11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Müstəqilliyi yaşatmaq, qorumaq üçün, Konstitusiyamızda əks olunduğu kimi, Azərbaycanda dövlətquruculuğu ilə ciddi məşğul olmaq lazımdır. Biz Konstitusiyamızda yazmışıq və bu, heç vaxt pozula bilməz.Azərbaycanda hüquqi, demokratik, sivilizasiyalı, dünyəvi dövlət qururuq. Dövlət quruculuğu prosesi gedir vəgedəcək və mən tam əminəm ki, biz Azərbaycanda hüquqi, demokratik dövləti tamamilə qurub, onu dünyademokratiyası səviyyəsinə çatdıra biləcəyik.Müstəqilliyimizi təmin etmək üçün, bir də qeyd edirəm, Azərbaycanda qanunların aliliyini təmin etməklazımdır, insanların hüquqlarını, azadlıqlarını qorumaq lazımdır, hər bir vətəndaşa sərbəstlik vermək lazımdır.Biz bunu təmin etmişik və edəcəyik.Müstəqilliyimizi qoruyub saxlamaq üçün Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, qoruyub saxlamaqlazımdır. Biz bu yolda da çalışırıq. Bildiyiniz kimi, Azərbaycan müstəqilliyini ağır və çətin bir dövrdə alıbdır.1988-ci ildən Ermənistanın Azərbaycana qarşı başladığı təcavüz nəticəsində Azərbaycanda ictimai-siyasivəziyyət gərginləşib. Bu təcavüz nəticəsində Azərbaycanın torpaqlarının bir qismi Ermənistan silahlı qüvvələritərəfindən işğal olunubdur. Azərbaycanın sərhədləri pozulubdur. Azərbaycanın ərazi bütövlüyü pozulubdur.Müharibə gedibdir, cürbəcür səbəblərdən Azərbaycanın torpaqları işğal olunubdur.İndi onların təhlilini verməyə ehtiyac yoxdur. Ancaq biz müharibəni dayandırmışıq və məsələlərin sülh yoluilə həll olunması ilə məşğuluq. İyirmi aydır ki, atəşkəs rejimində yaşayırıq. Ayrı-ayrı müxalif qüvvələr buvəziyyəti tənqid edirlər, yaxud da ki, buna qara yaxmaq istəyirlər. Bu, onların öz işləridir. Amma məlumdur ki,respublikanın ictimaiyyəti, vətəndaşlarının tam əksəriyyəti bizim bu tədbirlərimizi, bu siyasətimizi bəyənir,dəstəkləyir və Azərbaycanın müharibədən bu yolla [310-311] çıxmasına tərəfdar çıxır və bu siyasəti davametdirməyi tövsiyə edir. Biz bu yolla gedirik və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu siyasətinnəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə nail olacağıq.Bu sahədə son iki ildə görülən işlər sizə məlumdur. Dünyanın bütün beynəlxalq təşkilatları bizimproblemlərlə məşğuldur, bütün bu beynəlxalq təşkilatlarda həmin problemləri müzakirə mövzusuna, müzakirəobyektinə biz çevirmişik və onların imkanlarından istifadə etməyə çalışırıq. Həm Qərbdə, həm Şərqdə dünyanınböyük dövlətləri, yəni dünya siyasətinə təsir göstərə bilən dövlətlər, onların başçıları bizim bu problemlərləyaxından tanışdırlar, bunu bilirlər və bizim bu problemlərin həll olunması üçün səylər göstərirlər, bu məsələlərinməhz sülh yolu ilə həll olunması üçün tövsiyələr verirlər və öz köməklərini təklif edir, xidmət göstərirlər.Birləşmiş Millətlər Təşkilatında, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında, İslam KonfransıTəşkilatında, EKO Təşkilatında, bütün başqa beynəlxalq təşkilatlarda bu məsələlər dəfələrlə müzakirə olunub.Dediyim kimi, dünyanın ən böyük dövlətləri – Amerika Birləşmiş