11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

verilmir. Bəzilərinin fikrincə, bunlar keçmiş sovet quruluşuna xas olan adlardır və indi lazım deyildir. Ammaçoxları bunu həyatımızın zərurətindən doğan ənənə sayır və hesab edirlər ki, bunu davam etdirmək lazımdır. Buişləri tam həll etmək üçün komissiya yaratdıq və tapşırdım ki, bu işə baxsınlar. Komissiyanın rəhbəri ElçinƏfəndiyev bu günlərdə mənə məlumat verdi ki, uzun müzakirələrdən sonra komissiya öz fikrini bildiribdir vəhesab edir ki, bu işi davam etdirmək lazımdır. Mən də bu fikirdəyəm. Biz ənənəni davam etdirəcəyik. ƏgərAzərbaycan televiziyasının 40 illik fəaliyyəti tariximizin bir hissəsidirsə, mədəniyyətimizin, elmimizin,texnikamızın, iqtisadiyyatımızın böyük bir nailiyyətidirsə, deməli, bizim milli sərvətimizdir, həyatımızın birhissəsidir. Bunun hansı quruluşda olub-olmamasından asılı olmayaraq milli sərvətimiz olan televiziyanınfəaliyyətini irəliyə aparan adamların aldıqları fəxri adlar, mükafatlar o vaxt olduğu kimi, indi də qiymətlidir...Tariximizin hər səhifəsi, hər günü, hər ayı, ili bizim üçün əzizdir. Tariximizi, keçmişimizi qiymətləndirməliyik.Qədim keçmişimizi də, 20-ci əsrin əvvəlindən indiyə qədər olan keçmişimizi, o cümlədən 1920-ci ildən sonrakıkeçmişimizi də qiymətləndirməliyik. Heç bir şeyi qaralamaq olmaz.Bir daha xüsusi olaraq vurğulamaq istəyirəm ki, fəxri ad alanlar çox mötəbər adamlardır, bu adları fəxrlədaşıyırlar və daşımalıdırlar. Bundan sonra da layiqli adamlar belə fəxri adlar almağa nail ola biləcəklər.Burada dil haqqında məsələ qaldırılmasından məmnun qaldım. Əlbəttə, Azərbaycan dilinin inkişafı, hər birazərbaycanlının, vətəndaşın Azərbaycan dilini yaxşı bilməsi və öz fikirlərini səlis ifadə etməsi çox böyükməsələdir. Təəssüf ki, uzun müddət buna fikir verilməmişdir.Azərbaycanın yeni konstitusiyasının hazırlanması zamanı dillə bağlı mübahisələri tam demokratik şəkildəhəll etməyə çalışdım. Geniş və sərbəst müzakirələrin nəticəsində konstitusiyamızda yazdıq ki, AzərbaycanRespublikasının dövlət dili Azərbaycan dilidir. Bunu anlamayan adamlar böyük səhv edirlər, bundan şəxsi,siyasi, çirkin məqsədləri üçün istifadə et[341-342]məyə çalışanlar xalqımıza, tariximizə, milliliyimizə xəyanətedirlər. Bəzi qəzetlərdə həmin məsələ indi də hallandırılır, bu dilimizə, mənəviyyatımıza hörmətsizlikdir.Ölkəmiz Azərbaycandır, dünyada on milyonlarla azərbaycanlı yaşayır. Azərbaycan dili dünya azərbaycanlılarınıbirləşdirmək Üçün əsas vasitələrdən biridir.Televiziya verilişlərinin aparıcıları, diktorlar çox səlis danışmalıdırlar. Dilimiz gözəldir, amma bu dildədanışanda sözləri, ifadələri elə tələffüz etməliyik ki, danışığımız cazibədar olsun. Ədəbi dili təbliğ etmək,hamıya öyrətmək televiziyanın vəzifələrindən biridir.Bakıda tikilən yeni televiziya qülləsi ilə bağlı deyilən fikirlərlə əlaqədar bildirmək istəyirəm ki, əgər vaxtiləbu işə ciddi yanaşsaydılar, qülləni çoxdan tikib istifadəyə vermək olardı. Lakin bir çox başqa obyektlər kimi,bunun da inşasını başlı-başına buraxmışdılar. Amma mənə verilən məlumata görə, qüllənin tikintisi bu il başaçatdırılacaq və bu, Azərbaycan televiziyasının imkanlarını çox genişləndirəcəkdir.Ölkəmizin qarşılaşdığı iqtisadi çətinliklər var, indi hamı üçün çətindir, lakin Ermənistanın hərbi təcavüzünəticəsində doğma yurdlarından qaçqın düşən adamların vəziyyəti daha pisdir. Onların bir qismi çadırlardayaşayır və yəqin ki, televizorları da yoxdur. Bu adamların televiziya və radionu dinləyə bilmələri üçünimkanlardan maksimum istifadə etməyə çalışmaq lazımdır....Blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası əhalisinin də vəziyyəti ağırdır. Bir neçə il əvvəlmən Naxçıvanda yaşayarkən orada Azərbaycan televiziyası verilişlərinin qəbul edilib-edilməməsi heç kimimaraqlandırmırdı. Bu barədə olan müraciətlərə də məhəl qoymurdular. İndi vəziyyət dəyişmişdir, Bakıdan orayaAzərbaycan televiziyasının verilişləri yazılmış videokasetlər çatdırılır. Türkiyənin süni peyki vasitəsilə milliteleviziyamızın verilişlərinin Naxçıvanda qəbul edilməsi ilə bağlı məsələnin həllini sürətləndirmək lazımdır.[342-343]173

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!