsliyi kimi

öyrənmək və öyrətmək gərəkdir. Heydər Əliyevin nitqinin böyük təsir gücünün

səbəbi onun doğma dilini dərindən bilməsi, ürəkdən sevməsi, ana dilinə olan

hörməti ilə bağlılığıdır.

Dilimizin leksik tərkibinin sistemli şəkildə öyrənilməsi məhz sovet

dövrünü əhatə edir.

Azərbaycan dilinin leksikasına aid materiallara müxtəlif tədqiqat

əsərlərində də rast gəlmək olur. Belə əsərlərdən biri AMEA–nın Nəsimi adına

Dilçilik İnstitutunun əməkdaşları tərəfindən yazılmış olan ― Müasir Azərbaycan

dili ‖ (1978) əsəridir. B u kitabın məsul redaktorları akademik M.Şirəliyev və

prof. Z.Budaqova olmuşdur. Azərbaycan dilçi alimlərinin uzun illərdən bəri

apardığı tədqiqat işləri əsasında yazılmış olan ― Müasir Azərbaycan dili ‖əsəri

Azərbaycan dilinin fonetik, leksik və qrammatik quruluşunun müasir vəziyyəti

geniş və elmi səviyyədə əhatə olunmuşdur.

192

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!