Ştatları, .Rusiya, Fransa, İngiltərə, bizimqonşularımız olan Türkiyə, İran, Avropa dövlətləri bu problemlərin həlli üçün bizimlə müzakirələr aparırlar vəproblemin sülh yolu ilə həll olunması üçün bizə kömək göstərirlər. Biz bu imkanlardan istifadə etmişik, edirikvə bundan sonra da edəcəyik.Ancaq eyni zamanda biz heç vaxt xalqımızı pasifistliyə dəvət etməmişik və etmirik. Biz sülhsevər xalqıq,problemləri sülh yolu ilə həll etmək istəyirik. Ancaq eyni zamanda əgər bu yollar bizim respublikamızın ərazibütövlüyünü təmin etməsə, işğal olunmuş torpaqlarımız azad olunmasa, respublikamızın dövlət sərhədləri bərpaolunmasa, biz sərəncamımızda olan bütün imkanlardan istifadə edəcəyik və etməyə qadirik ki, Azərbaycanınmüstəqilliyi və ərazi bütövlüyü tamamilə təmin olunsun. Buna arxayın ola bilərsiniz.Azərbaycan gəncləri bunu özləri üçün bir vəzifə kimi qəbul etməlidirlər. Yenə də deyirəm, qarşımızdavəzifələr çoxdur. Respublikamız sosial-iqtisadi böhran içindədir, böhrandan çıxmalıyıq. Tədbirlər görülür vəgörüləcəkdir. Əhalinin çox hissəsi ağır maddi vəziyyətdə yaşayır. Güman edirəm ki, iqtisadiyyatda nəzərdətutulmuş dəyişikliklər, həyata keçiriləcək proqramlar bu problemlərin həll olunması üçün şərait yarada[311-312]caqdır. Bir çox başqa problemlər var, onlar da həll olunmalıdır. Ancaq ən əsas problem ondan ibarətdir ki,işğal olunmuş torpaqlar azad olunsun, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun və yerindən-yurdundandidərgin düşmüş bir milyondan artıq vətəndaşımız öz yerinə-yurduna qayıtsın. Buna nail olmaq üçün biz bütünəzab-əziyyətlərə, bütün çətinliklərə, bütün məhrumiyyətlərə dözməliyik. Başqa yolumuz yoxdur. Bunuetməliyik və bunu da edəcəyik. Güman edirəm ki, buna da biz nail olacağıq.Dövlət quruculuğunda Azərbaycanın müdafiə imkanlarının yaranmasının mühüm rolu vardır. MüstəqilAzərbaycanın müstəqil bir dövlət kimi bütün dövlət atributları olmalıdır. Onlar yaranır və yaranma prosesigedir. Təəssüf ki, müstəqillik əldə olunandan sonra bu proseslərin müvəffəqiyyətlə aparılması üçün zamanitirilmişdir, vaxt itirilmişdir, böyük fürsətlər əldən verilmişdir. Ancaq biz son zamanlar bu işlərlə ciddiməşğuluq. Bunlardan biri, dediyim kimi, Azərbaycanın müdafiə imkanlarının yaranması, Azərbaycanınmüstəqilliyini təmin edən ordusunun yaranmasıdır. Ordu quruculuğunda böyük səhvlər buraxılıbdır, böyükgünahlar edilibdir, hətta xəyanətlərə də yol verilibdir. Məhz bu xəyanətlərin nəticəsində, gedən müharibədənayrı-ayrı adamların öz mənafeyi üçün istifadə etməsi nəticəsində vaxtında bizim nizami ordumuzyaranmayıbdır. Ordunun yaranması tarixi dörd ildir, ancaq həqiqi ordu, – mən bu gün sizə tam qətiyyətlə deməkistəyirəm, – 1993-cü ilin noyabr ayından sonra yaranmağa başlayıb. O vaxta qədər vaxt itirilibdir və keçmişsovetlər ordusundan Azərbaycanın payına düşmüş böyük hərbi potensial, silahlar, sursatlar, hərbi texnika,böyük hərbi bazalar, – Azərbaycanın ərazisində bunlar çox olubdur, – dağıdılıb, mənimsənilib. Bunlar hamısı157

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!