11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

məsələlərdən biridir. Güman edirəm ki, cənab Şevardnadze ilə mən və bizim müvafiq dövlət və hökumətorqanları bu məsələlərlə məşğul olub lazımi bir yol tapacaqlar və biz bu problemi həll edəcəyik.Siz burada məktəblər haqqında söhbət açdınız. Bu, çox böyük məsələdir. Mən hesab edirəm ki, hər birxalqa, millətə mənsub olan insan harada, hansı ölkədə yaşayırsa-yaşasın, öz dilini, dinini, milli ənənələrini heçvaxt unutmamalıdır.Mən çox məmnunam ki, Gürcüstanda yaşayan azərbaycanlılar tarixin cürbəcür mərhələlərində rastlaşdıqlarıçətinliklərə baxmayaraq, dilini də, dinini də, adət-ənənələrini də qoruyub saxlayırlar. Bu, böyük nailiyyətdir.Ona görə mən Gürcüstanda yaşayan azərbaycanlılara – keçmiş nəsillərə və bu gün yaşayan azərbaycanlılarahörmət və ehtiramımı bildirirəm. [441-442]Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin, Fətəli xan Xoyskinin bu gün ziyarət etdiyimiz qəbirləri bunaəyani sübutdur. Bu gün biz Azərbaycan məscidində olduq. Demək, 70 il dinin əleyhinə mübarizə aparılmasınabaxmayaraq, din qəlblərdə yaşayıb. Həm gürcülərin dini, həm də azərbaycanlıların dini yaşayıbdır. Bunun özüdə çox gözəl bir hadisədir və yüksək tərifəlayiq bir haldır. Dinləri indiyədək yaşada bilmisinizsə, bu gündemokratik, müstəqil, azad Gürcüstanda siz bunları daha da çox yaşadıb, gələcək nəsillərə çatdıracaqsınız.Hesab edirəm ki, Azərbaycan məktəblərində tədris Azərbaycan dilində keçməlidir. Bunun üçün bizimtərəfimizdən nə görmək lazımdırsa biz bunu edəcəyik. Azərbaycanda gürcülər də yaşayırlar. Onlar daməktəblərdə dərsləri gürcü dilində keçməlidir. Biz buna da qayğı göstəririk, göstərəcəyik və Gürcüstanda daonlara qayğı göstərən, kömək etmək istəyən adamlar üçün yol açıqdır. Əminəm ki, biz ümumi səylərimizlə buməsələləri həll edə biləcəyik.Burada çıxış edənlər daha bir çox mühüm məsələ də qaldırdılar ki, Azərbaycan məktəblərində gürcü dili dətədris olunsun. Bu, tamamilə doğru, düzgün fikirdir. Mən bu yaxınlarda Azərbaycanda gənclər qarşısında çıxışedərkən bu sözləri demişəm, onu təkrar etmək istəyirəm. Bizdə insanlar var ki, öz dilində, ana dilində, dövlətdilində yaxşı danışa bilmir. Onlar vaxtilə, uzun illər rus dilində təhsil alıblar, ana dilinə o qədər fikirverməyiblər. Gürcüstanda gürcü dili olduğu kimi, Azərbaycanda da Azərbaycan dili dövlət dilimizdir. Ona görədə mən dedim ki, qoy hər bir azərbaycanlı gənc Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun,Nizamini, Füzulini, Nəsimini, Mirzə Fətəli Axundovu Azərbaycan dilində oxusun. İndi isə mən deməkistəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlı da qoy həm Azərbaycan dilini bilsin, həm rus dilini bilsin, həmingilis dilini bilsin, başqa dilləri bilsin. Ancaq gürcü dilini mükəmməl bilsin. Çünki gürcü dili Gürcüstanındövlət dilidir. Burada yaşayan azərbaycanlı gürcü dilini bilməlidir.Mən verilən təklifi müdafiə edirəm ki, Azərbaycan məktəblərində gürcü dili də tədris olunsun. Amma eynizamanda mən çox arzu edərdim ki, Gürcüstanda yaşayan bütün azərbaycanlılar Azərbaycan dilində təhsil alsın,onu unutmasın, Azərbaycan dilini inkişaf etdirsin. Bu, mənim arzumdur və güman edirəm ki, belə də olacaqdır.