11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

"KREDİ KOMMERSİAL DE FRANS"BANKININ RƏHBƏRLƏRİ VƏ İŞGÜZARDAİRƏLƏRİN NÜMAYƏNDƏLƏRİ İLƏGÖRÜŞDƏ GİRİŞ SÖZÜParis4 dekabr 1995-ci ilHörmətli xanımlar və cənablar!Mən və həmkarlarım burada, Fransanın ən iri kommersiya banklarından birində sizinlə birlikdəolmağımıza şadıq. Onu nəzərdə tuturam ki, Londona səfərim kimi, Parisə də səfərim başlıca olaraqAzərbaycanla xarici ortaqlar arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ilə bağlıdır.Ümumdünya Bankı burada sərmayədarlarla, işgüzar dairələrin, maliyyə mərkəzlərinin nümayəndələri ilə xüsusigörüş təşkil etmişdir. Bu görüş Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi problemlərinə həsr olunmuşdur.Sabah səhər əməli işə başlanacaqdır və mən orada çıxış edəcəyəm. Lakin siz Ümumdünya Bankını qabaqladınızvə bu gün məni buraya dəvət etdiniz. Amma belə hesab edirəm ki, bunların biri digərinə zidd deyildir, banklarla– iri banklarla, orta banklarla, kommersiya bankları ilə nə qədər görüşlərimiz, əlaqələrimiz olarsa,respublikamızla xarici ortaqlar arasında iqtisadi və maliyyə əlaqələrinin lazımınca inkişafını təmin etmək üçünbir o qədər çox imkanımız olar.Sizdə tam təsəvvür yaranması üçün Azərbaycan haqqında danışmalı olsam, buna lap çox vaxt gedər. Mənisə bu gün hələ görüşlər keçirməliyəm. Buna görə də qısa danışacağam, amma çalışacağam ki, ölkəmizhaqqında ümumi təsəvvürə malik olasınız.Azərbaycan öz dövlət müstəqilliyini dörd il bundan əvvəl əldə etmiş olan bir respublikadır. Bundan əvvəl o,Sovet İttifaqının tərkibində olmuşdur və təbii olaraq, Azərbaycanın bütün iqtisadiyyatı sosializmin maliyyəiqtisadisistemi əsasında qurulmuşdu və mövcud idi. Azərbaycan istiqlaliyyət əldə etdikdən sonra ən əvvəlmüstəqil, suveren inkişaf yoluna qətiyyətlə başladı, bütün həyat sahələrini, ictimai-dövlət quruluşunu, iqti[114-115]sadiyyatı, bir sözlə, bütün sahələri demokratikləşdirmək xətti götürdü. Bu, əvvəla, Azərbaycaniqtisadiyyatının inkişafını intensivləşdirmək, Azərbaycanın iqtisadi və maliyyə sisteminin dünya iqtisadiyyatıilə, dünya maliyyə sistemi ilə inteqrasiyasını təmin etmək zəruriliyindən irəli gəlirdi. Azərbaycanda bazariqtisadiyyatı prinsiplərinin tətbiq edilməsinə yönəldilmiş iqtisadi islahatlar aparılır, dövlət mülkiyyətiniözəlləşdirmək proqramı qəbul edilmişdir və bu proqram yerinə yetirilir. Xüsusi sahibkarlıq üçün şəraityaradılmış və daha əlverişli şərait yaradılacaqdır, özəl mülkiyyətin toxunulmazlığı təmin edilir, artıq bir çoxözəl müəssisələr var, Azərbaycanda müxtəlif xarici şirkətlərin firmaları, xarici firma və şirkətlərlə yaradılmışmindən çox müştərək müəssisə fəaliyyət göstərir.Bunların hamısı, nəticə etibarı ilə öz əksini noyabrın 12-də qəbul edilmiş Azərbaycan Konstitusiyasındatapmışdır. Bu, müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasıdır. Noyabrın 12-də biz Azərbaycanparlamentinə ilk seçkilər keçirdik. Seçkilər demokratik əsasda keçdi, parlament formalaşdırıldı. Parlament özfəaliyyətinə başlamışdır. Konstitusiyamız gələcək həyat fəaliyyətimizin bütün qanunvericilik əsaslarınımüəyyənləşdirir. Bütün bunlar Azərbaycanda xarici sərmayələr üçün əlverişli şərait yaradır.Bu məsələ Londonda Adam Smit İnstitutunun təşkil etdiyi konfransda geniş müzakirə mövzusu oldu.Dediyim kimi, sabah bu məsələ Ümumdünya Bankı tərəfindən təşkil olunan görüşdə də müzakirə ediləcəkdir.Azərbaycana xarici sərmayələr qoyulmasını stimullaşdırmaq üçün, özəlləşdirmə proqramına uyğun olaraq xaricişirkətlərin Azərbaycanda mülkiyyət əldə etməsi üçün güzəştli şərtlər yaradılır. Bu şərtlər bizim qanunda nəzərdətutulmuşdur. Biz bəzi iri müəssisələri xarici firmaların idarəsi altına vermək niyyətindəyik və bunuplanlaşdırırıq. Azərbaycanın ən iri şəhərlərindən biri olan Sumqayıtda azad iqtisadi zona yaradılır. Bu proqramBMT-nin Sənayenin İnkişafı Təşkilatının proqramına müvafiq surətdə həyata keçirilir. Biz hesab edirik ki,əcnəbi sərmayədarlar, xarici şirkətlər üçün, Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yaxşı imkanlar açılır.Siz bilirsiniz ki, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istifadə olunması haqqında bir ilbundan əvvəl Azərbaycan Dövlət Neft Şirkəti ilə ən iri transmilli neft [115-116] şirkətlərinin konsorsiumuarasında mühüm müqavilə imzalanmışdır. Bu müqavilə də artıq həyata keçirilir. Xəzər dənizindəki digər iri neftyataqlarından istifadə edilməsi haqqında bu yaxınlarda, noyabrın 10-da daha bir müqavilə imzalanmışdır. Yaxıngələcəkdə neft yataqlarına dair bir daha bir neçə müqavilə imzalamaq nəzərdə tutulur.Azərbaycanda iri sənaye potensialı, çoxsahəli kənd təsərrüfatı, əlverişli torpaq-iqlim şəraiti və zəngin təbiiehtiyatlar var. Bütün bunlar əməkdaşlıq üçün yaxşı zəmindir. Biz ümidvarıq ki, bugünkü görüş dəəməkdaşlığımızı möhkəmlətmək yolunda yeni addım ola bilər.60

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!