27.06.2013 Views

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

Konfrans materialları (kitab 2) - Bakı Slavyan Universiteti

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

II Beynəlxalq konfrans

İncəsənət və onun müxtəlif sahələrində fərqli aspektdən obyekt alınan təbiət

bədiiləşmə dinamikası ilə diqqəti cəlb edir. İnsanın fərqli zaman kəsiyindəki

ictimai-fəlsəfi görüşləri təbiətə estetik münasibəti və onun poetik

mənalandırılmasını dəyişikliyə uğradır. Uzun müddət ideya-məzmun komponenti,

təsvir və ifadə vasitəsi kimi müxtəlif janrların tərkibinə daxil edilən təbiət milli

ədəbiyyatımızda XX əsrin ortalarından başlayaraq müstəqil mövzu xüsusiyyəti

kəsb etməklə vətəndaşlıq hüququ qazanır. Bu da təbiətə baxışın əhatəliliyi və onu

estetik duyumun dərinliyindən irəli gələrək yeni ictimai-əxlaqi, sosial-psixoloji,

etik-fəlsəfi baxışlarla əlaqəli şəkildə təzahür edir. Məhz bu xüsusiyyət təbiətin

bədii yaradıcılıqda funksiya çalarlarının araşdırılması və tədqiq olunması üçün

zəngin material verir.

Boylarda təbiətdə mövcud olan və bizim də elə, əsasən, bu haqda

danışacağımız üç nəsnəyə-dağa, suya, ağaca Oğuzların baxışı xüsusi səciyyə

daşıyır. Əksər boyların sonunda Qorqud Atanın söylədiyi alqış-dualarda da bu üç

adı keçən təbiət varlıqları ―Qara dağların yıxılmasın‖, ―Qamən axan görklü suyun

qurumasın‖, ―Kölgəlicə qaba ağacın kəsilməsin‖ şəklində təkrar-təkrar xatırlanır.

Abidənin boylarında ―Köksü gözəl qaba dağ‖ adı tez-tez çəkilir. Biz bilən

―köksü gözəl qaba‖ (―qaba‖-uca, hündür, yüksək deməkdir) əslində Qazlıq

Dağının təyin əlamətidir. Bunun doğrudan da belə olmasını ayırd etmək üçün

gəlin, elə Qazlıq Dağının da adı getdiyi birinci boya müraciət edək. Bayandır

xanın buğasını Dirsə xanın oğlu Ağ meydanda öldürür. Bu şücaətə görə Dədə

Qorqud oğlana ad (Buğac), atası isə bəylik, taxt verir. Bundan Buğaca həsəd

aparan Dirsə xanın paxıl ―qırx yigidi‖ namərdliklə onu aradan götürmək niyyətinə

düşür. Onlar Dirsə xana yalandan deyirlər ki, bəs oğlun, yəni Buğac yaramaz işlər

görmüş, guya atasının namusuna toxunaraq anasına əl uzatmış, o ola-ola ―Köksü

gözəl qaba dağa ova çıxmışdır‖. Belə-belə qəbahətli iş tutmaq, ata dura-dura

oğlunun izinsiz ova çıxması Oğuz cəmiyyətində mümkün olası məsələ deyil. Əgər

bu belədirsə, xəbər gedib Bayandır xana çatarsa, onlar heç vəchlə ―qatı qəzəb‖dən

yaxa qurtara bilməyəcəklər. Dirsə xan bu namərdlərin yalanına inanıb oğlunun

başını əkmək üçün ova aparır və ovda da onu oxlayır. Onların haralarda ov

etmələrini biz Dirsə xanın xanımının sorğusundan öyrenirik. Ərinin evə oğulsuz

qayıtdəğını görən qadın-ana təşvişlə soruşur:

Qalxıban yerindən uru durdun,

Yelisi qara qazlıq atına bütün mindin,

Köksü gözəl qaba dağa ava çıxdın,

İki vardın, bir gəlirsən, yavrum qanı [1, 124]

Deməli, Dirsə xanın Köksü gözəl qaba dağda ov etməsi anaya bəllidir.

Odur ki, ərindən səhih cavab ala bilməyən nigaran ana oğlunu axtarmağa başlayır

və gəlib Dirsə xanın ov ovladığı yerə-Qazlıq Dağına yetişir.

Sözü gedən dağın niyə ―köksü gözəl‖ olmasının cavabını da biz elə birinci

boyda tapırıq. ―Qışda-yazda qarı-buzu əriməyən‖ Qazlıq Dağı sanki təbiətdəki

664

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!