[442-443]Burada Gürcüstanda yaşayan azərbaycanlılar çıxış etdilər. Mən çox sevindim. Onlar sərbəst olaraq həmgürcü dilində, həm rus dilində, həm də Azərbaycan dilində çox gözəl danışdılar. Deyə bilərəm ki,respublikamızda yaşayan bəzi azərbaycanlılar sizin kimi, burada çıxış edənlər kimi heç Azərbaycan dilindədanışa bilmirlər. Bu, onu göstərir ki, Azərbaycan dili Gürcüstanda yaşayır, inkişaf edir. Ümidvaram ki, bundansonra daha da çox inkişaf edəcəkdir.Burada "Gürcüstan" qəzeti haqqında danışıldı. Doğrudan da, bu qəzet bizim üçün əziz olan qəzetdir. Buqəzet Gürcüstanla Azərbaycan arasında, xalqlarımız arasında əlaqələrin inkişaf etməsində çox xidmətlərgöstərib. Hesab edirəm ki, bu qəzet yaşamalıdır. Bu gün bunu mənə xatırlatdılar, mən onu heç vaxtunutmamışam.Bilirsiniz ki, 1987-ci ildən sonra bir neçə il böyük təqib altında idim, böyük təcridə məruz qalmışdım.Mənim həyatımın ağır dövrləri var idi. Mən o dövrləri yaşadım, nə əqidəmdən, nə məsləkimdən, nə də ki, özmənəviyyatımdan geri çəkilmədim. Mən necə varam, eləcə də yaşadım. Ancaq çətinliklərim də çox oldu.O vaxt Naxçıvanda idim. Naxçıvan blokada şəraitində idi. Gediş-gəliş yox idi. Mən o vaxtkı dövlətlərtərəfindən – həm Moskvadan, həm Azərbaycandan çox təzyiq altında yaşayan bir adam idim. Mənim yanıma ovaxt gəlib-getmək də təhlükəli idi. Ancaq məni sevindirən iki halı demək istəyirəm. Mənim üçün gözlənilməyənbir hal idi ki, iki gürcü müxbir Tbilisidən Naxçıvana gəldi. Tamamilə qəflətən. Mən orada bacımın kiçik birevində yaşayırdım. Bu gün siz deyirsiniz ki, elektrik, qaz, su çatmır. Naxçıvanda vəziyyət bundan da pis idi.Mən belə bir vəziyyətdə orada yaşayırdım. İki gürcü müxbiri – təəssüf ki, adları yadımdan çıxıb – Naxçıvanagəldi. Məni arayıb-axtarıb tapdılar. Məndən bir çox məsələlər barəsində müsahibə götürdülər. Mən azad,müstəqil bir adam idim. Hansı bir qəzetçi, yaxud jurnalist mənə müraciət edirdisə, suallarına cavab verirdim.Onlar mənimlə geniş müsahibəni Tbilisidə gürcü dilində dərc etdirmişdilər, mənə göndərdilər. Bundan sonrahəmin müsahibəni o vaxt "Sovet Gürcüstanı" deyilən, indi "Gürcüstan" adını daşıyan qəzet Azərbaycan dilindədərc etdi və onu mənə göndərdilər. O vaxt mənim üçün bu, böyük mənəvi dayaq idi. Baxmayaraq ki, mənNaxçıvanda sürgündə idim, bir tərəfdən gürcülər, o [443-444] biri tərəfdən Gürcüstanda yaşayan azərbaycanlılarməni unutmamışdılar. Bunu qəzetlər vasitəsilə etmişdilər.221

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!