11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

AZƏRBAYCAN MİLLİ TELEVİZİYASININ40 İLLİYİ MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİYUBİLEY GECƏSİNDƏ ÇIXIŞRespublika Sarayı17 fevral 1996-cı ilHörmətli xanımlar və cənablar!Sizi – Azərbaycan Respublikası televiziyasının əməkdaşlarım, xalqımızı, respublikamızın bütünvətəndaşlarım milli televiziyanın 40-cı ildönümü münasibətilə ürəkdən təbrik edirəm.40 il bundan əvvəl, 1956-cı il fevralın 14-də Azərbaycanda ilk televiziya verilişləri başlandı. Bu əlamətdarhadisə Azərbaycanın tarixində çox görkəmli yer tutur. 40 il bundan əvvəl Azərbaycan xalqının televiziyaverilişlərindən istifadə etmək imkanı qazanması xalqımızın, respublikamızın həm iqtisadi, həm texniki, həm dəmədəni, elmi nailiyyətlərinin nəticəsində mümkün olmuşdur. Azərbaycan milli televiziyası 40 il ərzində böyükyaradıcılıq yolu keçmiş və xalqımızın, respublikamızın həyatında əvəzsiz rol oynamışdır. TeleviziyaAzərbaycanda fəaliyyətə başlayan gündən tədricən genişlənmiş, bunun bir neçə mərhələsi olmuşdur. Nəhayət,70-ci illərdə milli televiziya Azərbaycanın bütün ərazisini əhatə etmiş, və respublikamızın bütün vətəndaşlarınınistifadəsinə verilmişdir. Bu, çox gərgin işin nəticəsi, dövlətin Azərbaycan xalqına, vətəndaşlarımıza göstərdiyiqayğının təzahürü olmuşdur. Bunlar hamısı respublikamızın həyatım canlandırmış, yeni-yeni kütləviinformasiya formalarının inkişaf etməsinə əsas yaratmışdır.Televiziya bütün informasiya orqanlarından ən kütləvisidir. İndi heç kəs öz həyatım televiziyasız təsəvvüredə bilməz. Yəqin ki, televiziyasız yaşamaq da mümkün olmaz. Ötən 40 ildə xalqımızın iqtisadiyyatının,mədəniyyətinin, elminin inkişafında televiziya görkəmli rol oynamışdır, respublikamızın ictimai-siyasihəyatında televiziyanın fəaliyyəti əvəzsiz olmuşdur. Televiziya bir tərəfdən əhalini məlumatlandırmış vəməlumatlandırır, dünyada baş verən hadisələri xalqa çatdırır, digər tərəfdən respublikamızda elm, mədəniyyət,iqtisadiyyat, təhsil [343-344] və bütün başqa sahələrdə olan nailiyyətləri nümayiş etdirir, təbliğ edir,vətəndaşlarımıza çatdırır.Televiziya xalq ilə, vətəndaşlarımızla kütləvi informasiya orqanları arasında əlaqə yaradır, eyni zamandaxalqın, vətəndaşların bir-biri ilə əlaqələrini daha da artırır. Teatrı biz vaxtilə çox yüksək qiymətləndirirdik və bugün də yüksək qiymətləndiririk. Çünki insanların estetik tərbiyəsində, onların mədəni səviyyəsinin artmasında,insanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır. Sonra teatrla bərabər kinobu rolu oynamağa başladı. Dünyada televiziya meydana gələndən sonra televiziya bu iki çox mühüm sahəninfəaliyyətini, ola bilər, bir qədər məhdudlaşdırsa da, eyni zamanda onların əldə etdiyi nailiyyətləri geniş kütlələrəçatdırmaq üçün ən gözəl, ən gərəkli bir vasitə oldu.Televiziya böyük bir aləmdir. Yenə də deyirəm, indi heç birimiz özümüzü televiziyasız təsəvvür edəbilmərik. Ancaq televiziyanın hər bir yerdə, o cümlədən Azərbaycanda da bu günə çatması çox böyük və gərginişin nəticəsində olmuşdur. Televiziyanın bugünkü səviyyəsi 40 il müddətində televiziya sahəsində çalışanların,eyni zamanda televiziya vasitəsilə, televiziyadan istifadə edərək öz nailiyyətlərini, xalqımızın nailiyyətlərinikütlələrə, vətəndaşlara çatdıran, ölkəmizin ayrı-ayrı sahələrində çalışan insanların fəaliyyətinin nəticəsiolmuşdur.Beləliklə, televiziya hamıya mənsubdur. Bu gün televiziyanın 40 illik yubileyini qeyd edərkən düşünməliyikki, biz bütün xalqımızın 40 illik böyük nailiyyətlərini qeyd edirik. Hər bir vətəndaşın həyatında baş vermişnailiyyətlərin, dəyişikliklərin bayrammı qeyd edirik. Televiziya belə bir vasitədir.Eyni zamanda, televiziyada bilavasitə çalışan insanlar da var. Televiziyanın əməkdaşlarının bir hissəsi onunmaddi-texniki təminatı ilə məşğul olan mütəxəssislər – mühəndislər, texniklər və başqa sahədə fəaliyyətgöstərən insanlardır. Bu texnikasız, bu cihazlar olmadan və onları idarə edə bilən mütəxəssislər olmadanteleviziya fəaliyyət göstərə bilməz. Əməkdaşların digər hissəsi isə televiziya verilişlərini hazırlayıb insanlara,ictimaiyyətə çatdıranlardır.Onlar da, bunlar da 40 il müddətində çox iş görüblər. Bu gün onların peşəsinin əhəmiyyətindən danışmalıolsaq, demək lazımdır ki, bu peşə xalqımız, millətimiz, insanlar üçün çox gərəkli peşədir və özünü bu peşəyə,sənətə həsr edən insanlar sözün həqiqi mənasında yüksək qiymətə layiqdirlər. Ona görə [344-345] də mən bubayram, yubiley günü 40 il müddətində Azərbaycan televiziyasını yaradan, quran, yaşadan, inkişaf etdirən,televiziyanın bütün sahələrində fəaliyyət göstərmiş və bu gün fəaliyyət göstərən vətəndaşlarımıza, dostlarımızatəşəkkürümü bildirmək istəyirəm.Eyni zamanda, əgər Azərbaycanın həyatının bütün sahələrində çalışan tanınmış adamlar, mütəxəssislərteleviziya verilişlərinin hazırlanmasına cəlb olunmasaydı, televiziya istənilən səviyyədə fəaliyyət göstərəbilməzdi. Bu 40 il müddətində Azərbaycanın həyatının demək olar, bütün sahələrində çalışan insanlar öz174

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!