11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycanda coşub qalxmış xalq hərəkatından danışırıqsa, burada biz Yusif Səmədoğlunun fəaliyyətini xüsusiqeyd etməliyik. Bir hörmətli insan kimi, ziyalı kimi, o, həmin illərdə böyük rol oynadı və onun öz adı da,atasının adı da o vaxt bizim milli azadlıq hərəkatımıza çox böyük kömək etdi.1990-cı ilin yanvar hadisələri xatirimdədir. O vaxt mən Azərbaycanda deyildim, Moskvada yaşayırdım.Bunu mən bir neçə dəfə demişəm. O vaxt Bakıya o böyük ordu hissələrinin, silahlı qoşun dəstələrinin daxilolmasından mən bir az gec, yəni yanvar ayının 20-də günün ikinci yarısında xəbər tutdum. Şübhəsiz ki, dərhalməlumat almağa çalışdım. O vaxt mən Azərbaycandan çox təcrid olunduğuma görə və Moskvada da çoxməhdud şəraitdə yaşadığıma görə məlumat almaq çətin idi. Dərhal xarici radiostansiyaların verilişlərinidinləməyə çalışdım. Deməliyəm ki, mən ümumiyyətlə xarici radiostansiyaları o qədər də dinləyən adamdeyildim, yəni buna heç vaxt sərf etməmişdim, ancaq ehtiyac məcbur etdi. O axşam yanvarın 20-də mən çoxhəyəcan içində idim. "Azadlıq" radiostansiyasının verilişlərini tutdum və o verilişlərdən Azərbaycanda olanvəziyyəti özüm üçün müəyyən qədər aydınlaşdırdım.Xatirimdədir, Yusifin səsi ilə – yəni o, telefonla bəyanat vermişdi, – məlumat verdilər. O, Sovetlərİttifaqının böyük qoşun hissəsinin Bakıya girməsini "Azadlıq" radiostansiyasına telefonla nə qədər həyəcan hissiilə bildirirdi. Qoşunların vəhşiliyindən, təcavüzkarlığından danışırdı. Mən bunları "Azadlıq" radiostansiyasındanYusifin səsi ilə özüm eşitdim. [198-199]Güman edirəm ki, təkcə bu yox, – bu, sadəcə mənim şəxsən hiss etdiyim bir hadisədir, haldır, – ancaqAzərbaycanın o ağır dövründə, 20 yanvar faciəsi ərəfəsində və 20 yanvar faciəsi zamanı o aylarda, o illərdəYusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri idi və onun siyasi fəaliyyəti,ictimai fəaliyyəti çox olubdur.Onun böyük siyasi fəaliyyəti də ancaq elə o illərdə, o dövrlərdə başladı və bu da məhz Azərbaycandamilli azadlıq hərəkatına təkan verməkdən, Azərbaycanı müstəqillik yolu ilə aparmağa səy göstərməkdən ibarətolmuşdur. Bunların hamısına görə də bir daha deyirəm, Yusif atasının adına layiqdir. Eyni zamanda onunözünün yüksək adı var. Bütün bunlara görə də bizim ictimaiyyətdə, xalq içində Yusif böyük hörmət qazanıbdırvə şəxsən mənim də ona bir yazıçı kimi, ictimai-siyasi xadim kimi, insan kimi böyük hörmət-ehtiramım var.Səməd Vurğunun bütün ailəsinə mən həmişə böyük hörmət-ehtiramla münasibət göstərmişəm. Gəncvaxtlarımdan Səməd Vurğunun şerlərini, əsərlərini sevərək, onların təsiri altında həm təhsil almışam, həmformalaşmışam. Ona görə də onun ədəbi irsinə Azərbaycanda həmişə böyük hörmət edilməsi üçün və ondanistifadə olunması üçün bütün imkanlardan istifadə edib lazımi tədbirlərin görülməsinə çalışmışam.Səməd Vurğunun 70 illik yubileyi də xatirimdədir. 