11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

AZƏRBAYCAN RESPUBLİKASIMİLLİ MƏCLİSİNİN İLK İCLASINDA NİTQ24 noyabr 1995-ci ilHörmətli deputatlar, hörmətli qonaqlar, səfirlər,xanımlar və cənablar!Müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin – Milli Məclisinin işə başlaması münasibətiləsizi səmim-qəlbdən təbrik edirəm, Milli Məclisə, sizə bu şərəfli işinizdə uğurlar arzulayıram.Biz tarixi hadisələrin şahidiyik, tarixi proseslərin iştirakçısıyıq. Azərbaycan dörd il bundan öncə dövlətmüstəqilliyini əldə edib, xalqımız milli azadlığa nail olubdur. Ötən dörd il ərzində Azərbaycan xalqının,Azərbaycan Respublikasının həyalında ağır, çətin ictimai-siyasi proseslər gedib və nəhayət, respublikamızındövlət müstəqilliyi möhkəmlənib dönməz olubdur, ictimai-siyasi vəziyyət sabitləşibdir və müstəqil AzərbaycanRespublikası özünün ali qanununu – Konstitusiyasını qəbul etməyə imkan əldə edib, ilk parlamentini – MilliMəclisini seçibdir.Bunlar böyük nailiyyətdir, tarixi nailiyyətdir. Bunlar onu sübut edir ki, artıq Azərbaycan xalqımüstəqillik yolu ilə cəsarətlə, əzmlə, uğurla irəliləyir və dövlət hakimiyyətinin bütünlüklə təşkilini təmin etməküçün lazımi sənədlər qəbul edir. Azərbaycan Respublikasının, müstəqil Azərbaycanın ilk konstitusiyası qəbulolunubdur. Bu konstitusiya xalqımızın keçdiyi tarixi yolun məntiqi nəticəsidir. Xalqımızın böyük tarixi var. XXəsrdə tariximiz xüsusən böyük bir yol keçibdir və keçdiyimiz yolda bizim konstitusiya təcrübəmiz də var.Azərbaycanın indi qəbul olunmuş konstitusiyası onun dördüncü konstitusiyasıdır. 1921-ci ildə birincikonstitusiya, 1937-ci ildə ikinci konstitusiya, 1978-ci ildə üçüncü konstitusiya qəbul edilib və nəhayət, on il,1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi referendum nəticəsində dördüncü konstitusiya qəbulolunubdur. Ancaq bu konstitusiya keçmiş konstitusiyalardan tamamilə fərqli konstitusiyadır, yenikonstitusiyadır, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıdır, Azərbaycanın hər bir vətəndaşınındoğma konstitusiyasıdır. [5-6]Biz bu gün tarixi keçmişimizə hörmət edərək, keçdiyimiz yolun nə qədər əzab-əziyyətli olduğunu qeydedərək, eyni zamanda xalqımızın müstəqillik yolunda inamla irəli getməsindən məmnun olduğumuzu bildirərək,buna görə fəxr etdiyimizi bildirərək yeni konstitusiyamızın qəbul olunmasını tarixi bir hadisə kimi, böyük birbayram kimi qeyd etməyə haqqımız var, ixtiyarımız var. Mən sizi, bütün Azərbaycan xalqını müstəqilAzərbaycan Respublikasının ilk konstitusiyasının ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunmasımünasibətilə ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bu konstitusiya Azərbaycanındövlət müstəqilliyinin möhkəmlənməsi, insanların, vətəndaşların hüquq və azadlıqlarının qorunması,Azərbaycanda demokratik hüquqi dövlətin qurulması və inkişaf etməsi üçün öz xidmətlərini göstərəcəkdir.Biz yeni bir mərhələdəyik və bundan sonra çox ciddi, cəsarətli addımlar atmağa imkanımız var. Çünkibunun üçün qanuni əsaslar yaranıbdır. Yeni qəbul olunmuş konstitusiya Azərbaycanın müstəqilliyini, ərazibütövlüyünü təmin edən konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır, xalqımız bu konstitusiyanınmüddəalarından daim istifadə edərək Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni konstitusiyaAzərbaycanda demokratik hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütünəsasları yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, konstitusiyanın bizə verdiyiqanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların,insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir.İnsan, vətəndaş hüquqlarının, azadlıqlarının qorunmasına konstitusiyanın çox hissəsi, demək olar ki,üçdə bir hissəsi həsr olunubdur. Bu da təbiidir. Biz keçmişdən, totalitar sistemdən yeni bir sistemə keçirik. Bizdemokratiyanı inkişaf etdirməliyik, xalqımızı demokratiya yolu ilə aparmalıyıq, insanların hüquqlarınınqorunmasının hər yerdə, hər sahədə təmin olunması üçün əsaslar yaratmalıyıq. Bütün bu əsasları da yeni qəbulolunmuş konstitusiya verir və bütün təminatları biz konstitusiyanın maddələrindən almışıq. KonstitusiyaAzərbaycanda dövlət hakimiyyətinin təşkil olunmasını tam demokratik prinsiplər əsasında təsdiq edibdir. [6-7]Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və hər bir hakimiyyət ancaq xalqın iradəsi əsasında əldəoluna bilər. Hakimiyyətin təşkil olunması konstitusiyada hakimiyyətin səlahiyyət bölgüləri əsasında nəzərdətutulubdur: qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, məhkəmə hakimiyyəti. Bu prinsip XVIII əsrdə fransızfilosofları Jan Jak Russo, Monteskye, Didro və digərləri tərəfindən sübut olunub, əsrlərin sınağından keçib,dünyanın demokratiya sahəsində inkişaf etmiş ölkələrində hökm sürür və biz də bu prinsipi demokratik hüquqidövlət yaratmaq üçün və respublikamızda demokratiyanı inkişaf etdirmək üçün, vətəndaşların, insanlarınhüquqlarını qoruyub təmin etmək üçün əsas götürmüşük. Konstitusiyamızda bu prinsip əsasında hakimiyyətbölgüsü tam demokratik olaraq öz əksini tapıbdır və bizim də vəzifəmiz, borcumuz konstitusiyaya riayət etməkvə konstitusiyanın müddəaları əsasında hakimiyyətin təşkilini bundan sonra da təmin etməkdən ibarət olacaqdır.10

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!