80 illik yubileyində mən burada yox idim.Moskvada idim. Orada onu qeyd etdik. Hamısı xatirimdədir. Səməd Vurğunun ailəsi ilə mənim şəxsi görüşlərimdə mənim üçün əziz xatirələrdir. Mənim şəxsən Səməd Vurğunun yaradıcılığına, onun irsinə, ailəsinə olanhörmətimə görə mən də bu ailə tərəfindən həmişə özümə hörmət hiss etmişəm.Bir maraqlı epizodu da bu gün deməyi lazım bilirəm. 1990-cı ildə mən Moskvadan Azərbaycanagəldim. Burada yaşamaq mümkün olmadı, Naxçıvana getdim. O vaxt əgər bir tərəfdən məni təqib edirdilərsə,cəmiyyətdən təcrid edirdilərsə, mənə qarşı ədalətsizliklər edirdilərsə, ikinci tərəfdən də xalq tərəfindən, insanlartərəfindən mən özümə daim hörmət və çox zaman məhəbbət hisslərini müşahidə edirdim. Naxçıvanda təcridşəraitində yaşadığım zaman Azərbaycanın çox yerlərindən o blokadanı yararaq gəlib mənimlə görüşən adamlarıheç vaxt unutmamışam və unutmayacağam. Çünki bu, sadə bir şey deyildi. Adamlar çox gəlirdi. Gəlib sadəcəbir saat, iki saat [199-200] mənimlə görüşüb, söhbət edib, öz münasibətini bildirib geri dönürdülər – ya Bakıya,ya Gəncəyə, ya başqa şəhərlərə.Bir gün mənim üçün tamamilə gözlənilməyən bir hadisə oldu. Qəflətən, gözlənilmədən qapı açıldı,Aybəniz xanım gəldi. Mən o vaxt Naxçıvanda həyətdə oturmuşdum. Görüşdük, söhbət etdik. Mən əvvəl bir şeyanlamadım. Dedim bəlkə Aybəniz xanım kiminləsə işi, görüşü olduğu üçün Naxçıvana gəlib, yaxud da ki, başqaişi var. Fikirləşdim, bəlkə eşidib ki, mən də buradayam, gəlib ki, salam versin. Ancaq sonra məlum oldu ki, o,Bakıdan Naxçıvana təyyarə ilə qohumları ilə birlikdə bir məqsədlə gəlib: yalnız məni görüb, mənə salamvermək üçün. Bilirsiniz, yenə də deyirəm, o vaxt çox adamlar gəlirdi, ancaq belə bir görüş mənim üçün çoxqiymətli oldu. Ona görə ki, o, Səməd Vurğun ailəsinin nümayəndəsidir. Bir də ona görə ki, Naxçıvan ağırşəraitdə idi, təyyarələrin gediş-gəlişi çox çətin idi. Görün, qadın gəlib yalnız ona görə ki, salam vermək istəyir.Bu məni həm çox həyəcanlandırdı, həm sevindirdi, həm də bir daha təsdiq etdi ki, yaxşı insanlar, saf ürəkliinsanlar bizim cəmiyyətimizdə çoxluq təşkil edir.Bu yaxın günlərdə mən bir nəfər mədəniyyət xadimi ilə söhbət edirdim. Keçmiş zamanları yadımasaldım. Dedim ki, axı, mən Moskvada işləyən vaxtlarda gəlirdiniz, görüşürdük, amma mən istefa veribgedəndən sonra sizi görmədim. Sonra mən Bakıya gəldim, Naxçıvanda oldum. O dedi ki, mən 88-ci ildən sonraMoskvaya gəlmədim. Dedim bəs, mən Naxçıvandaydım. O vaxtlar Aybəniz xanım da mənim yanıma gəldi.Dedi ki, bəli mənim səhvim olub. Dedim, bu, səhv deyil. Vacib deyil ki, mənim yanıma kimsə gəlsin, yaxudgəlməsin. Amma insanlar bir-birinə doğrudan da səmimi münasibət bəsləyirlərsə, bu münasibət daim olmalıdır.Əgər yaxşı şəraitdə münasibət varsa və ağır şəraitdə həmin münasibətlər qırılırsa bu, insanların yüksəkkeyfiyyətə malik olmadığım göstərir.103

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!